Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə94/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   90   91   92   93   94   95   96   97   ...   137

301

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 112.



Sənəd № 751

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İmamverdi Zeynalov, 28 yaşım var, Bakı şəhəri sakiniyəm, Dvorso-

vaya küçəsi, 13 №-li evdə yaşayıram, savadlıyam.

Mən şəxsən mart ayında ermənilər tərəfindən zorakılığa məruz qal-

mamışam. Onlar, kim olduğunu bilmirəm, tüfəngdən atəş ilə mənim 

əmim oğlu Hacı Rza oğlunu öldürüblər; bu hadisə ermənilər şəhərin 

müsəlman hissəsinə - İçəri şəhər- Qala məhəlləsinə hücum edərkən baş 

verib. Daha sonra, ermənilər mənim qayınatam Əli-Övsəd Davudzadənin 

baqqal dükanını qarət ediblər. Bu işi ermənilərdən şəxsən kim edib, bil-

mirəm, amma Stepan Lalayev mənə demişdir ki, barışıq elan edildikdən 

bir neçə gün sonra Davudovun dükanını ermənilər onun təhriki və göstə-

rişi ilə qarət ediblər, çünki əsgərlərə çörək və papiros lazım idi. 

İfadə oxundu. Savadlıdır. İmza.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələkbər bəy Xasməmmədov 

(imza).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).



AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 113.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

302


Sənəd № 753

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nurulla bəy Abu Turab bəy oğlu Hacınski, 50 yaşında, Bakıda, Su-

raxanskaya küçəsi, 175 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim Bazar-

naya küçəsi 6 №-li Məmmədovun evində yerləşən dükanım talan edil-

miş və köhnə qiymətlərlə 38.660 rubl məbləğində əmlakım dağıdıl-

mışdır. Mən bu zaman Suraxanskaya küçəsində yerləşən evimdə idim 

və bu evə 4 erməni və 1 rus əsgərləri gəldilər. Erməni əsgərləri mənim 

evimi qarət etdilər və mənzildən 10.000 nağd pul, ümumilikdə 25.000 

rubl məbləğində qızıl əşyalar və s. apardılar. Mənim dükanımdan və 

evimdən qarət edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə 

olunmasını xahiş edirəm. Erməni əsgərləri məni öldürmək istəyirdilər, 

lakin rus əsgəri məni xilas etdi və erməni əsgərləri ilə birlikdə Mailov 

teatrına apardı. 

Oxundu. İmza.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 10.

Sənəd № 758

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Sadıq Dadaşov, 40 yaşım var, Bakı şəhəri, Kubinskaya 

küçəsi, 57 №-li evdə yaşayıram.



303

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Bakıda 1918-ci il mart talanları zamanı ermənilər mənim mənzilimi 

və dükanımı qarət etmişlər. Bizim Evlər komitəsi və bütün kirayənişinlər 

bu barədə bilir. Mən bu zaman kənddə idim və 3 həftədən sonra qayıtmı-

şam. Cəmi 31.040 rubl məbləğində qarət olunmuş əmlakın siyahısını və 

qiymətlərini təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti 100.000 

rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm. Siya-

hının işə əlavə edilməsini xahiş edirəm.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 112.

Sənəd № 760

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Vahab bəy Səlimbəyov, 60 yaşlı, Bakı şəhərində, Spasskaya küçəsi 

dalan 1, 2 №-li evdə yaşayıram.

Bakıda 1918-ci il 19-22 mart hadisələri zamanı mən yuxarıda göstərilən 

evdə qaldım, ailəmi isə şəhərin yuxarı hissəsinə göndərdim. Lakin daş-

nakların rəhbərliyi altında ermənilər bütün bazarı talan edərək yandır-

dılar. Burada, Bazarnaya küçəsi, № 11, Rəsulovun evində mənim dükanım 

var idi və mən ermənilər tərəfindən cəmi 195.000 rubl məbləğində qarət 

olunmuşam. Öz əmlakımın siyahısını və qiymətlərini təqdim edirəm və 

onun işə əlavə edilməsini xahiş edirəm. Mənim əmlakımın hazırkı qiy-

məti qat-qat artıqdır və 400.000 rubldan az deyildir və bu məbləğin mənə 

ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Аleksandroviç, A.Kluğe (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 113.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

304


Sənəd № 763

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Qəni Zaman oğlu Zamanov, 62 yaşlı, Bakı şəhərində, Stara-

ya-Poçtovaya küçəsi dalan 15, 2 №-li evdə yaşayıram.

Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsinin 

tini, Kolyubakinskya küçəsi 2 №-li evdə yerləşən baqqal dükanımı cəmi 

53.000 rubl məbləğində qarət etmişlər. Hazırda mənim malımın 150.000 

rubl qiyməti vardır və mən bu 150 min rubl məbləğin mənə ödənilməsini 

xahiş edirəm. 

Oxundu. Hacı Qəni Zeynalov. Savadsızdır.

Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 191.

Sənəd № 766

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Mir Ələkbər Məşədi Mir Kazım oğlu, 60 yaşlı, Bakı şəhərin-

də, Persidskaya küçəsi, 102 №-li evdə yaşayıram.

Bakıda mart hadisələri zamanı ermənilər mənim çay dükanımı qarət 

edərək mənə 9810 rubl məbləğində zərər vurmuşlar. Mənim çayxanam 

Şaxskaya küçəsində, Kələntərovun evində yerləşirdi. 

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvü: A.Kluğe (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 11.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə