Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə82/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   78   79   80   81   82   83   84   85   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

262


lərin şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər. Mənim qardaşımı öl-

dürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız 

kostyumundan tanıya bildim.

Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və beş nəfər 

digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin so-

yadını bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər 

mənim 500 rubl dəyərində paltomu və 6000 nağd pulumu qarət ediblər. 

Türklər gəlməsəydi, yəqin ki, mən də əzablı ölümdən qaça bilməyəcək-

dim. İndi burada, Bakı şəhərində, müsəlmanları Petrovskda qətlə yetirmiş 

7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə 

şəhərdə gəzib-dolanırlar. Onların məsuliyyətə cəlb edilməsi haqqında 

sərəncam verməyinizi xahiş edirəm. Onların soyadlarını bilmirəm, amma 

bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda, mən ağladım.

Oxundu. Əli Əsgər Xuda Baxış oğlu, imza. 

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А.Kluge (imzalar).

İfadəmə əlavə olaraq göstərirəm ki, bu gün Bakının Şamaxinka hissə-

sində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına 

çağırdı, necə sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik 

axırına çıxacağıq”. 

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski, 

А. Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 31-32.



Sənəd № 607 

Dindirmə protokolu

1919-cu il, 24 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İran təbəəsi, Xoy şəhərinin sakini, Məşədi Abbas Hacı Rza oğlu, 50 ya-

şım var, Bakı şəhəri, 1-ci Kanitapinskaya küçəsi, 109 №-li evdə yaşayıram.



263

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

1918-ci ilin mart ayının 18-də Bakıda törədilən qanlı hadisələr zama-

nı, müsəlmanlar ermənilər tərəfindən amansızcasına qətlə yetirilərkən, 

mənim oğlum, 20 yaşlı gənc, Sadıq da ermənilərin qurbanı olmuşdur. 

Ermənilər yuxarıda göstərilən tarixdə mənim evimin yanındakı küçədə 

oğlumu yaraladılar və yaralı oğlum, qanı axa-axa evə gəldi. Ağır yaralını 

özümüzlə aparmaq iqtidarında olmadığımız üçün, onu evdə qoyaraq, mən 

ailəmin bütün üzvləri ilə birlikdə, qaçmaqla canımızı qurtardıq. Barışıq 

elan edildikdən sonra evimə qayıtdıqda, oğlumu ölmüş və eybəcər hala 

salınmış vəziyyətdə tapdım, bədənində çoxlu sayda süngü yaraları var idi, 

başı isə demək olar ki, tamamilə əzilmişdi, görünür, ermənilər iri daşlar-

la oğlumun başına vurmuşdular. Beləliklə, mən bədbəxt, sonuncu oğlu-

mu və qoca yaşlarımda sonuncu dayağımı itirdim. Ermənilər tərəfindən 

həmçinin mənim mənzilim talan edilmiş və 173.905 rubl (yeni qiymətlə) 

dəyərində əmlakım aparılmışdır.

Oxundu. Savadlıdır. İmza. (ərəb hərfləri ilə) 

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 88.

Sənəd № 608

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

 Ələkbər Tağı oğlu, İran təbəəsi, Bakı şəhəri, Bazarnaya küçəsi, 43 

№-li evdə yaşayıram, savadsızam.

Mənim, biri Vrangelskaya küçəsi, 19 №-li evdə, digəri isə Bazarna-

ya küçəsi, 3 №-li evdə yerləşən iki çayxanam, həmçinin Vorontsovs-

kaya küçəsi 7 №-li evdə baqqal dükanım, Bazarnaya küçəsi, 3 №-li evdə 

isə mənzilim var idi. Mart ayının 20-də erməni əsgərləri mənim hər iki 

çayxanamı, baqqal dükanımı və mənzilimi - 224.000 dəyərində - qarət et-

mişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Qarətdən sonra 

erməni əsgərləri içində 50 nəfərdən artıq müsəlmanın tamamilə yandığı 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

264


“Dağıstan” mehmanxanasına od vurdular, “Dağıstan” mehmanxanasının 

qarşısında yerləşən Karvansaraya od vurdular və burada 100 nəfərdən ar-

tıq müsəlman tamamilə yandı. Bunun ardınca erməni əsgərləri Abbas Ey-

vazovun Lalayevin evində yerləşən Karvansarayına soxuldular və erməni 

zabiti revolverlə 7 müsəlmanı – mənim üç bacım oğlanlarını – Mövsüm 

Ağa Sadıq oğlunu, Mirzə Bağır Mövsüm oğlunu, Qulam Əli Bəyməmməd 

oğlunu, Qarabağ sakini Salmanı və onun qardaşı İsgəndəri, “Növbahar” 

restoranının işçisi Qurban Əlini öldürdülər. 

Ola bilsin ki, ermənilər daha çox adam öldürmüşlər, lakin mən yalnız 

bu şəxsləri tanıyıram. Mən “Dağıstan” mehmanxanasında idim və İran 

konsulunun evinə qaça bildim.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 38-39. 



Sənəd № 609

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Şükür Hüseyn oğlu, 30 yaşım var, İran təbəəsiyəm, Bakı 

şəhəri, Çadrovaya küçəsində yaşayıram.

Bu ilin mart ayının ortalarında erməni əsgərləri evimizə soxuldu-

lar, beş müsəlmanı – İran təbəələrini və bir qadını öldürdülər. Mən 

erməni əsgərlərinə 5822 rubl verdim və bunun sayəsində ermənilər 

məni öldürmədilər, ancaq məni və ailəmi əsir apardılar. Ermənilər 

müsəlman evlərinin hamısını qarət etdilər və bütün əşyaları götürüb 

apardılar. Ermənilər mənim də mənzilimi qarət etdilər və təqdim etdi-

yim siyahıda göstərilmiş əşyalarımızı apardılar, bu siyahının işə əlavə 

olunmasını xahiş edirəm. Ermənilər mənzilimi 27.350 rubl dəyərində 

qarət etmişlər.

Oxundu. Savadsızdır. 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə