175
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Mart hadisələri zamanı bizim evə ermənilər soxuldular və bizi polis
bölməsinə əsir apardılar. Mən ertəsi gün evə qayıdanda bütün əmlakımın
qarət edildiyini gördüm. Qonşuların dediyinə görə bunu ermənilər etmiş-
lər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm. Mənə köhnə qiy-
mətlərlə 5000 rubl məbləğində zərər vurulmuşdur. Silahlı ermənilər bizi
zorla əsir apardılar və hətta bir nəfəri bizimlə getmək istəmədiyi üçün
evin darvazasının qabağında öldürdülər. Öldürülən mənim qaynım idi;
öldürəndən sonra ermənilər onun qızıl saatını və pullarını götürdülər.
Əsirlikdə bizi bir gün yox, üç gün saxladılar və çox az çörək verirdilər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı: İmza.
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 158.
Sənəd № 393
Dindirmə protokolu
1919-cu il, 13 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zinyət Ağabala qızı, 18 yaşım var, Bakı şəhərində, Kanitapinskaya
küçəsi, ev № 119 ünvanda yaşayıram, savadsızam.
1918-ci ilin mart ayında erməni əsgərləri bizim evə hücum etdilər,
mənim ərim Məşədi Rəhim Cabbar oğlunu öldürdülər və təqdim etdiyim
ərizədə göstərilən 10.000 rubl dəyərində bütün əşyalarımızı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 18.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
176
Sənəd № 394
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə Qəni qızı, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya
küçəsi, dalan № 7, ev № 8 ünvanda yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq ermə-
ni əsgəri yuxarıda göstərilən evə soxuldular və mənim 45 yaşlı ərim
İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzili-
mi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl
pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla yəhudi qadının evində
gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər.
Ermənilər mənim əşyalarımı mənim mənzilimdən avtomobilə qo-
yurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldü-
rürdülər və evlərini qarət edirdilər. Mənim ərimi tüfənglə öldürür-
dülər və ayaqlarını kəsdilər. Qarət edilmiş əşyaların siyahısını sizə
təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: M. Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 195.
Sənəd № 396
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səriyyə Hacı Gül Məmməd qızı Qurbanova, 38 yaşım var, 1-ci Kani-
tapinskaya küçəsi, 103 №-li evdə yaşayıram, Bakı, savadsızam.
177
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldu-
lar, mənim ərim Qulam Əli Qurban oğlunu, 45 yaşlı, və oğlum Ələkbəri, 20 yaşlı,
əsir apardılar və küçədə öldürdülər. Mənim mənzilimi isə 28.775 rubl məbləğin-
də qarət etdilər, oğurlanmış əmlakın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 400
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qızqayıt Rüstəm qızı, 35 yaşım var, Bakıda, 1-ci Kanitapinskaya
küçəsi, 115 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri mənim evimi qarət etdilər,
mənim ərim Ağababa Əbusalam oğlunu, 60 yaşlı, öldürdülər. Mənim mən-
zilimi 3275 rubl məbləğində qarət etmişlər, Bundan əlavə 100 pud buğda
aparmışlar. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 406
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
178
Səriyyə Xanım Mirzə Hüseyn qızı, 25 yaşım var, Bakı şəhəri, 7-ci Ka-
nitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxul-
dular, mənim 35 yaşlı ərim Gül Hüseyn Əhliman oğlunu və 20 yaşlı Ağa
Hüseyn Baba oğlunu öldürdülər. Mənim ərimin cibindən 1500 rubl pu-
lunu çıxardılar və mənzilimi 21.100 rubl dəyərində qarət etdilər. Qarət
edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm. Erməni əsgərləri məni əsir götürdülər. Qonşu müsəlmanları cin-
sindən və yaşından asılı olmayaraq öldürür və qarət edirdilər. Mən mö-
cüzə nəticəsində sağ qalmışam, yəqin ki, Allah belə istəyirmiş ki, mən sağ
qalım və erməni dəhşətlərinin şahidi olum.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 27.
Sənəd № 407
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Xanım Şamxal qızı, 14 yaşım var, Bakı şəhəri, 7-ci Kanita-
pinskaya küçəsi, 5 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarıda
göstərilən evə soxuldular, mənim ərim Abuzər Mahmud oğlunu, 32 yaşlı,
və atam Şamxal Allah Qulu oğlunu öldürdülər, mənzilimi qarət etdilər və
20.000 rubl dəyərində əşyalarımı apardılar. Ermənilər komoddan 100.000
min rublu da götürdülər. Mənim ərim topdan satış alver edirdi və irimiq-
yaslı dəmir ticarəti ilə məşğul idi. Məni ermənilər əsir apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Dostları ilə paylaş: |