Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə75/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   71   72   73   74   75   76   77   78   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

240


Onları müsəlmanlara qarşı çıxış etməyə sövq etmiş impuls budur. Ən 

cüzi, lakin ciddi müqavimət gördükdə isə cılız qorxaqlar kimi qaçırlar”. 

Həqiqətən də, onlar, üzərində fars yazıları olan qızıldan, gümüşdən, 

ipək parçalardan ibarət müsəlman qəniməti ilə yüklənərək, mənim xid-

mət etdiyim məntəqəyə qayıdırdılar və ermənilərin özləri ilə gətirdiklə-

ri qarət edilmiş var-dövləti mən öz gözlərimlə görürdüm. Mən ali təhsilli 

ermənilərin öz soyğunçu qardaşlarına göstərdikləri “həssas” münasibəti 

də xatırlatmalıyam. Nəinki bir qınaq, töhmət kəlməsi, əksinə, onlar soy-

ğunçu qardaşlarına mərhəmətli münasibət və səmimi qayğı göstərirdilər 

və xüsusilə səy edirdilər ki, onların “vicdanla qazandıqları var-dövlətləri-

nin” kiçik bir hissəsi belə batmasın. Onlar dəfələrlə bu pulları özlərində 

saxlamaq üçün alırdılar, bir dəfə isə, soyğunçu döyüşçü özü ilə bütöv bir 

dükanın mallarını gətirəndə, universitet bitirmiş adam sərəncam verdi 

ki, müəssisənin işçisi qarət edilmiş bütün bu malları soyğunçunun mü-

şayiəti ilə etibarlı yerə aparsın və yalnız bundan sonra “döyüşçü” müəs-

sisəyə qayıtdı.

Mart hadisələrindən sonra Şaumyanın, Karqanyanın, Avakyanın əmri 

ilə ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu yaradıldı. Buraya 17 yaşlı 

yeniyetmələrdən tutmuş heç bir işə yaramayan qoca ermənilərədək hamı 

daxil olmuşdu. Onlar orduya ümumi aclıq dövründə yemək üçün, geyi-

nib-keçinmək üçün və əlavə olaraq 200 rubl maaş almaq üçün gedirdilər. 

Onlar bundan əlavə yürüşlərdə də öz iştahalarına və bəxtlərinə uyğun 

olaraq “gəlir əldə edirdilər”. Müsəlmanların şəhərdə ən yaxşı binaları on-

lar üçün müsadirə edilmişdi və erməni döyüşçülər burada daima içki içir, 

zurna çalır, eyş-işrət və kef məclisləri təşkil edirdilər. Onlara elə gəlirdi ki, 

cənnətdə yaşayırlar. Belə ki, küçələrdə aclıq, ölüm hökm sürdüyü halda..., 

onlar hamısı boğaza qədər yeyirdi, ümumi düşkünlük və üzüntü hökm 

sürdüyü halda, onlar ... nəşələnirdilər. Lakin gələcəyi görən insanlar ar-

tıq o vaxt, onların şənliklərini gördükdə, onların soyğunçu alınlarında İn-

cilin tale yazısını oxuyurdular: “mene, men... tekel upofedkin” – “Zaman 

hesablanmış, sənin qan, məkr, həyasızlıq və ikiüzlülük üzərində qurul-

muş talançı rifahın tərəzilərdə çəkilmiş və hazırlanmışdır”. 

Onlara nə ingilislər, nə Petrovsk, nə başqaları yardım etdi. 

 Şahid Kvasnik öz ifadəsini imzalamaqdan imtina etdi və bunu onunla 

izah etdi ki, əgər onun ifadəsi ermənilərin əlinə düşərsə, onu mütləq öl-

dürəcəklər, o, isə nə özünü, nə ailəsini məhv etmək istəmir.




241

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza). 

Komissiya üzvü: A.Novatski (imza).

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 1-7.



Sənəd № 569

Dindirmə protokolu

1918-ci il, 2 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yakov Nikolayeviç Smirnov, andlı iclasçı, Bakının keçmiş İctimai 

Şəhər rəisi, Bakı şəhəri, Bazarnaya və Poçtovaya küçələrinin kəsişmə-

sində, Krasilnikovların evində yaşayıram, rusam.

