Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə100/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   96   97   98   99   100   101   102   103   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

324


Sənəd № 833

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abuzər Əmrahov, 20 yaşım var, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, 45 yaşlı, müsəlman, savadsız.

1918-ci ilin sentyabrında, türk qoşunları Bakıya hücuma keçəndə, mən 

ailəmlə birlikdə, bir çox həmkəndlilərim kimi, ermənilər tərəfindən öl-

dürülməkdən qorxaraq Balaxanı kəndindən çıxdım; bütün daşınan əm-

lakımı öz evimdə qoyaraq dəmir yolu ilə Petrovsk şəhəri istiqamətin-

də hərəkət etdim. Bakı türk qoşunları tərəfindən alındıqdan sonra mən 

evimə qayıdanda özümün bütün daşınan əmlakımın qarət olunduğunu 

gördüm. Qonşular və qarovulçum Dimov, atasının adını bilmirəm, mənə 

dedilər ki, mənim əmlakımı erməni əsgərləri oğurlayıblar. Qarətçilərin 

heç birinin soyadını çəkə bilmərəm. Oğurlanan əmlakın siyahısını təq-

dim edirəm və qarət edilmiş bütün əmlakımı rublun əvvəlki məzənnəsi 

üzrə 76.115 rubl məbləğində qiymətləndirirəm. Belə ki, mən göstərilən əş-

yaları 15 il bundan əvvəl məhz bu məbləğdə almışam. Daha heç nə əlavə 

edə bilmərəm. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 24.

Sənəd № 837

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 



325

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əbu Əli Hacı Abbas Əli oğlu Nəzərov, 54 yaşlı, savadlı, Balaxanı kən-

dinin sakini, 57 № li şəxsi evimdə yaşayıram.

1918-ci ilin sentyabr ayında ermənilər Balaxanıda mənim evimi və ev-

dəki mülkiyyətimi köhnə qiymətlə 50.730 rubl məbləğində talan etdilər. 

Mən və ailəm bu zaman Qubada idik. 

Oxundu. İmza (ərəb hərflər ilə)

Komissiyanın üzvləri: Aleksandroviç, A.Hacı-İrzayev, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.



Sənəd № 840

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeybalı Mirəli oğlu, 60 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, müsəlman, savadsız.

1918-ci ilin sentyabrında, türk qoşunlarının hücumu nəticəsində er-

mənilər bizim kəndə çəkilirdilər, mən başqa həmkəndlilərimlə birlikdə 

qırılmaq təhlükəsindən qorxaraq və kəndimiz atəşə tutulduğu üçün qaç-

dım. Qaçarkən bütün daşınan əmlakımı evdə qoymuşdum və nəticədə 

əmlakım ermənilər tərəfindən qarət edilmişdir. Oğurlanan əşyaların siya-

hısını təqdim edirəm və onları rublun indiki məzənnəsi üzrə 37.450 rubl 

məbləğində qiymətləndirirəm. Əlavə etməyə sözüm yoxdur. 

Oxundu. Savadsızdır. 

Savadsız Zeybalı Mirəli oğlunun yerinə imzaladı: (imza). 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 28.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

326


Sənəd № 841

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirzə Məmməd Alxas oğlu, 45 yaşlı, Bakı quberniyası Balaxanı kən-

dinin sakini, müsəlman, savadlı.

Bu ilin sentyabr ayında, türk qoşunları Bakıya hücum edərkən bizim 

Balaxanı kəndini atəşə tutmağa başlayanda mən evimi və bütün daşınan 

əmlakımı qoyaraq kənddən qaçdım. Sonra geri qayıdanda türk qoşunları-

nın təzyiqi nəticəsində əmlakımın qarət edildiyi məlum oldu. Qarətçilər-

dən heç kimi tanımıram və göstərə bilmərəm. Oğurlanmış əmlakın siya-

hısını təqdim edirəm və omları rublun indiki məzənnəsi ilə 19.060 rubl 

məbləğində qiymətləndirirəm. Daha heç nə əlavə edə bilmərəm. 

Oxundu. İmza. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 29.

Sənəd № 842

Dindirmə protokolu

1919-cu il, 28 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Ağa Əliyev, 43 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin saki-

ni, müsəlman, savadlı.

1918-ci ilin sentyabr ayında, türk qoşunlarının hücumu qarşısında er-

mənilər cəbhədən Bakıya doğru geri çəkilirdilər və yolboyu kəndləri tu-

turdular. Qırğından qorxaraq, mən başqa həmkəndlilərimlə birlikdə kəndi 

qoyaraq qaçdım və ev əşyalarından və avadanlıqdan özümlə heç bir şey 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə