Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə87/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   83   84   85   86   87   88   89   90   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

278


Sənəd № 627

Əlavə Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, Bakı 

şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.

Bakıda mart qırğınları zamanı ermənilər mənim anbarlarımı, lima-

nımı və Petrovskaya meydandakı Rus-Qafqaz Birliyinin barjasını əvvəl 

qarət edib, sonra yandırmışlar. Bununla mənə və mənim şəriklərimə 

– Əhməd Dövlətova, Ələkbər Əliyevə və Cahangir Əhmədova 4 milyon 

rubl ziyan vurmuşlar. Mallarla birlikdə 4 anbar yandırılmışdır. Barja 

motorlu idi. Bu ziyandan mənim payıma 1.000.000 rubl düşür, sement 

zavoduma və şəhərdəki mənzilimə görə zərərlərimlə birlikdə isə mənə 

ümumilikdə 6.000.000 rubl məbləğində ziyan vurulmuşdur.

Mənə vurulmuş bu zərərlərin ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 177.

Sənəd № 628

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Seyfulla Hacı Əsədulla oğlu Hüseynov, 37 yaşım var, Bakı şəhərinin 

sakiniyəm, Armyanskaya küçəsi, ev 68 ünvanda yaşayıram.

Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim Bol-

şaya Morskaya küçəsi ev № 5 ünvanı üzrə “Rus-Qafqaz Birliyinin” li-



279

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

manında yerləşən anbarda, Armyanskaya küçəsi, ev № 68 ünvandakı 

mənzilimdə və “Şərq Cəmiyyətinin”

109


 və “Qafqaz və Merkurinin”

110


 li-

manında yerləşən bütün əmlakımı - köhnə qiymətlə 64.815 rubl məb-

ləğində - qarət etmişlər. Hal-hazırda mənim əmlakımın dəyəri 129.630 

rubl təşkil edir. Ətraflı siyahını təqdim edirəm və işə əlavə olunmasını 

xahiş edirəm. 129.630 rubl dəyərində olan zərərin mənə ödənilməsini 

xahiş edirəm.

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 190.

Sənəd № 632

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Cahangir Zahid oğlu Əhmədov, 28 yaşım var, Bakı şəhəri, Spasskaya 

küçəsi, 137 №-li evdə yaşayıram.

Bakıda bu il mart qırğınları zamanı “Rus-Qafqaz Birliyinin” 21 №-li li-

manında ermənilər tərəfindən mənim 1.080.950 rubl dəyərində əmlakım 

yandırılmışdır. Məhv edilmiş əmlakın siyahısının işə əlavə olunmasını 

xahiş edirəm. 

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 50.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

280


Sənəd № 633

Dindirmə protokolu

1919-cu il, 10 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Məmməd Hacı Qurban oğlu Qurbanov, 54 yaşım var, Lənkəran 

şəhərinin sakiniyəm, Bakı şəhəri, Krasno-Krestovskaya küçəsi, ev 31 

ünvanında yaşayıram.

1918-ci ildə Bakı şəhərində anarxiya və özbaşınalıqlar zamanı “Qafqaz 

və Merkuri” Cəmiyyətinin kontorundan və Merkuryevskaya küçəsi, ev № 

5 ünvanda olan mağazadan müsadirə adı altında ümumi məbləği 523.000 

rubl dəyərində malım aparılmışdır. Əmlakımın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge, А.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 10.



Sənəd № 634

Dindirmə protokolu

1919-cu il, 18 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bəşir Məmməd oğlu Axundov, 40 yaşım var. savadlıyam, Bakıda, 

Qubernskaya küçəsi, ev 3\5 ünvanda yaşayıram.

Bakıda və onun ətraf kəndlərində 1918-ci il mart hadisələri zamanı er-

mənilər, ümumilikdə mənə 269.300 rubl dəyərində ziyan vuraraq, mənim 

anbarımı və Şubanıda olan mədənimi talan etmişlər. Əmlakın siyahını 

və qiymətləndirilməsini təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm.



281

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 19.



Sənəd № 639

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əliyev, 18 yaşım var, Bakıda, Kolodeznaya küçəsi, 26 №-li 

evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər bizim üç atımızı aparmışlar, həm 

də tüfəngin qundağı ilə mənim işçim İslam Məşədi Mehdi oğlunun 

kəllə sümüyünü zədələmişlər. Həmin vaxtda Salyanskaya küçəsin-

də yerləşən dəri anbarım və Şubanıdakı mədənimiz talan edilmişdir. 

Qarət olunmuş bütün əşya və mallar təqdim olunan ərizədə sadalan-

mışdır. Bizə yeni qiymətlərlə ümumilikdə 181.150 rubl dəyərində ziyan 

vurulmuşdur.

Bundan əlavə, şəhər mart ayında artilleriya mərmiləri ilə bombala-

narkən, həkim rəyinə görə mənim 1,5 yaşlı iki qardaşım, əkizlər, ürək if-

licindən ölmüşlər; onlar 3 gün ərzində yata bilmirdilər və buna görə də 

dayanmadan qışqırırdılar.

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 60.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə