Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə99/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   95   96   97   98   99   100   101   102   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

320


Məşədi Baba Ağayev, 55 yaşlı, Bakı, 7-ci Parallelnaya küçəsi, 105 №li 

evdə yaşayıram.

Mənim Bakı qəzasının Digah kəndində evim var. Bakının türk qoşunları 

tərəfindən alınmasından 20 gün əvvəl Digaha erməni əsgərləri gəldilər və 

mənim evimdən yorğan-döşək, qab-qacaq, mis qazanlar, 25 pud buğda, 1000 

pud saman və 23 pud arpanı götürüb getdilər. Bütün qarət olunan mallar və 

ərzağın qiyməti 60.000 rubl təşkil edir. Əlavə ediləm ki, mənim 2000 rubl 

dəyərində olan iki təkərli minik arabam da oğurlanmışdır. 

Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 5.

Sənəd № 822

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kazım İslamov, 37 yaşlı, Bakıda, Orlovskaya küçəsi, 54\56 №li evdə 

yaşayıram. 

1918-ci ilin sentyabrında mənim qardaşım İsmayıl İslamov Suraxanı 

kəndinə getdi, onun üstündə 23.000 rubl pul var idi. O vaxtdan onu heç 

kim görməyib. Mən yalnız onu öyrənə bildim ki, o, Suraxanıya gedib çatıb. 

Suraxanıda o vaxt türklər olmadığı üçün, mən belə güman edirəm ki, qar-

daşımı ermənilər öldürüb. 

Oxundu. İmza. 

Komissiyanın üzvləri: M.Təkinski, A.Kluge, Aleksandroviç (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 26.



321

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)



Sənəd № 823

Dindirmə protokolu

1918-ci il, 26 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli Əlimərdan oğlu Əliyev, 27 yaşım var, Binəqədi kəndinin sakiniyəm.

Türklər Bakı şəhərinə hücumu zaman erməni əsgərləri Binəqədi kəndinə 

soxuldular və evləri talan etdilər. Erməni əsgərləri mənim evimi və dükanı-

mı qarət etdilər. 150.932 rubl məbləğində qarət edilmiş əşyalarımın siyahısını 

təqdim edirəm. Dükan və ev birlikdə mənə və üç qardaşıma məxsusdur.

Oxundu. İmza.

Komissiya üzvləri: М.Тəkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 82.

Sənəd № 824

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 

Mövsüm Səlimov, 42 yaşlı, Bakıda, Kamenistaya küçəsində, şəxsi 

evimdə yaşayıram.

Mart hadisələri günlərində ermənilər mənim evimi talan etdilər və təq-

dim olunan ərizədə sadalanan əmlakımı apardılar. Avqustun əvvəllərində 

ermənilər Binəqədiyə, mənim mədənlərimə gəldilər və bütün mədən ava-

danlığını qarət etdilər. Talan və qarət edilmiş əmlakın siyahısını təqdim 

edirəm. Mənə ümumilikdə 8.953.540 rubl məbləğində ziyan dəymişdir. 

Oxundu. İmza. 

Komissiyanın üzvləri: A.Kluge, Məmməd Xan Təkinski (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

322


Sənəd № 825

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İsa bəy Nəsrulla bəy oğlu Məmmədbəyov, 29 yaşlı, Bakıda, Verx-

ne-Priyutskaya küçəsi, 65 № li xüsusi evimdə yaşayıram.

 Sentyabr ayında Binəqədidə ermənilər mənim mağazamı ümumilikdə 

70.520 rubl. məbləğində qarət ediblər ki, bu məbləğin yarısı Əjdər Məli-

kovla şərik kimi mənim payıma düşür. Malların siyahısını işə əlavə etmə-

yi xahiş edirəm.

Oxundu. İmza. 

Komissiyanın üzvü: Aleksandroviç, A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 42.



Sənəd № 829

Dindirmə protokolu

1919-cu il, 8 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 

Abbas Manaf oğlu, 39 yaşlı, Bakı şəhərinin sakini, Binəqədidə, mə-

dənlərdə, dülgər kimi yaşayıram.

1918-ci il sentyabrın əvvəllərində, ermənilər Binəqədi kəndinə basqın 

edərkən, mən onların bizə vəhşi münasibətini bildiyim üçün başqa müsəl-

manlarla birlikdə Maştağa kəndinə qaçmaqla xilas olduq. Türk qoşunları ermə-

ni hissələrini Binəqədi kəndindən qovub çıxarandan və kəndi tutandan sonra, 

mən də türklərlə birgə Binəqədi kəndinə daxil oldum və orada bütün əmlakı-

mın talan olunduğunu gördüm. Bu əmlakımı mən 50.000 rubldan az məbləğdə 

qiymətləndirmirəm. Xahiş edirəm ərizəmi işə əlavə edəsiniz. 




323

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Oxundu. Savadsızdır. 

Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 67.

Sənəd № 832

Dindirmə protokolu

1919-cu il, 19 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağaxan Kərimov, 20 yaşım var, Bakı quberniyasının və qəzasının 

Balaxanı kənd sakiniyəm, elə orada (4-cü polis bölməsi) şəxsi evimdə 

yaşayıram.

Mən, Bakı quberniyasının və qəzasının Balaxanı kənd sakini, 31 yaş-

lı əmim oğlu Həsən Rüstəm oğlu adından ərizə verirəm və bildirirəm 

ki, o 1918-ci ilin sentyabr ayının əvvəlində erməni dəstələrinin hücumu 

zamanı Balaxanı kəndindən qaçarkən erməni gülləsindən ağır yara-

lanmışdır və bu günədək aldığı yaradan sağala bilməmişdir; hal-hazır-

da xəstə yatır və bu səbəbdən ərizə vermək üçün özü gələ bilməmişdir. 

Göstərilən hadisələr zamanı zərərçəkmiş Həsən Rüstəm oğlunun ha-

zırkı qiymətlərlə 189.300 rubl dəyərində qiymətləndirdiyi əmlakı ermə-

nilər tərəfindən qarət edilmişdir. Qarət edilmiş əşyaların siyahısının işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadlıdır. İmza. 

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 20.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə