Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə85/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   81   82   83   84   85   86   87   88   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

272


ikimərtəbəli divar qalmışdır; divarda əvvəlki qalereyanın pəncərələrini, 

bəzi yerlərdə isə qapıları olmuş 14 böyük, yarımdairəvi, tağ dəlikləri var-

dır. Qalereyanın nə tavanı, nə də döşəməsi qalmamışdır. Divarların hər 

yerində his və alovun izləri görünür. 

Ev sahiblərinin, həmçinin qonşuların dediyinə görə, təsvir edilən evin 

yuxarı mərtəbəsində 35 ayrı-ayrı nömrələrdən ibarət olan “Dağıstan” 

mehmanxanası var idi. Dağıntıların bayırdan və daxildən fotoşəkilləri çə-

kilmişdir. 

2. Yaxınlıqda Bakı sakini Məmməd Sadıq Talıbov tərəfindən icarəyə gö-

türülmüş və aşağı mərtəbəsi artıq təmir edilmiş evin xarabalıqları yerlə-

şir. Evin əsas fasadı Bazarnaya küçəsinə, yan fasadları isə Çelyayevskaya 

və Kolyubakinskaya küçələrinə baxır. Əsas fasadın uzunluğu 60 addıma, 

yan fasadların isə – 42 addıma bərabərdir. Ev, daxildən dördbucaqlı həyə-

ti olmaqla, düzbucaq formasında tikilmişdir. Aşağı mərtəbəsində divarlar 

təzələnmiş, döşəmə və tavan yenidən vurulmuşdur. Bu binada dükan və 

müxtəlif anbarlar kimi icarəyə verilmiş bayırdan 34 dükan gözü və içəri-

dən 24 dükan gözü yerləşir.

Üst mərtəbədən yalnız bəzi yerlərdə yüngülcə uçulmuş və alov izləri 

olan xarici və daxili divarlar qalmışdır. Həm divarlar, həm onların üzərin-

də bəzi yerlərdə qalmış ornamentlər binanın şərq üslubunda tikildiyin-

dən xəbər verir. 

Baxış keçirilən evin həyətində onun dörd fasadı boyunca, yəqin ki, 

evin hər iki mərtəbəsinə əlavə olaraq tikilmiş qalereyanın çöl divarını 

təşkil edən geniş, daşdan hörülmüş ikimərtəbəli divar mövcuddur. Divar 

həddən artıq korlanmışdır və üzərində alov izləri vardır. Qalereyanın alt 

hissəsi təmir edilmişdir, döşəmə, tavan, qapı və pəncərələr qaydaya salın-

mışdır və hal-hazırda burada anbar kimi icarəyə verilmiş 24 dükan gözü 

yerləşir. Alovdan daha çox ziyan çəkmiş üst mərtəbə təmir olunmamışdır; 

tavansız və döşəməsizdir. Divarlarda yanmış qapı və pəncərələrdən sonra 

qalmış bir sıra dəliklər görünür.

Evin daxili divarında, üst mərtəbədə əvvəlki qapı və pəncərələrdən 42 

dəlik qalmışdır. Evin icarədarı Məmməd Sadıq Talıbovun sözlərinə görə

ikinci mərtəbədə onun 40 otaqdan ibarət “İsgəndəriyyə” mehmanxanası 

yerləşirdi. 

Evin xarabalıqlarının iki görünüşdə fotoşəkilləri çəkilmişdir.

3. Həmin Bazarnaya küçəsində, bir qədər aralıda “İslamiyyə” meh-




273

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

manxanasının olduğu Hacı Mustafa Rəsulovun evinin xarabalıqları yer-

ləşir. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan 

fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fa-

sadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.

4. Evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazar-

naya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan 

divarlar qalmışdır. Qubernskaya küçəsinə çıxan birinci mərtəbədə 15 bö-

yük dəlik – keçmiş dükan gözlərinin qalıqları görünür: eyni sayda böyük 

dəliklər ikinci mərtəbədə də nəzərə açılır. Bazarnaya küçəsinə çıxan bi-

rinci mərtəbənin divarlarında keçmiş dükan gözlərindən qalmış 11 bö-

yük dəlik görünür; ikinci mərtəbədə kiçik ölçülərdə 22 dəlik – pəncərə iz-

ləri görünür. Evin Staro-Poçtovaya küçəsinə baxan arxa divarında, aşağı 

mərtəbədə də dükan gözlərinin 15 dəliyi görünür, üst mərtəbədə isə kiçik 

ölçülərdə 15 dəlik – əvvəlcədən orada olmuş pəncərələrin izləri görünür. 

Bazarnaya küçəsinə doğru torpağın səviyyəsinin təbii surətdə aşağı en-

məsi səbəbindən, divar həmin tərəfdən 3 mərtəbə hündürlüyündə tikil-

mişdir; 3-cü mərtəbədən yalnız bu fasadının küncləri üzrə iki aralıq qal-

mışdır. 

Təsvir olunan binanın həyətinə girmək mümkün deyildir, çünki divar-

lar, tavanlar və dam uçaraq oraya girişi tamamilə tutmuşdur.

Evin sahibi Hacı Mustafa Rəsulov tərəfindən təqdim edilmiş məlumat-

lara əsasən, təsvir edilən evdə; birinci mərtəbədə bayırdan 26, daxildən 

isə 14 mağaza; yuxarı mərtəbədə 60 otaqdan ibarət olan “İslamiyyə” meh-

manxanası yerləşirdi.

Xarabalıqların bayır tərəfdən fotoşəkilləri çəkilmişdir.

Şahidlər: B.Buludxanov, … ( iki imza).

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 170- 172.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

274


Sənəd № 623

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat komissiyasının tapşırığı 

ilə, adı çəkilən Komissiyanın üzvü Kluge, aşağıda adları çəkilən şahidlərin iştira-

kı ilə, bu ilin martında ermənilərin müsəlmanlara qarşı silahlı çıxışları zamanı 

Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiyasının yandırılmış binası-

nın xarabalıqlarına baxış keçirmişdir.

Hal-hazırda birmərtəbəli binadan bütövlükdə yalnız güclü surətdə zə-

dələnmiş bayır divarlar qalmışdır; bəzi yerlərdə daxili divarların qalıq-

ları görünür. Əsas fasad Nikolayevskaya küçəsinə baxır; onun uzunluğu 

55 addımdır; 51 addım uzunluqda olan yan fasad təsvir edilən binanı “İs-

mailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqlarından 

ayıran döngəyə çıxır; həmçinin, 55 addım uzunluqda olan arxa fasad Kre-

postnaya döngəsinə çıxır. Əsas fasad divarının qərb küncündən kiçik bir 

hissəsi tamamilə uçmuşdur.

Əsas fasadda 16 pəncərə və bir qapı dəliyi, yan fasadda isə 11 pəncərə 

dəliyi görünür, arxa fasadın divarında kiçik həyətə aparan darvaza qal-

mışdır. Darvazadan sağ tərəfdə daxili divarı sağ qalmış qalereyanın qalıq-

ları görünür, sol tərəfdə isə yanğının, demək olar ki, toxunmadığı tikili 

durur, kiçik təmirdən burada binanın qarovulçusu oturur. 

Bütün həyət bəzi yerləri həddən artıq hisə batmış daşlarla və kərpiclər-

lə doludur.

Binanın tavanı və döşəməsi uçaraq keçmiş redaksiyanın zirzəmi otaq-

larını doldurmuşdur. Daha az dolmuş zirzəmilərdən birində, məhz şərq 

tərəfdəki küncə çıxan zirzəmidə üstü daşlarla və zibillə yarıyadək ör-

tülmüş qarsalanmış qalın kitablar yığını, yaxından baxdıqda isə Quran 

nüsxələri görünür. Orda-burda kiçik aralıqlar sağ qalmışdır, iki yerdə bö-

yük, girdə dəmir sobalar durur.

Binanın üç görünüşdə fotoşəkilləri çəkilmişdir. 

Şahidlər: B.Buludxanov, … ( iki imza).

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 173.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə