Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə76/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   72   73   74   75   76   77   78   79   ...   137

243

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

sinin üzvü kimi bizim evin önündə gecə növbəsi çəkərkən mənə bir er-

məni əsgər - bakılı tələbə - yaxınlaşdı və söhbət əsnasında öz alman Ştut-

serini göstərərək, fəxrlə dedi etdi ki, həmin gün bu silahla müsəlmanlara 

1500 patron atmışdır və bütün müsəlmanları qırmaq lazımdır.

Mart hadisələrində ermənilərin yaxşı təşkil edilmiş hərbi dəstələri və 

“Daşnaksütun” partiyasının əynində mülki paltar, əlində tüfəng və qolun-

da ağ sarğı olan üzvləri iştirak edirdilər. Onların iştirakı həm də bununla 

təsdiq olunur ki, mart hadisələrində daşnaksakanların iştirak etməsini 

Şaumyan Fəhlə və əsgər deputatları Sovetinin iclaslarından birində açıq 

şəkildə etiraf etmişdir. Bununla belə, mən qırğınlar dayandırıldıqdan 

sonra erməni ziyalı cəmiyyətinin müxtəlif nümayəndələri ilə dəfələrlə 

söhbət etməli olmuşam və onlar qəribə bir inadkarlıqla iddia edirdilər ki

mart qırğınlarında nə erməni təşkilatları, nə də erməni ziyalıları çıxış et-

məmişlər, qarətlərlə isə yalnız erməni qara camaatı və cəbhədən öz kənd-

lərinə geri qayıdarkən onları öz evlərinə buraxmadıqlarına görə müsəl-

manlardan qisas alan ayrı-ayrı əsgərlər məşğul olmuşlar. 

Mart hadisələri zamanı ermənilərin müsəlman qadın, qoca və uşaq-

larına qarşı törətdikləri amansız vəhşiliklər barəsində dəfələrlə eşitmə-

li olmuşdum. Deyilənlərə görə, mart ayında 6000-7000 müsəlman qətlə 

yetirilmişdir. Ermənilər “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 

binasının yandırılmasını sonradan həmin binada müsəlmanların qərar-

gahının yerləşməsi ilə izah edirdilər. Heç bir ehtiyac olmadan ermənilər 

tərəfindən “Kaspi” qəzetinin binası yandırılmışdır. Mart ayında talan və 

qarətlər nəticəsində müsəlman əhalisinə vurulan ziyanın həcmi həddən 

ziyadə böyükdür, belə ki, həmin vaxt şəhərdə hələ əhali çox idi və müsəl-

manların evlərində olduqca böyük sərvətlər var idi. 

Bir dəfə, 1917-ci ilin dekabrında, ev təşkilatlarının yaradılması ilə əlaqə-

dar olaraq, Hacı Zeynalabdin Tağıyevi ziyarət etdiyim zaman Əsədulla Əh-

mədov

102


 andlı iclasçı Ter-Kazarova bolşeviklərlə mübarizə aparmaq üçün 

ermənilərlə müsəlmanlar arasında ittifaq yaradılmasını təklif etdi. O za-

man Ter-Kazarov cavab verməkdən yayındı, lakin küçəyə çıxdıqda mənə 

dedi ki, Əhmədovun təşəbbüsünün həyata keçirilməsi qeyri-mümkündür. 

Ümumiyyətlə, ermənilərin, görünür ki, bolşeviklərə bir meyli vardı; bol-

şeviklərin böyük hissəsi ermənilərdən ibarət idi. Ermənilər müsəlmanla-

ra mənfi münasibət bəsləyirdilər, ola bilsin, düşünürdülər ki, müsəlman-

ların hakimiyyəti zamanı ermənilərin maraqları qorunmayacaqdır. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

244


Mart ayının 19-da “Metropol” mehmanxanasında bu iki millətin bol-

şeviklərlə mübarizədə birləşməsi məsələsi üzrə erməni və müsəlman nü-

mayəndələri arasında müşavirə olmalı idi; bu müşavirə şəhərdə yaranmış 

atışma səbəbindən baş tutmadı, ertəsi günü isə ermənilər açıq şəkildə 

bolşeviklərin tərəfində müsəlmanlara qarşı çıxış etdilər.

Şəhərin bütün rus əhalisi (mən bolşevikləri nəzərdə tutmuram) müsəl-

manların dərdinə acıyırdı və erməniləri mart hadisələrinin səbəbkarı he-

sab etməklə, müsəlmanlara olan rəğbətini hər yerdə açıq-aşkar büruzə 

verirdi. Bu hadisələrdən sonra müsəlman əhalisinin aşağı təbəqələri daha 

da yoxsullaşdı. Mən bir neçə ay ərzində hər gün müsəlmanların zibil dolu 

xəndəkləri və zibil qutularını eşələdiklərini və orada tapdıqları qalıqlarla 

qidalandıqlarını görməli olurdum; bir çoxları aclıqdan üzülərək küçələrdə 

düşüb ölürdü. Küçədə yıxılıb qalmış ac müsəlmanın başı üzərində toplaş-

mış adamların arasından sadə rusların bütün bunların mart hadisələrinin 

nəticəsi olduğunu dediklərinin şəxsən mən özüm şahidi idim.