Bu ilin mart hadisələri zamanı mən doktor Larionovun

100


 mənim ya-

şadığım evdə yerləşən müalicəxanasının pəncərəsindən erməni əsgər-

lərinin qarşı tərəfdəki “İslamiyyə” mehmanxanasının binasına necə 

od vurduqlarını müşahidə edirdim. Bunun üçün onlar binanın zirzə-

misindəki dükana çoxlu yeşik yığdılar və onları odladılar. Bütün bina 

tamamilə yandı, yalnız divarları qaldı. Mənim yaşadığım evdə müsəl-

manların dükanları yerləşirdi. Bu dükanları erməni əsgərləri qarət et-

dilər, qarətdən sonra dükanları yandırmaq istəyirdilər və bunun üçün 

məndən kerosin tələb etdilər. Mən böyük çətinliklə onları yanğın fikrin-

dən daşındıra bildim, onu səbəb gətirdim ki, bizim evdə kerosin yoxdur, 

çünki evin bütün otaqları elektriklə işıqlandırılır və həm də evin yuxa-

rı mərtəbələrində ağır xəstələrin yatdığı müalicəxana yerləşir. Erməni 

əsgərlərinin arasında bir neçə rus əsgər gözümə dəydi, onlar da mənə 

qoşuldular və evdə xəstəxananın olduğunu səbəb göstərərək, öz erməni 

yoldaşlarını müsəlman dükanlarını yandırmaq fikrindən daşındırdılar. 

Bizim yaxınlığımızda olan bazar isə mənim gözlərimin qarşısında er-

məni əsgərləri tərəfindən qarət edildi və od vurularaq yandırıldı. Bizim 

evimiz yanğınların mərkəzində qalmışdı və mən iki gün Korqanovdan

101

 

telefonla bizim müalicəxanamızın qorunub saxlanılması üçün yanğın-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

242


söndürən komandasının göndərilməsini xahiş etdim, lakin yanğınsön-

dürənlər gəlmədi. Bizi Allah özü qorudu!

Erməni əsgərlərinin bir dəstəsi bizim evə soxularaq, ikinci mərtəbədə 

yerləşən müalicəxanaya keçdilər və Bazar küçəsinə çıxan yan pəncərələr-

dən küçə boyu Şamaxinka istiqamətində atəş açmağa başladılar. Mən bir 

saata yaxın onları dilə tutmalı oldum ki, müalicəxanadan çıxıb getsinlər 

və buranı öz hərbi əməliyyatları üçün bazaya çevirməsinlər; çünki, bu-

nunla onlar xəstəxanada olan xəstələr üçün ölüm təhlükəsi yaradırdılar, 

onların arasında əməliyyat olunmuş ağır xəstələr var idi. Hətta telefon 

vasitəsilə hərbi nazir Korqanova müraciət etmək və erməni əsgərlərinin 

müalicəxanadan uzaqlaşdırılmasında köməklik göstərməsini xahiş et-

mək lazım gəldi. Sonradan müalicəxananın mühafizə edilməsi üçün mə-

nim yanıma dörd silahlı erməni əsgəri göndərdilər. Lakin onlardan iki-

si elə gəlməyi ilə yoxa çıxdı; sonradan məlum oldu ki, onlar bizim evlər 

komitəsinin ərazisində yerləşən mənzilləri qarət edirmişlər. Yadımda-

dır, köhnə təqvimlə 20 və ya 21 mart tarixində səhər saat 6-da Poçtovaya 

küçəsinin yuxarısında kasıb bir çadralı müsəlman qadın göründü və Ba-

zar küçəsini keçərək bizim evə yaxınlaşmağa başladı. Müalicəxananı mü-

hafizə edən erməni dərhal tüfəngini qaldırdı və qadını öldürmək istədi. 

Mən və evlər komitəsi üzrə mənimlə növbətçi olan kürəkənim Bazenkov 

qadını müdafiə etməyə yetişdik və ermənidən qadını vurmamağı xahiş 

etdik. Bir müddət sonra qadın onu tutmuş əsgərin əlindən çıxaraq geriyə 

Qubernskaya küçəsi ilə yuxarıya irəlilədikdə, əsgər yenidən onu nişan al-

mağa başladı, lakin bizim xahişlərimizdən sonra tüfəngini aşağı saldı və 

dedi: “onsuz da onu orada öldürəcəklər”. 

Silahlı erməni əsgərləri bizim həyətimizə soxuldular və müalicəxana-

da xəstə müsəlmanların olduğunu biləndə, xəstə müsəlmanları öldür-

məklə hədələyərək, özlərinin müalicəxanaya ötürülməyini tələb etməyə 

başladılar. Mən bizim evin digər sakinləri ilə birlikdə çox böyük çətin-

liklə erməniləri zorla müalicəxanaya girməkdən yayındıra bildim. Müa-

licəxananın pəncərəsindən Bazarnaya küçəsi boyunca atəş açan erməni 

əsgərlərindən ikisi müalicəxananın mətbəxinə daxil oldular və onlara çay 

verməyi xahiş etdilər; hər ikisi ziyalı idi. Onlar çay içən zaman gülə-gülə 

mənə danışırdılar ki, bir nəfər tatarı küçədə öldürərkən, başqa bir müsəl-

man öldürülənin yanına yıxılaraq özünü ölülüyə vurubmuş. Bu zaman 

onlar yerdə yatan tatara yaxınlaşaraq onu da güllələmişlər. Evlər komitə-




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə