Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə80/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   76   77   78   79   80   81   82   83   ...   137

255

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

inandırmağa çalışmışdır ki, əşyalar ruslara məxsusdur, lakin bunun heç 

bir köməyi olmamışdır. Ermənilər deyiblər ki, burada müsəlman məktə-

bi olmuşdur, əgər müəllimə ailəsi ilə birlikdə mənzilində qalmış olsaydı, 

onların da hamısını öldürəcəkdilər. Mənzilin qarət edilməsinin qarşısı-

nı zabit Xıdırov aldı; biz hamımız evlərimizə qayıtdıq və Ayrumovlar öz 

qiymətli əşyalarını götürərək, çıxıb getdilər. Bizim mənzilimiz tamamilə 

talan edilmişdi. 1918-ci il sentyabr ayının 14-də, şənbə günü, türklərin Ba-

kıya gəlməsi ərəfəsində, Ayrumovlar xilas olmaq ümidi ilə yenidən bizim 

mənzilimizə gəldilər, lakin mən onları qovdum və onlar gəmi ilə Ənzəliyə 

qaçdılar. Ayrumovların evdə olmadıqları müddətdə evin bütün kirayəni-

şinləri onların mənzilini axtardılar, xeyli patron və bomba taparaq türk-

lərə təhvil verdilər. 

İmza: Nina Georgiyevna Baranova.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А. Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 88-89.

Sənəd № 581

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Varvara Vasilyevna Antipova, 39 yaşlı, Bakı şəhəri, Kamenistaya 

küçəsi, 156 №-li evdə, 4-cü mərtəbədə yaşayıram.

Bakıda mart qırğınları zamanı mən Kamenistaya küçəsi, 156 №-li evdə 

yaşayırdım və həmin günlər mənim mənzilimə dəstə-dəstə 50-60 nəfər 

erməni əsgəri gələrək axtarışlar aparırdılar. Onlar silah axtarırdılar. On-

lar bir neçə dəfə gəlmiş və bizi tamamilə evdən çıxararaq şəhərin o biri 

başına, vağzal tərəfə qovmuşdular. Mən diz üstə ermənilərə və onların 

rəislərinə yalvarırdım, onların əlini öpürdüm və ağlayırdım ki, bizi mən-

zilimizdən və evdən qovmasınlar. Ermənilər mənim mənzilimdən köhnə 

qiymətlə 12.325 rubl məbləğində əşyalarımı qarət etmişlər. İndiki vaxtda 

mənim əmlakımın bir neçə dəfə, qat-qat baha qiyməti vardır. Ermənilər 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

256


tatar evi olduğu üçün bizim evi partlatmaq istəyirdilər və biz çətinliklə 

onları dilə tutduq ki, bizi müflis etməsinlər.

Oxundu. İmza. V.Antipova.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 211.

Sənəd № 582

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Darya Minayeva Xarçenkova, Bakı, 4-cü Kirpiçnıy döngəsi, №-3, Qu-

liyevin evi, 47 yaşlı.

1918-ci il martın 20-də mənim yaşadığım evin həyətinə iyirmi nəfər 

silahlı erməni soxuldu və bizdən evdə iranlının olub-olmadığını soruş-

du. Biz cavab verdik ki, evin sahibi iranlı çıxıb getmişdir, evdə isə başqa 

iranlılar yoxdur, ev sahibinin evində isə yalnız əsir türk yaşayır. Bu za-

man ermənilər ev sahibinin mənzilinə atəş açmağa başladılar, lakin biz 

onlara təklif etdik ki, əsir türkü çağırsınlar və o, yəqin ki, gələr. Əsir türk 

mənzildən çıxdı və biz ermənilərdən xahiş etdik ki, onu öldürməsinlər. 

Amma ermənilərdən biri türkə atəş açdı və onu öldürdü. İçəri soxulmuş 

ermənilər başqa, artıq silahsız ermənilərlə birlikdə ev sahibinin mənzi-

linə girdilər və ipəkdən olan əşyaları, un, xəz kürkü, telefon aparatını və d. 

əşyaları çıxarmağa başladılar. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.16.



257

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 588

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nikolay Pavloviç Ter-Kasparov, 36 yaşım var, Bakı şəhəri, 

Bondarnaya küçəsi, 131 №-li evdə yaşayıram.

Bu ilin mart ayında Bakıda 18-20 tarixlərdəki hadisələr zamanı, Rəsu-

lovun Bazarnaya küçəsi, 11, Qubernskaya küçəsinin tinində yerləşən evi 

yandırılmışdır. Bu evdə mənim də mənzilim vardı və yanğın zamanı mə-

nim bütün əmlakım və arvadımın – Sofya Mixaylovnanın diş müalicəsi 

kabineti məhv olmuşdur.

Mənə ümumilikdə 92.000 rubl məbləğdə ziyan vurulmuşdur və siyahı-

nın işə əlavə olunmasını xahiş edirəm. Hadisələrdən bir gün əvvəl mənzi-

limi bağlayaraq xəzinədarlıq binasına köçmüşdüm.

Oxundu. İmza. Nikolay Pavloviç Ter-Kasparov.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.



Sənəd № 590

Dindirmə protokolu

1919-cu il, 18 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Viktor Pavloviç Smirnov, 37 yaşım var, Bakı şəhəri, Tatarskaya küçə-

si, 36 №-li evdə yaşayıram.

1918-ci ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışı zamanı Ta-

rayevin Voznesenskaya, Kolyubakinskaya, Verxnyaya-Tazapirskaya və Vodo-

voznaya küçələrinə çıxan nəhəng evi yandırılmışdır. Bu zaman mənim də 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə