BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
192
Sənəd № 453
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dür Sədəf Molla Kərim qızı, 100 yaşım var, Bakı sakini, Mariinskaya
küçəsi, 22 №-il evdə yaşayıram, savadsızam.
Günü və tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında evimizə
erməni əsgərləri soxuldular, mənim nəvəmi öldürdülər, onun uşaqları-
nı, yəni 3 yaşından 9 yaşınadək üç qızı və 10 yaşlı oğlanı əsir götürdülər.
Ermənilər mənzili tamamilə qarət etdilər və mənzildən köhnə qiymətlə
14.870 rubl dəyərində əşyalarımızı apardılar. Əşyaların siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Mən indi bir tikə çörəksiz qalmışam və nəvəmin uşaqları mənim hi-
mayəmdədirlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 63.
Sənəd № 454
Dindirmə protokolu
1918-ci il, 12 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Kərbəlayı Əli qızı, 50 yaşım var, Bakıda, Mariinskaya küçəsi,
22 №-il evdə yaşayıram.
Mart qırğınları zamanı, mənim rəhmətlik ərim Hacı Fərəc Əliyev və
onun ikinci arvadı Umu Mirzəbəy qızı ilə birgə yaşadığımız evimizə (Umu
qonşu mənzildə olurdu) silahlı ermənilər gəldilər, bizim bütün əmlakımı-
193
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
zı qarət etdilər və bizi 6-cı Polis bölməsinin idarəsinə əsir apardılar. Bizi
Umu ilə bərabər evə buraxanda, biz gördük ki, Hacı Fərəc və onun Umu-
dan olan oğlu Mütəllib öldürülmüşlər. Mənim 100.000 rubl məbləğində
əmlakım qarət edilmişdir, Umunun da bu məbləğdə əmlakını, onlardan
əlavə 40.000 rubl nağd pulunu aparmışlar. Ermənilər göstərilən əmlakdan
əlavə Hacı Fərəcin 5000 qızıl pulunu da götürmüşlər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 147.
Sənəd № 458
Dindirmə protokolu
1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sara Hacı Ağası qızı, 27 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 99
№-il evdə yaşayıram.
Bu il martın 22-də erməni əsgərləri yuxarıda göstərilən evə basqın
etdilər, minim atam Hacı Ağası Fətulla oğlunu, 55 yaşlı, və bacım oğlu
Ağa Hüseyn Bəndəli oğlunu, 19 yaşlı, qətlə yetirdilər, mənim mənzili-
mi isə 125.120 rubl məbləğində qarət etdilər. Məni əsir apardılar, və üs-
tümdəki 12.000 rublu götürdülər, eləcə də mənim başımdan 200 rubla
aldığım “tirmə şalımı” açıb apardılar. Qarət olunmuş əmlakın siyahı-
sını təqdim edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 38.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
194
Sənəd № 460
Dindirmə protokolu
1919-cu il, 22 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cəvahir Məşədi Baba qızı, 18 yaşım var, Bakıda, Mariinskaya küçəsi,
4 №-li dalan, 1 №-il evdə yaşayıram.
Keçən ilin martında erməni əsgərləri bizim evə soxuldular, mənim
ərim Daşdəmir Mürvət oğlunu, 39 yaşlı, və qayınatam Mirzə Ağa Atam
oğlunu, 56 yaşlı, qətlə yetirdilər və bizim siyahıda göstərilən əmlakımızı
qarət etdilər. Mənə cəmi 54.900 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 40.
Sənəd № 463
Dindirmə protokolu
1919-cu il, 23 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Xanım Zeynal Abdin qızı, 18 yaşım var, Bakı şəhərində,
Verxnyaya-Priyutskaya küçəsi, 181 №-il evdə yaşayıram.
1918-ci ilin martında, yadımda deyil 18-də, yaxud 19-da, bir neçə si-
lahlı ermənilər bizim yuxarıda göstərilən ünvanda yerləşən mənzilimizə
soxuldular, məni, anam Balaca Xanım Mustafa qızını və dul bacım Sona
Xanımı azyaşlı qızı ilə bərabər əsir götürdülər, qardaşım Ağacanı və atam
Zeynal Abdini isə küçəyə çıxardılar və bizim gözümüzün qarşısında öl-
dürdülər, sonra isə süngülərlə deşdilər. Mən əsirlikdən qayıtdıqdan son-
ra mənzilimizin tamamilə ermənilər tərəfindən qarət edildiyini gördüm;
Dostları ilə paylaş: |