Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə93/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   89   90   91   92   93   94   95   96   ...   137

297

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Əli Əsgər Fərzəli oğlu Əliyev, 28 yaşlı, Bakılıyam, Balaxanskaya 

küçəsi, dalan №-2, 1 №-li evdə yaşayıram.

 Bu il, martın deyəsən 20-də, yaxud 21-də erməni əsgərləri dükanımı 

və anbarımı qarət etmiş və köhnə qiymətlə 61.785 rubl məbləğində malı-

mı aparmışlar. Mənim dükanım Bazarnaya küçəsi, №- 6, Məmmədovun 

evində, anbarım isə Krasilnikovun evində yerləşirdi. Qarətdən sonra er-

mənilər dükanı və anbarı yandırmışlar. Qarət edilmiş əmlakın siyahısını 

təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər az qiy-

mətli malların bir hissəsini yandırmışlar.

Oxundu. İmza. 

Komissiyanın üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.12.

 

Sənəd № 727



Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Babayev, 45 yaşım var, Bakıda, Kubinskaya küçəsi, 25 №-li 

evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim dəri mağazamı qarət edərək, 

mənə köhnə qiymətlərlə 250.000 rubl ziyan vurublar. Həmin müddətdə 

mənim Şamaxıda olan mənzilimi də qarət ediblər və ərizədə göstərilən və 

113.500 rubl dəyərində əşyalarımı aparıblar.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 27.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

298


Sənəd № 734

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Kərim İbrahimov, 35 yaşım var, hal-hazırda Bakı şəhəri, 

3-cü Təzəpirskiy döngəsi, 4 №-li evdə yaşayıram.

Bakıda 1918-ci il mart hadisələri zamanı ermənilər mənim Bazarna-

ya küçəsi, ev 8-də yerləşən anbar və dükanımı, və Krasilnikovun evində 

yerləşən anbarımı qarət etmişlər. Ermənilər malları, kərə yağını, soğan və 

digər malları avtomobillərdə daşıyıb aparmış, sonra isə bütün anbara od 

vurmuşlar. Mən qarət edilmiş malların siyahısını təqdim edirəm və işə 

əlavə olunmasını xahiş edirəm. Mənim mallarımın ümumi dəyəri köhnə 

qiymətlərlə 82.000 rubl təşkil edir. İndi isə mənim əmlakım ən azı 326.000 

rubl dəyərindədir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 109.



Sənəd № 739

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəhmətulla Aslanov, 35 yaşım var, Bakı şəhəri, Malaya-Krepostnaya 

küçəsi, 4 №-li evdə yaşayıram.

Bakıda 1918-ci il mart hadisələri zamanı ermənilər tərəfindən 

mənə və qardaşlarım İzzətulla və Fərəcullaya mənsub olan odun an-

barı talan edilmişdir. Bizə 30.500 rubl məbləğində zərər vurulmuşdur. 




299

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Yeni qiymətlərlə həmin zərər 120.000 rubla bərabərdir. 

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 148.

Sənəd № 742

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Ağa Dadaş Əli Rza oğlu, 43 yaşım var, Bakı şəhəri, Nij-

ne-Təzəpirskaya küçəsi, 97 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim Bazarnaya küçəsi 27 №-li 

evdə yerləşən dəri məmulatı anbarımı talan edərək mənə 13.555 rubl məb-

ləğində zərər vurmuşlar; yeni qiymətlərlə həmin malın qiyməti 18.000 

rubla yaxındır. 

 Mənim əmlakımın bir hissəsi Şamaxı qəzası Nabur kəndində idi; 

16.000 rubl qiyməti olan həmin əmlak da ermənilər tərəfindən qarət edil-

mişdir. Yeni qiymətlərlə onun qiyməti 22.000 rubl təşkil edirdi. 

Oxundu. İmza (ərəb hərfləri ilə) . 

Komissiyanın üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 181.

Sənəd № 744

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

300


Lütfulla Əhməd oğlu Axundov, 32 yaşım var, Bakı şəhərində, Serko-

vnaya küçəsi dalan 13, 3 №-li evdə yaşayıram.

Bakıda bu il mart talanları zamanı ermənilər mənim Kolyubakinska-

ya küçəsi 25 №-li evdə yerləşən kerosin anbarımı 32.215 rubl məbləğində 

qarət etmiş və yandırmışlar. Mən öz əmlakımın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm. Mənə dəymiş 32.215 rubl məbləğin-

də zərərin ödənilməsini xahiş edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 18.



Sənəd № 750

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli-Övsəd Davudzadə, 56 yaşım var, Bakı şəhəri sakiniyəm, Böyük 

Çəmbərəkənd küçəsi, 70 №-li evdə yaşayıram, savadlıyam.

Bu ilin mart ayında, ermənilərin müsəlmanlara qarşı çıxışları za-

manı mənim evim zərər çəkməmişdir; mənim “Qrand Otel” meh-

manxanasının altında dükanım var idi: dükan ermənilər tərəfindən 

qarət olunmuş və oradan 23.800 rubl dəyərində yeyinti malları oğur-

lanmışdır. Mən bu qarətin şahidi olmamışam, belə ki, qarışıqlıq baş-

lanan kimi mən evimdə gizlənmişdim, lakin hamıya məlumdur ki, bu 

ermənilərin işidir. Bəli, Stepan Lalayev sülhdən sonra mənim kürəkə-

nim İmamverdi Zeynalova demişdir ki, bu qarət onun sərəncamı və 

təhriki ilə həyata keçirilmişdir, çünki erməni əsgərlərinin çörəyə və 

papirosa ehtiyacı var idi. Mən o vaxt polisə müraciət etmişdim və po-

lis tərəfindən akt tərtib olunmuşdu. Məndə bu aktın surəti vardır, la-

kin onu təqdim etmirəm, çünki o mənə başqa bir iş üçün lazımdır.

İfadə oxundu. Savadlıdır. İmza (ərəb hərfləri ilə).

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə