Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə88/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   84   85   86   87   88   89   90   91   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

282


Sənəd № 644

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həsən Həsən oğlu Həsənov, 40 yaşım var, Bakıda, Abşeronskaya 

küçəsi, 6 №-li evdə yaşayıram.

Bu ilin mart ayında ermənilər mənim daş karxanamda hazır daş eh-

tiyatımı qarət etmişlər. Bundan əlavə onlar, evimi də qarət ediblər. 73.520 

rubl dəyərində qarət olunmuş əşyalarımın siyahısını təqdim edirəm, 

qarət olunmuş əşyalarımın yeni qiymətlərlə dəyəri 140.000 rubldur. 

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 145.



Sənəd № 645

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mahmud İrza Qulu oğlu, 53 yaşım var, Bakı şəhəri, Verxnya-

ya-Naqornaya küçəsi, 1 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı vağzalda, içində mənə məxsus ərzaqlarla dolu 

vaqon ermənilər tərəfindən qarət edilmişdir, onlar təqdim etdiyim ərizə-

də sadalanmışdır. Qarət edilmiş ərzaqların dəyəri köhnə qiymətlə 60.700 

rubl idi; yeni qiymətlərlə isə 130.700 rubl təşkil edir.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.




283

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 647

Dindirmə protokolu

1919-cu il, 20 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Baqı Hacı Murtuza oğlu, Bakı şəhər polis nahiyəsi, Maştağa 

kənd sakini, Bakı şəhərində, 1-ci polis bölməsi ərazisində, Budaqovs-

kaya küçəsi, 81 №-li evdə yaşayıram. 

1918-ci il Bakıda mart hadisələri zamanı mən öz ailəmlə birlikdə Maş-

tağa kəndinə qaçaraq xilas oldum, lakin soda istehsal edən zavodum için-

dəki 52.250 rubl dəyərində bütün materiallarla birlikdə ermənilər tərəfin-

dən talan edildi. Ərizəmin işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 78.

Sənəd № 648

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ələsgər Baba oğlu, 55 yaşım var, Bakıda, Suraxanskaya küçəsi, 103 

№-li evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim Spasskaya küçəsi, ev № 44 

ünvanda yerləşən halva zavodumu və Suraxanskaya küçəsi, 191 №-li evdə 

yerləşən mənzilimi qarət etmişlər. Onlar, mənim adları 2 vərəqlik ərizəm-

də sadalanan və ümumilikdə 26.485 rubl məbləğində olan müxtəlif mate-

riallarımı və ev əşyalarımı aparmışlar. Bundan əlavə, avqust ayında Bakı 

ilə Binəqədi arasındakı yol ilə gedərkən, mənim üzərimə silahlı ermənilər 

hücum etmişlər və mənim 5075 rubl pulumu əlimdən almışlar.

Oxundu. Savadsızdır. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 57.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

284


Sənəd № 662

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sadıq Hacı İsmayıl oğlu, 44 yaşım var. Bakılıyam, Sretenskaya küçə-

si, 25 №-li evdə yaşayıram.

Səhv etmirəmsə, bu il mart ayının 20-də erməni əsgərləri mənim “İs-

mailiyyə” Xeyriyyə Cəmiyyətinin Nikoilayevskaya küçəsindəki binasında 

yerləşən “Palas” elektrik teatrımı talan etmişlər və 116.285 rubl qiyməti 

olan bütün inventarı avtomobillərdə aparmışlar. Mən onu göstərdiyim bu 

qiymətə 1915-ci, 1916-cı, 1917-ci illərdə əldə etmişəm. Qarətdən sonra er-

məni əsgərləri, başda Avakyan olmaqla “İsmailiyyə”nin binasını yandır-

dılar. Əşyalarımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xa-

hiş edirəm. Mənim bütün əmlakım qarət edilmiş inventardan ibarət idi. 

Həmçinin iki ədəd şəhadətnaməni təqdim edirəm. 

Oxundu. Sadıq Hacı İsmayıl oğlu. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 67.

Sənəd № 663

Dindirmə protokolu

1918-ci il, 24 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həsən Ağa Həsənov, 52 yaşım var, Bakı şəhəri, Pozenovskaya küçə-

si, 17 №-li evdə yaşayıram.

Bakıda bu il mart hadisələri zamanı ermənilər Nikoilayevskaya küçə-

si №12 – “Kaspi” qəzetinin binasını və № 10 - “İsmailiyyə” Xeyriyyə Cə-



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə