BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
212
Sənəd № 514
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bənzər Sübhan qızı, 55 yaşım var, savadsızam, Bakıda, Budaqovska-
ya küçəsi, 83 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim, 65 yaşlı Ab-
basqulu Novruz oğlunu öldürdülər və mənim ümumilikdə 12.000 rubl
dəyərində olan əmlakımı qarət etdilər. Təqdim etdiyim siyahının işə əlavə
olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 515
Dindirmə protokolu
1919-cu il, 8 aprel. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Anna Jumat qızı, 20 yaşım var, Bakı şəhərində, Bibiheybətdə, Məm-
məd Bağırbəyovun evində yaşayıram, müsəlmanam, savadsızam.
Mənim ərim Allahverdi Nəsrulla oğlu Bibiheybətdə “Mantaşevin” mə-
dənlərində işləyirdi. 1918-ci il mart hadisələri zamanı o, evdən çıxmış və
daha geri qayıtmamışdır. Mənim onun haqqında heç bir məlumatım yox-
dur. Güman edirəm ki, o, həmin vaxt ermənilər tərəfindən öldürülmüş-
dür, lakin məhz kimin tərəfindən, deyə bilmərəm. Elə həmin vaxt, mən
evdən qaçdığım zaman, ermənilər tərəfindən bizim bütün ev avadanlı-
ğımız, əyin paltarlarımız, yataq, qab-qacaq və s. qarət edilmişdir. Bütün
213
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
oğurlanmış əşyalar keçən ilki qiymətlərlə 16.200 rubl dəyərində idi. Əlavə
deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 43.
Sənəd № 516
Dindirmə protokolu
1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mina Şahbaz qızı Abdulova, 50 yaşım var, Bakı şəhəri, Krasnovods-
kaya küçəsi, 98 №-li evdə yaşayıram.
Mart qırğınlarının ikinci günü bizim evimizə erməni əsgərləri gəldi və
oğlum Əli Hüseyn Paşa oğlunu hər iki qolunu biləkdən yaralayaraq ömür-
lük şikəst qoydular, bizim həyətdə olan 6 yaşlı oğlan uşağını və 7 yaşlı qızı
qətlə yetirdilər. Sonra bizi şəhər nəqliyyatının həyətinə əsir apardılar, evi-
mizi isə qarət etdilər və yandırdılar. Bizi əsirlikdən azad etdikdən sonra
yalnız oğlanın və qızın kömür kimi qaralmış sümüklərini tapa bildik.
Təqdim edilən və qarət edilmiş əşyaların sadalandığı ərizə Əli Hüsey-
nin adından yazılıb. Bizə vurulan ziyan 32.000 rubla bərabərdir.
Oxundu. Savadsız olduğuna görə Ağa Hüseyn Abdulov imzalamışdır (imza).
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
214
Sənəd № 517
Dindirmə protokolu
1919-cu il, 22 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tükəzban Qurban Əli qızı, 40 yaşım var, Bakıda, Krasnovodskaya
küçəsi, 98 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim qardaşım Atamoğlan
Qurbanəli oğlunu və onun oğlu Mirzə Ağanı öldürdülər və onların təqdim
olunan siyahıda göstərilən əmlakını qarət etdilər. Əmlakın qiyməti 31.675
rubl idi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.
Sənəd № 518
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Bikə Hacı Tağı qızı, 39 yaşım var, Bakı şəhərində, Balaxans-
kaya küçəsi, 70 №-li şəxsi evimdə yaşayıram, savadsızam.
Mart hadisələri zamanı silahlı ermənilər məni və Balaxanskaya küçə-
sində yaşayan başqa müsəlman qadınları əsir apardılar və üç gündən
sonra mən azad edildikdə, evə gələrək gördüm ki, evim tamamilə qarət
edilmişdir; ermənilər ev əşyalarını – məs. xalçaları, qızıl şeyləri, ərzaq
məhsullarını, qənd, un və s. , ümumilikdə 40.000 rubl məbləğində – apar-
mışlar və bu məbləğin ödənilməsini xahiş edirəm.
Bundan sonra biz Şamaxı qəzasının Mərəzə kəndinin yolu ilə gedərkən,
215
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
molokanlar bizi saxladılar və 21 gün əsir qaldıq Yalnız Bakı şəhərində Mir
Həsən Vəzirov
93
adlı birisi işə qarışandan sonra biz azad edildik. Bununla
belə Stepan Lalayev və Əmirovun başçılıq etdiyi ermənilər 73 nəfər kişini
qətlə yetirdilər. Mənim qohumum doktor Məmməd Tağı Tağıyevi ermə-
nilər Bakıda öldürmüşlər.
İfadə oxunmuşdur. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 126.
Sənəd № 522
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Həbib bəy qızı Mahmudbəyova, 18 yaşım var, Bakı şəhərində,
Zavedenskaya küçəsi 27 №-li evdə yaşayıram, savadlıyam.
Artıq bitməkdə olan bu ilin mart ayında ermənilər şəhəri, o cümlədən
bizim küçəni – Şaxskaya – pulemyotlardan və s. bombalamağa başladılar.
Bu vaxt mən və mənim valideynlərim başqa müsəlmanlar kimi öldürülə
biləcəyimizdən qorxaraq, evimizi qoyduq və Nijnyaya-Priyutskaya küçə-
sinə qaçdıq. Ermənilər o vaxt bizim evimizi qarət etmiş və əmlakımızı
oğurlamışdılar. Həmin əmlakın siyahısını təqdim edirəm. Bizim evimizi
qarət edən erməniləri qonşularımız, eləcə də dayım Məşədi Əli Atakişiyev
və ev qulluqçumuz Olqa Poluxina görmüşlər. Olqa hazırda Bakıdan çıxıb
getmişdir, bəlkə də o, Bakıdadır, lakin mən onun ünvanını bilmirəm. Mə-
nim atam, Həbib bəy
94
, xəstədir və Sizin yanınıza gələ bilmir. Mən evin
böyüyüyəm. Ümumiyyətlə bizim evdən yeni qiymətlərlə 58.152 rubl məb-
ləğində əşyalar oğurlanmışdır.
İfadə oxunmuşdur. Savadlıdır. Mahmudbəyova Sona. İmza.
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 178.
Dostları ilə paylaş: |