Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə96/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   92   93   94   95   96   97   98   99   ...   137

309

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Əhədulla Cabbarov, 28 yaşlı, Bakıda, Kubinskaya küçəsi, 3 №-li evdə 

yaşayıram.

Mart hadisələri zamanı mənə və şərikim Lətif Axundova mənsub olan 

ekipaj dükanını yandırılmışdır. Dükanı yandıran ermənilər bir neçə eki-

pajı salamat şəkildə özləri ilə aparmış, qalan ekipajları və qalan ekipaj lə-

vazimatlarını isə yandırmışlar. Bizə köhnə qiymətlərlə 176.420 rubl məb-

ləğində ziyan vurulmuşdur. Yanmış əmlakın siyahısını təqdim edirəm. 

Oxundu. İmza.

Komissiya üzvü: A.Kluğe (imza).

Əhədulla Cabbarov əlavə olaraq göstərmişdir:

Elə o vaxt, mart hadisələri zamanı ermənilər mənim mənzilimə soxul-

dular və mənim təqdim edilən siyahıda göstərilən və köhnə qiymətlərlə 

45.800 rubl dəyərində olan bütün əmlakımı qarət etdilər. 

Oxundu. İmza (ərəb hərfləri ilə). Komissiya üzvü: A.Kluğe (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 58.

 

Sənəd № 790

Dindirmə protokolu

1919-cu il, 8 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Xalıq Molla Cəfər oğlu, 65 yaşlı, Bakı şəhərinin sakini, 

Bakıda, Vremennıy-Kirpiçnıy döngəsi və Lagernıy döngəsi tinində, 22 

№-li şəxsi evimdə yaşayıram.

1918-ci il Bakıda mart hadisələri zamanı ermənilər tərəfindən mənə 43.470 

rubl məbləğində ziyan vurulmuşdur ( ev əşyaları, ərzaq ehtiyatı qarət edilmiş, 

üç inək və 3 qoyun aparılmışdır). Mənim ərizəmi işə əlavə etməyi xahiş edirəm.

Əlavə olaraq bildirirəm ki, mən qoca adamam, köməksizəm, uzun illər 

zəhmət bahasına əldə etdiyim bütün sərvətimi itirmişəm; indi isə qoca 

vaxtımda yaşamaq üçün hər hansı vəsaitə malik deyiləm və buna diqqət 

verməyinizi xahiş edirəm. 

Oxundu. Savadsızdır.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

310


Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 9.



Sənəd № 793

Dindirmə protokolu

1919-cu il, 12 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Novruz Əli Gül oğlu, 40 yaşlı, Bakıda, Suraxanskaya küçəsi, dalan 1, 

5 №-li evdə yaşayıram.

Keçən il, mart hadisələri zamanı erməni-bolşeviklər mənim 7000 rubl 

dəyərində olan faytonumu və bir cüt atımı aparmışlar. Mənə dəyən zərə-

rin ödənilməsini xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 72.

Sənəd № 795

Dindirmə protokolu

1919-cu il, 1 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Dadaş Rəsulov, 50 yaşım var, Bakıda, Poçtovaya küçəsi, 64 №-li 

evdə yaşayıram.

Ötən ilin mart ayında ermənilər mənim at tövləmə girərək, minik ara-

basını, atlarımı və digər ləvazimatlarımı aparmışlar. Ümumilikdə mənə 

24.000 rubl dəyərində zərər vurulmuşdur.

Oxundu. İmza. 

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 1.



311

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 796

Dindirmə protokolu

1919-cu il, 6 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Sayad Mir Zeynal Abdin oğlu, 76 yaşım var, Bakı şəhərinin saki-

niyəm, Tatarskaya küçəsi, 152 №-li evdə yaşayıram.

1918-ci ilin martında Bakı şəhərində silahlı ermənilər yuxarıda adı çə-

kilən evə soxularkən, mən arvadımla qaçaraq canımızı qurtardıq və tam 

barışıq elan edilənədək tanışlarımızın evində gizləndik. Martın 23-də arva-

dımla birlikdə mənzilimizə qayıtdıq və onu tamamilə qarət olunmuş və da-

ğıdılmış gördük: ermənilər mənim bütün əmlakımı qarət etmiş və yeganə 

dolanacağımız olan inəyimizi aparmışdılar. Mən yarıkor və iflic olmuş qo-

cayam, yaşamaq üçün inəkdən savayı heç bir vəsaitim yox idi; arvadım süd 

satırdı və biz bununla dolanırdıq. İndi biz dilənçi həyatı sürürük və buna 

görə də 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən vurulmuş 

ziyanın ödənilməsini xahiş edirik. Mən bu ziyanı bugünkü qiymətlərlə 

21.975 rubl dəyərində qiymətləndirirəm. Mənim ərizəmin qarət olunmuş 

əşyalarla birlikdə işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 8.




FƏSİL V

BAKI ŞƏHƏRİ VƏ 

BAKI KƏNDLƏRİNİN 

SAKİNLƏRİNİN  

ŞAHİD İFADƏLƏRİ

(1918-ci il mart-sentyabr ayları)




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə