BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
216
Sənəd № 528
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahzadə Mirzəli qızı, 45 yaşım var, Bakıda, 6-cı Parallelnaya küçə-
sində yaşayıram.
Ermənilər mənim ərimi və oğlum Əli Mirzəni öldürdülər, sonra evi
16.800 rubl məbləğində, eləcə də onun dükanını qarət etdilər. Əmlakın si-
yahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Sənəd № 530
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Məmməd Cəfər qızı, 60 yaşım var, Bakıda, şəhəri, 10-
cu Parallelnaya küçəsi, 20 №-il evdə yaşayıram, savadsızam.
1918-ci il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə
soxuldular, mənim ərimi, 70 yaşlı Turab Nadir oğlunu öldürdülər və mə-
nim mənzilimi oğurlanan əmlaka dair təqdim etdiyim siyahıda göstə-
rilən məbləğdə qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
217
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 531
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Axundova, 40 yaşım var, Bakıda, Verxne-Kladbişens-
kaya küçəsi, 53 №-il evdə yaşayıram.
Martda, bazar ertəsi, ayın 19-da ermənilər tərəfindən mənim ərim Əla-
ğa Axundov öldürülmüşdür. Elə o vaxt bizim mənzilimizi qarət etmiş və
təqdim etdiyim siyahıda göstərilən əmlakımı – köhnə qiymətlərlə 10.400
rubl, yeni qiymətlərlə 30.000 rubl dəyərində, - aparmışlar.
Mart ayında mənim 19 yaşlı oğlum Ağa Hüseyn itmişdir və indiyə
kimi tapılmamışdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 144.
Sənəd № 533
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səkinə Xanım Məşədi Məmməd Bəkir qızı, 32 yaşım var, Bakıda,
İçəri şəhər Qalasında, Sretenski döngəsi, 22 №-il evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim ərim Məşədi Əyyub
Ələkbərovun yorğan-döşək mağazasına basqın etdilər, ərimi öldürdülər
və mağazanı qarət etdilər; bu zaman 10.000 rubl məbləğində əşyalar və
döşəklər oğurlanmışdır.
Oxundu. Savadsızdır.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
218
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 179.
Sənəd № 539
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hörmət Ağagül qızı, 35 yaşım var, Bakı şəhəri, Vasilyevski döngəsi,
15 №-il evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 20-də mənim mənzilimi 9290 rubl dəyərində qarət
etmişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Mən ərimlə və
oğlumla birlikdə qaçırdım, lakin ermənilər küçədə bizi tutdular, 40 yaşlı
ərim Əli Qulu Əzim oğlunu və 19 yaşlı oğlum Məşədi Əbdül Əzim oğlunu
öldürdülər, məni və qızımı isə əsir götürdülər, həm də 9 yaşlı qızım İzzəti
qolundan yaraladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
Sənəd № 540
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həmşə Qafar qızı, 37 yaşım var, Bakıda, Vasilyevski döngəsi, 18 №-il
evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərlər yuxarıda göstərilən evə soxul-
219
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
dular, mənim iki oğlumu – 25 yaşlı Abbasqulu Əmi Baba oğlunu və 22 yaş-
lı Cəfərqulu Əmi Baba oğlunu öldürdülər, mənim mənzilimi 10.020 rubl
məbləğində qarət etdilər.
Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş
edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 542
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Umnisə Hacı Zeynal Abdin qızı, Bakı sakini, 28 yaşım var, Verxnya-
ya-Naqornaya küçəsi, 193 №-il evdə yaşayıram, savadsızam.
Bu il mart ayının ortalarında, barışıq bağlanandan sonra, mən ərim
və uşaqlarımla bərabər Bakı şəhərindən Fatmayı kəndinə qaçırdım, yol-
da silahlı ermənilər bizi saxladılar və köhnə qiymətlə 2000 rubl dəyərin-
də olan, təqdim etdiyim siyahıda göstərilən bütün əşyalarımızı, sırğa və
başqa zinət əşyalarını, əlimizdən aldılar.
Bir neçə gündən sonra mənim ərim, qardaşım və qardaşım oğlu
şəhərə qayıtdılar. Mənim ərim Məşədi Hacı Ağa Əbdül Qədir oğlunu və
qardaşım oğlanları – İbadulla Abdulla oğlunu və Əmirulla Abdulla oğlunu,
eşitdiyimə görə, ermənilər öldürmüşlər. Ermənilər mənim 850 rubl pulu-
mu götürmüşlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 105.
Dostları ilə paylaş: |