195
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
cəmi 4000 rubl məbləğində əmlak və 8000 rubl nağd pul aparılmışdır.
Oğurlanın əmlakın dəyəri köhnə qiymətlərlə göstərilir, yeni qiymətlərlə
isə onların dəyəri 40.000 rubl edir.
Öldürülən atam və qardaşım milisdə xidmət edirdilər və ailənin do-
lanışığını onlar təmin edirdilər. Hazırda isə qətlə yetirilənlərin bütün
ailəsinin, o cümlədən, bu ərizəni verənin, maddi yardıma ehtiyacı vardır.
Ərizəmin işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89-90.
Sənəd № 464
Dindirmə protokolu
1918-ci il, 2 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Umudəli qızı, 20 yaşım var, Bakı sakini, Bakıda,
Verxnyaya Priyutskaya küçəsi, 107 №-il evdə yaşayıram.
Bu ilin mart ayının 20-də erməni zabiti başda olmaqla, 20 erməni əs-
gəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Abbasqulu Məmməd
İbrahim oğlunu qətlə yetirdilər, bu ilin mart ayının 18-də dünyaya gətir-
diyim yeni doğulmuş körpəmi qucağımdan qapdılar və öldürdülər. Ermə-
nilər mənim mənzilimi tamamilə qarət etdilər, oğurlanmış əşyaların si-
yahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 80.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
196
Sənəd № 466
Dindirmə protokolu
1918-ci il, 17 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şərəf Nisə Cəbrayıl qızı, Bakı sakini, 26 yaşım var, Bakıda, Georgi-
yevskaya küçəsi, 4 №-il evdə yaşayıram, savadsızam.
Tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında yüz nəfərə
yaxın erməni əsgəri darvazanı qıraraq evə soxuldular və mənzilləri
qarət etməyə, kişi və qadınları öldürməyə başladılar. Mənzildə ermənilər
mənim ərim Şıxəli Cəbrayıl oğlunu və onun qardaşları Ağa Əlini və Kəl-
balını öldürdülər. Üç qadını – Şərəf Cəlil qızını, Tutu Xanım Cəbrayıl
qızını və Xeyransa xanım Xalıq qızını qətlə yetirdilər. Yeddi yaşlı uşağı,
Ələkbər Ağa Əli oğlunu qolundan və yanağından, 11 yaşlı Gövhər Xanım
Ağa Əli qızını isə qolundan və boynundan güllə ilə yaraladılar. Məni və
uşaqlarımı ermənilərdən rus qonşumuz xilas edə bildi və öz mənzilin-
də gizlətdi. Ermənilər, ölümlə hədələyərək, mənim 20.000 rubl pulumu
əlimdən aldılar, mənzildən isə 50.000 rubldan yuxarı dəyəri olan bütün
əşyalarımızı götürüb apardılar. Talan zamanı rus qonşu məni öz mənzi-
linə apardı.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 160.
Sənəd № 470
Dindirmə protokolu
1919-cu il, 25 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
197
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Gövhər Bağır qızı, 50 yaşım var, Bakı şəhər sakini, Bondarnaya
küçəsində, 48 №-li şəxsi evimdə yaşayıram.
Bakı şəhərində 1918-ci ilin qanlı mart hadisələri zamanı, barışıq elan
edildikdən sonra, müsəlmanların onlara qarşı sadəlövh münasibətin-
dən istifadə edən təxminən 10-12 silahlı erməni, yuxarıda adı çəkilən
evə soxuldular, bütün kişi və qadınları, o cümlədən məni, qoca və gözlə-
ri görməyən ərim Hacı Əli Məmməd Məmmədovu və 19 yaşlı oğlum Ağa
Məmmədi əsir götürdülər və bizi Yefimov Qardaşları Sirkinə
92
apardılar.
Ermənilər yolboyu bizə işgəncə verirdilər, silahların qundağı ilə hara gəldi
vururdular. Sirkə gəldikdə isə bizim dəstəmizdən 7 ya 8 nəfər daha gənc
və sağlam kişini, o cümlədən mənim oğlum Ağa Məmmədi ayırdılar və
başqa yerə apardılar. Mən sonradan öyrəndim ki, bütün bu kişilər erməni
canilərinin əlləri ilə qətlə yetirilmişlər. Bu 7-8 nəfər kişi bizim evimizdən
aparılmışdı və onların əksəriyyəti mənim qohumlarım idi. Ermənilər bizi
əsir götürdükdən sonra bizim evdə olmadığımız müddətdə mənim 62.790
rubl dəyərində bütün əmlakımı, o cümlədən 20.000 nağd pulumu oğurla-
yıblar. Qarət olunmuş əşyaların siyahısı ilə birlikdə mənim ərizəmin işə
əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89.
Sənəd № 473
Dindirmə protokolu
1919-cu il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ruqiyyə Əli-Qulu qızı, 60 yaşım var, Bakı şəhər sakini, Bondarnaya
küçəsində, 26 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayında ermənilər müsəlmanlara qarşı qiyam qaldırdılar.
Başqaları kimi mən də zərər çəkdim. Ermənilər mənim qapılarımı sın-
dırdılar, mənim 70 yaşlı qoşa ərimi və iki oğlumu öldürdülər; üçüncüsü