Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə77/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   73   74   75   76   77   78   79   80   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

246


Sənəd № 570

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yuda Abramoviç Belenkiy, 43 yaşım var, yəhudiyəm, Bakı şəhəri, 

Verxnyaya Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram.

Bu il mart ayının 19-da təsadüfən bizim evə iki güllə düşdü, çərşən-

bə axşamı gündüz saat ikidə isə bizim evi pulemyotdan atəşə tutmağa 

başladılar. Bundan sonra, təxminən saat yarım keçmiş, bizim evə er-

məni və rus əsgərlərindən ibarət olan dəstə gəldi və mənzilləri gəzərək, 

müsəlmanları axtarmağa başladılar. Ermənilər mənim şüşəbəndimdə 

pəncərələri qırmağa başladıqda rus əsgərləri onlara qışqırdı: “dayanın, 

yoldaşlar, əl vurmayın, burada özümüzkülər yaşayır”. Axtarışdan sonra 

bu dəstə heç nə götürmədən çıxıb getdi və bizi xəbərdar etdi ki, ehti-

yatlı olaq, çünki gecə ermənilər axtarışa gələcəklər. Səhər saat dörddə 

mən yanıq iyi hiss etdim və gördüm ki, həyətimiz tüstü ilə dolmuşdur. 

Məlum oldu ki, ermənilər Qluxoy döngədə yerləşən qonşu evi yandı-

rıblar. Bu zaman mən və arvadım əşyalardan bəzilərini evdən çıxar-

maq istədik, lakin ermənilər buna görə bizi güllələmək istədilər və de-

dilər ki, biz tatarların əşyalarını xilas etməyə çalışırıq. Martın 21-də, 

çərşənbə günü, təxminən səhər saat 8-də bizim evə hansısa bir kök, 

qısaboylu, lopabığ, sonradan mənə deyildiyi kimi, Əmirov familiyalı 

erməninin başçılığı ilə erməni dəstəsi gəldi. Bu vaxt mən və digər ki-

rayənişinlər Drujınin və Çarnıy quyudan su çıxarırdıq. Bizim evimizin 

yandırılacağı təqdirdə onu söndürmək üçün su ehtiyatı gördüyümüzü 

biləndə, onlar bizi ölümlə hədələyərək su götürməyi qadağan etdilər 

və dedilər ki, müsəlman evini yanğından qorumaq olmaz. Bu zaman 

erməniləri küçəyə çağırdılar, onlardan ikisi yaralanmışdı, biz isə qar-

şı tərəfdə yerləşən Mixaylov xəstəxanasına qaçdıq. Bundan sonra bi-

zim evə fasiləsiz olaraq ermənilər girir və bəyəndikləri hər şeyi evdən 

çıxarırdılar. Mənim mənzilimdən qırx min rubl dəyərində əşyalarımı 

aparıblar. 



247

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

Mən bizim evin yanında, Melniçnaya küçəsi ilə Qluxoy döngənin ti-

nində ermənilərin 11 nəfər müsəlmanı necə güllələdiklərini görmüşəm. 

Bir qadın diz üstə çökərək yalvarırdı ki, 60 yaşlı bir qocanı öldürməsinlər. 

Ona söz verdilər ki, qocanı yalnız əsir aparacaqlar, lakin elə döngədəcə bir 

neçə revolver gülləsi ilə onu öldürdülər.

Müsəlmanları əsas etibarı ilə erməni əsgərləri qarət edir və qətlə yeti-

rirdilər.

Bundan sonrakı 1 – 1,2 və ya 2 ay ərzində, təxminən yeddi dəfə, 40-50 

süvari əsgər bizim məhəlləni mühasirəyə alaraq, mənim yaşadığım evin 

sahibi Şıx Balayevi axtarmışdılar və onu bir dəfə də olsun evində yaxala-

ya bilməmişdilər. 

Bizim evimizə də iki yerdən od vurmuşdular, lakin kənar şəxslərin 

və rus hərbçilərin birgə səyi nəticəsində yanğını söndürmək mümkün 

olmuşdu. Quyudan su çıxardığımıza görə Əmirov soyadlı kök erməni-

nin əmri ilə bizi güllələmək istəyirdilər; deyirdilər ki; “biz Şıx Balaye-

vin evini yandırmaq istəyirik, siz isə onu söndürmək istəyirsiniz”.

Oxundu. İmza. Y.Belenkiy.

Komissiya üzvü: А. Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 132.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

248


Sənəd № 571

Dindirmə protokolu

1918-ci il, 12 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Maks Borisoviç Manaseviç, 57 yaşım var, Bakı şəhərində, “Metro-

pol” mehmanxanasında yaşayıram.

Bu ilin mart ayında erməni-tatar atışmaları zamanı şahzadə Man-

sur Qacar, andlı iclasçı Ananyev, artist xanım Taqianosova və petroqradlı 

andlı iclasçı Alışvanla birlikdə vaxtımızın çox hissəsini “Metropol” meh-

manxanasının 2-ci nömrəsində keçirirdik. Biz pəncərələrdən tüfənglərlə 

silahlanmış və hərbi forma geymiş ermənilərin evlərin tinlərində giz-

lənərək və küçə boyu tüfənglərdən atəş açaraq, Nikolayevskaya küçəsi ilə 

yavaş-yavaş irəlilədiyini müşahidə edirdik. Nikolayevskaya küçəsi eyni 

zamanda “Metropol” mehmanxanasının damından pulemyot atəşinə tu-

tulurdu. Üçüncü və ya dördüncü gün daşnaksakanlar Yeqişe adlı rəhbər-

lərinin başçılığı ilə mehmanxanaya soxuldular və binanı “Daşnaksütun” 

partiyasının qərargahına çevirdilər. Bu Yeqişe və dəstələrdən birinin baş-

çısı olan tələbə Artyuşa Sergeyev bəyan etdilər ki, biz vəhşi diviziyanın 

zabitini gizlədirik və onun təhvil verilməsini bizdən tələb etdilər. Mən 

bildirdim ki, bizim yanımızda vəhşi diviziyanın heç bir zabiti yoxdur. Bu 

zaman andlı iclasçı Ananyev Yeqişeyə müraciət etdi və başa saldı ki, bi-

zim yanımızda rus ordusunun polkovniki şahzadə Mansur var və o, heç 

zaman vəhşi diviziyada xidmət etməmişdir. 

Şahzadə Mansur da Yeqişenin qarşısına çıxaraq bunu təsdiq etdi. 

Yeqişe cavabında bildirdi ki, Mansurun müsəlmanlara xidmət edib-et-

mədiyini istintaq müəyyən edəcəkdir, istintaqa qədər isə onu Erməni 

Milli Şurasına aparmaq lazımdır. Sonra Mansur avtomobillə Erməni 

Milli Şurasının yerləşdiyi Melikovların mənzilinə aparıldı. Nikolayev-

skaya küçəsi ilə yuxarı istiqamətdə hücum edənlərin arasında Stepan 

Lalayev də var idi. Şahzadə Mansur mənə orada Jorj Melikovu da gördü-

yünü dedi. Mən şəxsən onu görməmişəm. Əlavə edirəm ki, “Qrand Otel” 

mehmanxanasının pəncərələrindən birində ikinci pulemyot dururdu; 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə