BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
198
isə qorxudan xəstələndi və o, da öldü. Qətllər odlu silahdan atılan atəşlə
yerinə yetirilmişdir. Ermənilər kimin qətli törətdiyini və mənim əmla-
kımı qarət etdiyini deyə bilmərəm, belə ki, heç kimi tanımadım. Ermə-
nilər demək olar ki, bütün evimi qarət ediblər və mənim yazılı ərizəmdə
göstərdiyim 5300 rubl məbləğində olan bütün əşyalarımı aparıblar. Or-
tancıl oğlum – Məhərrəmə məxsus 25 min rubl qiyməti olan 10 qayıq da
oğurlanmışdır.
İfadə oxundu. Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 110.
Sənəd № 475
Dindirmə protokolu
1919-cu il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gülsüm Xanım Aydınova, 18 yaşım var, Bakı şəhərində, Aziatskaya
küçəsində, 93 №-li evdə yaşayıram, savadlıyam.
Bu ilin mart ayında mən Bondarnaya küçəsində yaşayırdım. O vaxt
silahlı ermənilər gəldilər və bizim evə hücum etdilər, mənim ərim qaç-
maq istəyəndə onlar onu öldürdülər. Ərimin adı Mirzə Mövsüm idi. Onun
qətlindən sonra cinayətkarlar bizim evimizi qarət etdilər və təqdim etdi-
yim ərizədə göstərilən 14.360 rubl məbləğində əşyalarımızı apardılar. Biz
qadınlar isə, qaçmaqla xilas olduq və ermənilərin gözünə görünmədik.
Oxundu. Savadlıdır. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 101.
199
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 476
Dindirmə protokolu
1919-cu il, 15 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tükəzban Tağı qızı Məmmədova, 23 yaşım var, Bakı şəhərində, Bon-
darnaya küçəsində, 50 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər bizi əsir apardılar və
yolda mənim ərim Məmməd Mehdi oğlunu öldürdülər və bundan əlavə
mənim mənzilimi 23.860 rubl məbləğində qarət etdilər. Siyahını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm. 23.860 rubl məbləğində dəy-
miş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 213.
Sənəd № 477
Dindirmə protokolu
1919-cu il, 15 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əminə Xanım Hacı Məmməd qızı Məmmədova, 18 yaşım var, Bakı
şəhərində, Bondarnaya küçəsində, 50 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Ağa
Məmməd Məmmədovu, mənim ərim Məmməd Hüseyni və atam Əbdül
Əzimi öldürdülər. Ermənilər onların hamısını əsir apardılar və yolda gül-
lələdilər. Öldürülənlərin meyitləri Çornıy qorodda tapıldı, amma məhz
harada, mən bilmirəm. Ora kişilər getmişdi. Bundan başqa, ermənilər
mənim əmlakımı qarət etmişlər və onların siyahısını təqdim edərək işə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
200
əlavə etməyinizi xahiş edirəm. Ermənilər tərəfindən mənim cəmi 84.150
rubl məbləğində əmlakım oğurlanıb.
Oxundu. Əminə Xanım Məmmədova. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 214.
Sənəd № 479
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Xanım Nadir qızı, 35 yaşım var, Bakıda, Bondarnaya küçə-
si, 50 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 21-də yüz nəfərə yaxın erməni əsgəri yuxarıda
göstərilən evə (soxuldular), yeddi nəfər qadını, məni və yeddi nəfər kişini
bayıra çıxardılar; qonşu evdən 8 qadın və 2 kişi çıxardılar. Erməni əsgər-
ləri mənim mənzilimi 28.100 rubl dəyərində soydular; qarət edilmiş əşya-
ların siyahısını təqdim edirəm. Bizim hamımızı əsir apardılar və Mailov
teatrının qarşısında iki qoca kişi və qadınları ayırdılar, qalan kişiləri isə
erməni əsgərləri küçədə güllələdilər. Qətlə yetirilənlərin arasında mənim
ərim Kərbəlayı Əbdül Əzim Mir Məmməd oğlu (65 yaşında), 30 yaşlı oğ-
lum Mehdi, 22 yaşlı oğlum Məmməd Hüseyn, 20 yaşlı qohumum Naci
Əli Məmməd Nur Məmməd oğlu da var idi. Məni və digər qadınları başqa
müsəlmanlarla birlikdə üç gün Mailov teatrında saxladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 198.
Dostları ilə paylaş: |