Şamaxı qəzasındakı hadisələr haqqında mənim yanıma məsləhət üçün 

gələn molokanların söhbətlərindən eşitmişəm. Bu qəzada molokanların 

məskunlaşdığı Mərəzə kəndi, ona bitişik isə müsəlman Mərəzəli kəndi 

var. Tatevos Əmirov və Stepan Lalayev erməni dəstələri ilə Mərəzəyə gəl-

miş və pulemyotlardan güllələyəcəkləri ilə hədələyərək, molokanları on-

lara qoşulmağa və Mərəzəli kəndinə getməyə məcbur etmişlər. Mərəzəli 

kənd sakinlərinin göndərdiyi müsəlman nümayəndələr güllələnmiş, kən-

din özündə isə məscid və bir çox evlər yandırılmışdır. Yeri gəlmişkən, Şa-

maxı qəzasındakı hadisələr barəsində mənə Şamaxı qəzasının Astraxan-

ka kəndində yaşayan molokan İvan Vasilyeviç Kalmıkov da danışmışdır.

Artıq mart hadisələrindən sonra öyrəndim ki, Əli Mərdan bəy Topçu-

başov həbs edilmişdir. Onu polkovnik baron Osten-Sak ilə birlikdə şəhər 

məktəblərinin birində kiçik bir otaqda saxlayırdılar, onlarla yanaşı olan 

böyük otaqda isə yalnız erməni əsgərlərindən ibarət gözətçilər oturur-

du. Onlar özlərini çox pis aparırdılar, daima tüfənglərinin çaxmaqlarını 

şaqqıldadır, bütün günü, hətta gecələr də oxuyur və bağırırdılar. Bunu 

mən Əli Mərdan bəy Topçubaşovu həbsdə saxlanıldığı otaqda şəxsən zi-

yarət etdiyimdən bilirəm. Xeyli səy göstərdikdən sonra, mən Caparidze və 

Kojemyako

103

 vasitəsilə Topçubaşovun zaminə buraxılmasına nail ola bil-



dim. Onu sonradan yenə həbs etdilər və Bayıl həbsxanasına saldılar. Əli 

Mərdan bəy Topçubaşovu həbsxanada ziyarət edərkən, onu həm mənəvi, 




245

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

həm də sağlamlıq cəhətdən sıxılmış vəziyyətdə gördüm. O mənə bildirdi 

ki, həbsxanada saxlanıldığı ilk günlərdə ona ümumiyyətlə heç bir yemək 

verməmişlər; o indi də acdır və onunla birlikdə həbsxanada olan digər 30 

nəfər də acdır. Topçubaşovun dediyinə görə, Bayılda onu çox pis şəraitdə 

saxlayırdılar: o kiçik bir kamerada İbrahim bəy Heydərovla

104


 birlikdə sax-

lanırdı; kamera axşam saat 6-dan səhər saat 7-dək bağlı olurdu, gecələr 

isə nəcis üçün kameraya qab qoyurdular və bu qabdan döşəməyə süzülən 

maye havanı dəhşətli üfunətlə doldururdu. Uzun əziyyətlərdən sonra 

mən və andlı iclasçı Leontyeviç, yenə də Caparidze vasitəsilə, həkimlərin 

Topçubaşovu və Heydərovu müayinə etmələrinə nail olduq və həkimlər 

onların həqiqətən xəstə olduqlarını təsdiq etdilər. Bundan sonra mə-

nim xahişimlə onları mənim arvadıma məxsus olan doktor Larionovun 

müalicəxanasına yerləşdirdilər. Məhbusların yanına yalnız ermənilərdən 

ibarət olan gözətçilər qoyulmuşdu və onlar özlərini daima biabırçı şəkil-

də aparırdı. Mən erməni gözətçilərinin başqaları ilə əvəz edilməsini xahiş 

etməyə məcbur oldum. Bundan sonra gürcülərdən ibarət bir günlük qa-

rovul göndərdilər, lakin, sonradan yenə də yalnız erməniləri göndərməyə 

başladılar. 

Əlavə edirəm ki, Caparidze fəhlə, əsgər və matros deputatları Sovetinin 

İcraiyyə Komitəsinin sədri, Dmitri Kojemyako – İcraiyyə Komitəsinin tə-

sis etdiyi Fövqəladə Komissiyanın

105


 sədri, Stepan Şaumyan – birbaşa Le-

ninin təyinatı üzrə Qafqazın Fövqəladə Komissarı, Stepan Lalayev və Ta-

tevos Əmirov – Şamaxı qəzasında fəaliyyət göstərmiş Əlahiddə bolşevik 

dəstələrinin komandirləri idilər. 

Şahidlik etməyi özümə borc bilirəm ki, mən həbsxanaya salınmış 

Topçubaşov və Heydərov barəsində hər dəfə Caparidzeyə və Kojemya-

koya müraciət edərkən, onların tərəfindən insani və ədalətli münasi-

bətlə qarşılaşmışam, Caparidze hətta öz səmimiliyi ilə məni riqqətə 

gətirmişdir.

İmza: Andlı iclasçı Yakov Nikolayeviç Smirnov.

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: Prokuror köməkçisi А.Kluge, 

Məmməd Xan Təkinski (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 152-155.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə