BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
46
Burada qeyd etmək lazımdır ki, Bakı Erməni Milli Şurasının və “Daş-
naksütun” partiyasının Bakıda mart faciələrinin təşkilində rolu, erməni
ziyalı və kübar təbəqələri nümayəndələrinin əlisilahlı azərbaycanlı qır-
ğınlarında iştirakı, o cümlədən erməni elitasının özünün “erməni qara
camaatı” adlandırdığı sadə erməni əhalisinin bu hadisələrdə kütləvi
çıxışı təkzibedilməz faktlar və sübutlarla təsdiq edilirdi. Məhz elə bu sü-
butların əsasında Azərbaycanın məhkəmə-istintaq orqanları Bakının er-
məni əhalisi arasında həbslər aparırdı ki, bu da ermənilərin, o cümlədən
yepiskop Baqratın hədsiz hiddətinə səbəb olmuşdu. FTK-nın sənədlərin-
də öz təsdiqini tapmış bu mövzu üzərində dayanmadan istər həmin dövr
Baqratın və digər erməni xadimlərinin, istərsə də bizim günlərdə erməni
müəlliflərinin 1918-ci ilin mart hadisələrində Bakı ermənilərinin iştirakı-
na dair məsələlərdə istifadə etdikləri iki arqumentə diqqət yetirək.
Yuxarıda qeyd edildiyi kimi, Bakıda üç gün ərzində 12 000 dinc azər-
baycanlı əhalinin, o cümlədən qoca, qadın və uşaqların qətlə yetirildi-
yi 1918-ci il mart hadisələrində erməni əhalisinin iştirakını kökündən
inkar edən bir çox erməni xadimləri, Baqrat da daxil olmaqla, guya bu
məsələdə “azərbaycanlıların nankorluğundan” sarsıldıqlarını bəyan
edirdilər, çünki, sən demə həmin günlərdə ermənilər nəinki heç kimi
öldürməmiş və ya qarət etməmişdilər, əksinə, hətta 20.000 müsəlmanı
xilas etmişdilər!? (101)
Azərbaycan kübar cəmiyyətinin nümayəndələrinin mart hadisələri za-
manı həqiqətən öz erməni dostlarının evlərində və mənzillərində sığınacaq
tapdığına dair ayrı-ayrı hallar, eləcə də erməni aristokratiyasının 1918-ci
ilin sentyabrında azərbaycanlı dost və tanışlarının bağ evlərində və imarət-
lərində gizlənməsi kimi faktlar çoxlarına məlum idi və bunu tərəflərdən
heç biri inkar etmirdi. Eyni zamanda sadə erməni, daha sonra azərbaycanlı
əhalinin də mart və sentyabr hadisələri zamanı öz qonşu və dostlarını xə-
bərdar və xilas etmələrinə dair də bir çox nümunələr var idi. Bu zaman di-
gər millətlərin nümayəndələri olan Bakı sakinlərinin hər iki tərəfə - mart-
da azərbaycanlılara, sentyabrda ermənilərə yardım etməsi də məlum idi.
Lakin, 1918-ci ilin sentyabrında Bakıda guya 20 000 (sonradan 30 000 və 35
000) erməninin öldürülməsi qarşısında mart hadisələrində qətlə yetirilmiş
müsəlmanların sayını cəmi 2000 nəfər göstərməsi hətta Baqratın vicda-
nına buraxılarsa belə, ermənilərin “xilas etdiyi” 20 000 (bəzi sənədlərdə 14
000) müsəlman rəqəminin haradan alındığı böyük sual doğurur.
47
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Erməni sənədlərini diqqətlə tədqiq etdikdə aydın olur ki, 14 000 və ya
20 000 “xilas edilmiş” müsəlman dedikdə Bakıda mart qırğınları zamanı
zorla evlərindən çıxarılmış və şəhərin böyük sahələri olan müxtəlif bina-
larına gətirilərək burada yerləşdirilmiş dinc azərbaycanlı sakinlər nəzərdə
tutulur. Bakıdakı teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, Şəhər
Duması, vağzal, sirk və s. ictimai binalar, ayrı-ayrı zəngin ermənilərin
malikanələri və hətta hamamlar evləri dağıdılmış, qarət edilmiş, yaxınla-
rı vəhşicəsinə qətlə yetirilmiş minlərlə azərbaycanlıların, xüsusilə qadın,
uşaq və qocaların gova-gova gətirildiyi və yığıldığı yerlərə çevrilmişdi. Bu
binalarda çox vaxt ac-susuz, bağlı qapılar arxasında, erməni əsgərlərindən
ibarət gözətçilərin nəzarəti altında saxlanılan bu adamlar həmin günlər-
də əsir hesab edilir və belə də adlandırılırdı. Yalnız sonradan, müsəlman-
ların kütləvi surətdə əsir alınmasında iştirak edən erməni xadimləri bu
əməllərin arxasında duran əsl mənanın fərqinə vardıqda, onları guya ki,
dinc müsəlman vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün zə-
ruri olan tədbirlər kimi izah etməyə çalışacaqlar və elə buradan da “xilas
edilmiş 14 000 və ya 20 000 müsəlman haqqında” əfsanə yaranacaqdır.
Lakin, “xilas olunanların” özlərinin çoxsaylı ifadələri müsəlman əha-
lisinin silahlı erməni quldur dəstələri tərəfindən məcburi şəkildə məhz
əsir götürüldüklərini və bu işin istehza və təhqirlərlə, təhdidlərlə, bir
çox hallarda isə qətllər törədilməklə müşayiət olunduğunu sübut edir.
Belə ifadələrin çoxunda göstərilirdi ki, ermənilər zorakılıqla müsəl-
man qadınların çadralarını başlarından qapıb cırır, onları hörükləri ilə
bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək
əsir aparır, yol boyu geri qalanları, ayaqlaşa bilməyənləri tüfənglərinin
qundaqları ilə döyür, yıxılanları güllələyirdilər. Gözləri qarşısında ata və
qardaşları, ər və oğulları qətlə yetirilmiş qadınlar əsirlikdə ürək partla-
masından ölür, dəli olurdular, gənc qadınların qucaqlarındakı azyaşlı
körpələr və uşaqlar acından, susuzluqdan və qorxudan keçinirdi, bu za-
man isə erməni ziyalıları öz arvadlarını azərbaycanlıların “rüsvayçılığı-
na” tamaşa etməyə gətirirdilər. (102)
Bakının müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakı-
lıq aktının bir hissəsi olan və yaxşı təşkil edilən bu əməllərin arxasında
ermənilərin o qədər də gizlətmədikləri məqsədləri açıq-aşkar görünür-
dü və bu məqsəd “haqq işi uğrunda” vuruşan erməni mübarizlərinin iç
üzünü aydın göstərirdi. Boşaldılmış yiyəsiz evlər və bütöv məhəllələr er-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
48
məni quldur dəstələrinə soyğunçuluq, qarət və müsəlmanların əmlakını
mənimsənək üçün, həmçinin üç-dörd gün ərzində saysız avtomobillərdə,
fayton və arabalarda aparılması mümkün olmayan qalan şeylərin darma-
dağın və məhv edilməsi üçün geniş imkanlar açırdı.
Lakin, guya “insanpərvərlik niyyəti ilə” “müsəlmanların xilas edilmə-
si” haqqında əfsanə ermənilər tərəfindən ən müxtəlif variantlarda səs-
ləndirilməkdə və yayılmaqda davam edirdi. Erməni terrorizminin ideo-
loqlarından biri, Şaqan Natali ləqəbi ilə məşhur olan Akop Ter-Akopyan
o zaman bütün Bakı türklərinin “başını kəsmədiklərinə” görə öz təəssü-
fünü heç gizlətmirdi: “Biz bildiririk və əminik ki, bunu bacardıq və öz
gücümüzlə bacardıq. Çünki bilirik: bunu sahibi olduğumuz Bakıda, on
minlərlə türkü kazarmalarda topladığımız yerdə edə bildik və – ah! ci-
nayətkarcasına alicənablıq! – onları ədalətli erməni qisasından qorumaq
üçün qapılarda gözətçilər qoyduq. Türkləri qoruduq, həyatlarını mühafizə
etdik, onlar isə minnətdarlıq əlaməti olaraq Bakının küçələrini 25 000 er-
məninin qanına boyadılar”. (103)
Qatı daşnak, görkəmli türk və azərbaycanlı xadimlərinin məhv edilmə-
si üzrə “Nemezis” əməliyyatının rəhbəri və təşkilatçısı, minlərlə müsəl-
manın, o cümlədən Azərbaycan dövlət xadimləri Fətəli Xan Xoyskinin,
Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və digərlərinin qətllərinin sə-
bəbkarı Akop Ter-Akopyan yalnız bir məsələdə haqlı idi: həmin günlərdə
Bakının “sahibi” həqiqətən məhz ermənilər idi, amma türklərə qarşı “ali-
cənablıq” məsələsi şübhəsiz ki, ermənisayağı “gözdən pərdə asmaqdan”
başqa bir şey deyildi. Əgər azərbaycanlı əsirlərin sağ qaldıqlarına görə,
minnətdar olmalı bir qüvvə var idisə, o da birmənalı şəkildə, ermənilər
deyil, rus əsgər və matrosları idi. Məhz Bakıda olan rus qoşunları mart
qırğınlarının ikinci gününün axşamı aldadıldıqlarını və S.Şaumyan başda
olmaqla erməni-bolşeviklər tərəfindən böyük oyuna cəlb olunduqlarını
başa düşərək əllərində silah müsəlman əhalisinin müdafiəsinə qalxdılar.
Və azərbaycanlıların qırğınları da yalnız 4 gündən sonra Bakı Sovetinin
özü tərəfindən deyil, iki Türküstan alayının qəti tələbi və artıq vəziyyəti
başa düşmüş Xəzər donanmasının rus dənizçilərinin hədə-qorxusu nə-
ticəsində dayandırılmışdı. “Bu hədələr kifayət qədər ciddi idi, çünki bu
iki döyüşkən alayda 8000-dən artıq döyüşçü cəm edilmişdi”. “Ərdahan”
və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərqində yerləşən limanlara
yaxınlaşdılar, “dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman
Dostları ilə paylaş: |