Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə84/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   80   81   82   83   84   85   86   87   ...   137

269

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 621 

AKT

1918-ci il, 22 noyabrda Azərbaycan Hökuməti yanında Fövqəladə 

Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş qu-

berniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, “İsmailiyyə” Müsəlman 

Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış ke-

çirdi və aşağıdakıları aşkar etdi.

Bina Nikolayevskaya küçəsində Birinci və İkinci Nikolayevskaya dön-

gələrinin arasında yerləşir və 4 №-li məhəllənin 440 kvadrat sajen ərazi-

sini əhatə edir.

Bina azacıq Mavritaniya üslubunun qarışığı ilə qotika üslubunda, 

göstərilən üslubun detallarının hazırlanması üçün zəruri olan çox gözəl 

yonulan yerli əhəngdaşının Badamdar növündən - kiçik müstəvilərin 

kaşı kərpic və mozaik medalyonlarla bəzədilməsi ilə - tikilmişdir.

Binanın ictimai istifadə üçün nəzərdə tutulmuş əsas hissəsi dəbdəbəli 

daxili bəzəyi və bütün detalların dəqiqliyi ilə seçilirdi. Hal-hazırda bina-

nın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni 

tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə 

tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına da-

vam gətirməmişdir və yanğının çox yüksək temperaturundan əyilmiş 

və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik 

tonqal yaratmışdır. Binanın çatı, həmçinin iki rəngli mərkəzi böyük salo-

nun üstündəki tirləri ağacdan idi və onlar tamamilə yanmışdır; lakin ça-

tıların şprengel hissələrini birləşdirən iri dəmir halqalar və onlara doğru 

çəkilib gətirilmiş tavan tirləri uçaraq 1-ci mərtəbənin döşəməsinin dəmir 

tirləri üzrə kərpic qübbələri müxtəlif yerlərdən deşmişdir və yerdən yuxa-

rıya qədər birbaşa dəliklər açmışdır. Salonun döşəməsinin tirləri hərarət-

dən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı 

görünüş ifadə edir.

Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi 

hərarətdən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə 

qopub düşmüşdür. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun 

hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyiş-

mişdir ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz. Daha az yan-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

270


mış bayır fasad divarı, daşlarda olan çatlar, laylanma və yanğının sonrakı 

nəticələrinin olacağı ehtimalı nəzərə alnmaqla, atmosfer təsirləri ilə bir-

likdə yalnız çox məsuliyyət istəməyən tikintilərdə yonulmamış daş kimi 

istifadə edilə bilər.

Əsas korpusun birinci mərtəbəsi əsas girişdən gələn bir aralıq istisna 

olmaqla, 4 böyük mağaza gözündən – kənardakılar dəmir-beton örtüklü – 

ibarət idi. Əsas dəmir-beton tirlər hərarətin təsirindən əhəmiyyətli dərə-

cədə əyilmişdir və onların, eləcə də kənar pilləkənlərin uçmaq təhlükəsi 

vardır. Onların konstruksiyası – dəmirləri divara oturdulmuş dəmir-be-

ton pilləkənlər, kosoursuz (pilləkənin yan taxtası) dəmir tirlər üzərində 

meydançalar. Daxili hərarətdən bayır divar qabarma vermişdir və daxili 

divarlarda pilləkənin iki səkisinin arasındakı hissədən keçən çatlar ya-

ranmışdır, bu səbəbdən asma pilləkənin bağlılığı pozulmuşdur və uçmaq 

təhlükəsi vardır. İşçilər üçün mənzil kimi nəzərdə tutulmuş yan fligellər 

(evlər) həm fasadına, həm də daxili bəzəyinə görə əsas binadan sadədir. 

Hər üç mərtəbədə tirlər ağacdan idi, tamamilə yanmışlar və damın uçma-

sı nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti 

olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə 

daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çər-

çivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür, bü-

tün çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir.

Bina buxarla isitmə sistemi ilə təchiz edilmişdi və kameraların qa-

lıqlarından göründüyü kini, yəqin ki, qızdırılmış havanın verilməsi ilə 

isidilirmiş, lakin pəncərələrin taxçalarındakı əyilmiş, yanıb qaralmış 

borulardan asılıb qalan radiatorların vəziyyəti onların hətta əsaslı tə-

mirdən sonra istifadə edilməsinin mümkünlüyünü şübhə altında qo-

yur. Binanın mərkəzi hissəsi kifayət qədər çoxlu sayda yanğınsöndürən 

kranlarla təchiz edilmişdi, lakin onların, baxış keçirilməsi mümkün 

olanlarının, hamısı bağlı idi və bu da alovun lokallaşdırılması üçün təd-

birlərin görülmədiyindən xəbər verir, daha doğrusu əksinə, belə ki, bi-

nada alışan material çox az idi və buna baxmayaraq bu aktda göstərilən 

səbəblərə görə bütün binanın hal-hazırda heç bir qiyməti olmadığı bi-

zim tərəfimizdən təsdiq olunur. 

Eskizə əsasən binanın həcmi təxminən 3000 kub sajen təşkil edir. 

1907-1908-ci illərdə bu cür binanın bəzəkli işlənmə ilə tikilməsinin dəyə-

ri bir kub sajena görə 100-120 rubl təşkil edirdi və deməli, binanın qiy-




271

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

məti 330.000 rubla yaxın olmalı idi. Hal-hazırda işçi qüvvəsinin qiyməti 

o vaxtdan 25 dəfə, tikinti materiallarının qiyməti isə orta hesabla 20 dəfə 

artmışdır. Orta hesabla işçi qüvvəsinə çəkilən xərci materialın xərcinə bə-

rabər tutsaq, binanın indi tikilməsinin qiymətinin 22 dəfə artdığını alırıq, 

yəni bu qiymət 7.260.000 rubl təşkil edir və bunu hazırkı aktda yazmağı 

qərara aldıq. 

Bakı Quberniya Mühəndisi: Mühəndis Şternberq (imza).

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 168-169.



Sənəd № 622

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının tapşırığı 

ilə, adı çəkilən Komissiyanın üzvü, aşağıda adları çəkilən şahidlərin iştirakı ilə 

ermənilər tərəfindən 1918-ci ilin martında Bazarnaya küçəsində yandırılmış bi-

naların xarabalıqlarına baxış keçirmişdir:

1. Bazar küçəsinin başlanğıcında Xanlarovun evinin xarabalıqları 

yerləşir; hal-hazırda aşağı mərtəbə təmir edilmişdir. Təsvir edilən evin 

fasadı Bazarnaya küçəsinə, yan fasadları isə Vrangelevskaya və Çelya-

yevskaya küçələrinə baxır. Bazarnaya küçəsi tərəfdən binanın uzunluğu 

60 addıma, yan tərəflərdən isə – 45 addıma bərabərdir. Aşağı mərtəbə elə 

təmir edilmişdir ki, burada hal-hazırda dükan kimi icarəyə verilmiş 26 

dükan gözü, içəri tərəfdən isə - müxtəlif anbarlar kimi icarəyə verilmiş 

20 dükan gözü yerləşir. Həm tavanlar, həm də döşəmə və divarlar (yan) 

yenidən tikilmişdir.

Yuxarı mərtəbənin yalnız divarları qalmışdır, həm də şərq küncü ta-

mamilə açılmışdır, belə ki, aşağı mərtəbədə Vrangelevkaya küçəsi tərəf-

dən üç dükan gözünün və Çelyavskaya küçəsi tərəfdən üç dükan gözünün 

divarlarının yuxarı hissəsində davamı yoxdur. 

Baxış keçirilən evin həyətində, yəqin ki, evin dördbucaqlı şəklində ti-

kilmiş dörd korpusu boyunca uzanan geniş daş qalereyanın qalıqları görü-

nür. Hal-hazırda qalereyadan orda-burda çox dağılmış, daşdan hörülmüş 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə