BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
40
edilməsinə xüsusi təsiri olan Gürcüstan menşevikləri fraksiyasının üzv-
lərindən N.Jordaniyanın Bakıda olan Q.Ter-Qazaryan ilə yazışmaların-
dan aydın görünür. Q.Ter-Qazaryanın guya “Tiflisdən hərbi hissələrin və
Gəncədən silahlı müsəlmanların Bakı üzərinə hərəkət etməsi haqqında
məlumatların əldə edildiyi” barədə təlaş dolu məktubuna, və “sakitliyin
hökm sürdüyü, ... və istisnasız olaraq bütün – sosialist, demokratik, inqi-
labi partiyaların Bakı rayonunun müdafiəsi üçün Bakı Soveti ilə birləş-
diyi” haqqında xəbərdarlığına N.Jordaniya tam əminliklə cavab verirdi
ki, “nə inqilabi təşkilatlar, nə də hökumət Bakı üzərinə hərəkətdə işti-
rak etmir... müsəlmanların hərəkəti... kütləvi xarakter daşıyır və onun
qarşısını almaq çətindir. Müsəlman korpusu yürüşə mütəşəkkil xarak-
ter vermək istəyir. Münaqişənin sülh yolu ilə həlli üçün bakılılar bütün
tədbirləri görməlidirlər. Biz hamımız Türkiyə ilə aparılan müharibə ilə
məşğuluq …”. (90)
Hadisələrin sonrakı inkişafı göstərdi ki, bolşevik təcavüzündən daha
çox Türkiyə təhlükəsindən narahat olan Seymin gürcü-erməni çoxluğu
Bakı Sovetinə qarşı hər hansı güc metodlarından istifadə etməyə ümu-
miyyətlə hazırlaşmırdı. Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələ-
rinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükəndi və türk qoşun-
larının çağırılması onun əsas vəzifəsinə çevrildi. (91) Diqqətəlayiqdir ki,
həmin günlər Bakı hadisələrinin nəticələrinin müəyyən şərtlər daxilində
aradan qaldırılması haqda təklifi Seymdə “Daşnaksütun” partiyası frak-
siyasının nümayəndələri irəli sürmüşdü və bu şərtlər Bakıda gələcək ha-
kimiyyətin sırf azərbaycanlı deyil, beynəlmiləl olması və erməni birləş-
mələrinin şəhərdə qalmasına icazə verilməsindən ibarət idi. Ermənilərin
bu təşəbbüsünün heç də həqiqi dinc yaşama arzusu ilə deyil, Türkiyə or-
dusunun yaxınlaşması ilə izah olunduğunu anlayan və son dərəcə həyasız
təklif kimi səciyyələndirən Azərbaycan fraksiyasının cavabı qəti olmuşdu:
“Bakıda və Cənub-Şərqi Qafqazda bütün hakimiyyət müsəlmanlara məx-
sus olmalıdır. Və əgər biz bu hakimiyyəti müvəqqəti olaraq itirmişiksə, bu
onu bütövlükdə və birdəfəlik geri qaytarmaq üçün edilmişdir”. (92)
26 may 1918-ci il tarixdə Tiflisdə Zaqafqaziya Seyminin son iclası
keçirildi və bu iclasda Seym özünün buraxıldığını bildirdi. Həmin gün
Gürcüstan öz müstəqilliyini elan etdi (Gürcüstan Demokratik Respubli-
kası). Mayın 27-də artıq keçmiş Seymin azərbaycanlı deputatları fövqə-
ladə iclas çağıraraq yaranmış vəziyyəti müzakirə etdilər və Müvəqqəti
41
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Azərbaycan Milli Şurasının yaradılmasını qərara aldılar. Həmin iclasda
iştirak etməyən Məmməd Əmin Rəsulzadə gizli səsvermə yolu ilə Milli
Şuranın sədri seçildi. Elə həmin gün Milli Şuranın 9 nəfərdən ibarət ic-
raiyyə orqanı formalaşdırıldı və Fətəli Xan Xoyski yekdilliklə onun sədri
seçildi. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında Azərbaycanın
müstəqilliyinin elan edilməsi qərara alındı və elə bu iclasda Azərbay-
canın İstiqlal bəyannaməsi - Azərbaycanın müstəqilliyi haqqında akt
qəbul edildi. Bu akt azərbaycanlıların yeni milli demokratik dövlətinin
– Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı faktını hüquqi cəhət-
dən təsbit etdi. Həmin iclasda həmçinin ilk Azərbaycan hökuməti – AXC
Nazirlər Kabinəsi formalaşdırıldı. Fətəli Xan Xoyski hökumətin başçısı,
Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov
ədliyyə naziri və i.a. seçildilər.
Fəaliyyətə başladıqdan və Tiflisdən Gəncəyə köçdükdən ay yarım son-
ra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər
naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş
hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütlə-
vi zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzə-
də deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri
quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz
erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və
əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin
quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumat-
lar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə
yönəldilir”. Məruzədə qeyd edilirdi ki, həm ümumdövlət maraqları, həm
də əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın
yaradılması zərurətini irəli sürür ki, “o, aşağıdakılarla məşğul olsun: 1. bü-
tün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zo-
rakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar
olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləş-
dirilməsi”. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı,
onun işinin nəticələri müxtəlif Avropa və türk dillərində nəşr edilməli və
geniş yayılmalı idi. M.H.Hacınski xüsusilə vurğulayırdı ki, Təhqiqat Ko-
missiyasının təşkilinə yubanmadan başlamaq lazımdır, “çünki, bu gün,
hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox
işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-də-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
42
lillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin
ki, qətiyyən mümkün olmayacaqdır”. (93)
Son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyətə başlayan gənc Azər-
baycan Respublikasının ilk Hökumətinin böyük uzaqgörənlik və opera-
tivlik nümayiş etdirərək həmin hadisələrə ən yüksək və ciddi şəkildə mü-
nasibət bildirmək və konkret tədbirlər görmək niyyəti, sözsüz ki, böyük
təqdirə layiq idi və zaman özü görülmüş bu işin əsl qiymətini verdi.
AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli hə-
min iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa mü-
haribəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəl-
manlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq
olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının” (FTK) yaradılması
haqqında qərar qəbul etdi. Həmin il avqust ayının 31-də AXC hökuməti-
nin başçısı, eyni zamanda xarici işlər naziri F.X.Xoyskinin imzaladığı qə-
rara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
Tanınmış hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın
sədri təyin edildi. Əvvəlcə 7 nəfərdən ibarət tərkibdə müəyyən edilən FTK-
nın tərkibinə, sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq
və məhkəmə orqanlarının digər əməkdaşları cəlb edildilər. Komissiyanın
işində Andrey Fomiç Novatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr
Yevgenyeviç Kluge, Məmməd xan Təkinski, Aley Adamoviç Aleksandro-
viç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər
daha fəal iştirak etmişlər.
Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sent-
yabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət
göstərirdi. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumə-
tinin nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş
ərazilərdə – respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli
hadisələrin araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının
əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif
qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hö-
kuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissi-
yası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və
onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.
FTK-nın Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.E.Kluge, and-
lı iclasçı Məmməd Xan Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski),
Dostları ilə paylaş: |