BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
330
Sənəd № 857
Dindirmə protokolu
1919-cu il, 2 aprel. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qurban Əli Budaqov, 26 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin
sakini, müsəlman, savadlı.
Keçən il avqust ayının sonunda, ermənilər türk qoşunlarının hü-
cumu qarşısında Bakı şəhərinə geri çəkiləndə, biz, geri çəkilən er-
mənilərin yolunun üstündə olan Balaxanı kəndinin sakinləri, öl-
dürülmək qorxusu və hərbi əməliyyatlar zolağından çıxmaq istəyi
səbəbindən bütün əmlakımızı kəndə qoyaraq qaçdıq. Qaçanların ara-
sında mənim atam Deyləm Budaqov, qohumum Hüseyn Qulu Məşədi
Ələkbər oğlu və dayım Abad Eyvaz Əli oğlu da var idi. Kəndə qayı-
danda biz öz əmlakımızın qarət olunduğunu gördük, başqalarından
eşitdiyimizə görə, onu ermənilər oğurlamışlar. Qarətçilərin adını və
soyadını deyə bilmərik, çünki onları heç görməmişik. Atamın və ad-
larını çəkdiyim qohumların mənə verdiyi etibarnamə əsasında on-
ların qarət olunmuş əmlaklarının siyahılarını təqdim edirəm. Əlavə
deməyə sözüm yoxdur.
Oxundu. İmza.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 42.
Sənəd № 858
Dindirmə protokolu
1918-ci il, 16 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
331
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Muxtar Əli Seyran oğlu, 50 yaşlı, Bakı qəzası, Balaxanı kəndində, Əli
Bala Babayevin evində yaşayıram.
Bu ilin sentyabr ayının ilk günlərində ermənilər Balaxanıda mənim
evimi, dükanlarımı, sarayımı talan etmişlər və bütün əmlakımı yandır-
mışlar. Bununla mənə 85.320 rubl məbləğində zərər vurmuşlar. Əmlakı-
mın siyahısını təqdim edirəm və işə əlavə edilməyini xahiş edirəm. Mənə
85.320 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərflər ilə)
Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 3.
Sənəd № 859
Dindirmə protokolu
1918-ci il, 19 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məhsum Kərbəlayı Mirzə Məmməd oğlu İbrahimov, 21 yaşlı, Ba-
laxanı kəndində, Mir Tağı M. Babayevin mədənində yaşayıram. 16 №
li sahə.
Mənim Balaxanıda Mir Tağı M. Babayevin mexaniki emalatxana-
sının yanında olan mənzilim mən orada olmadığım vaxtda 4170 rubl
məbləğində qarət edilmişdir. Mən bu vaxt Balaxanıdan Maştağa kən-
dinə qaçmışdım. Mən erməni əsgərlərindən qaçmışdım. Mənim ərizəmi
işə əlavə etməyi xahiş edirəm və 4170 rubl məbləğində zərərin ödənil-
məsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 30.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
332
Sənəd № 862
Dindirmə protokolu
1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Şirəliyev, 43 yaşım var, Ramana kəndində yaşayıram.
Türk qoşunları Bakıya daxil olmamışdan 20 gün əvvəl bizim Rama-
na kəndinə erməni batalyonu girdi və evlərimizi qarət etməyə başladı.
Ermənilər evlərə soxulur, mebeli sındırır, qab-qacağı qırır və daha qiy-
mətli olan hər şeyi aparırdılar. Mən qarət olunmuş əşyalarımın siyahısı-
nı təqdim edirəm; mənim 138.928 rubl dəyərində əşyalarım itmişdir. Er-
mənilər, qarətlə kifayətlənməyərək, vaxtında qaçmağa macal tapmamış
müsəlmanların hamısını qətlə yetirirdilər. Türk qoşunları hücuma keçən
kimi ermənilər geri çəkildilər. Bu müddətdə biz öz kəndimizə qayıtdıq
və dağıntıların dəhşətli mənzərəsi ilə üzləşdik. Hər tərəf qətlə yetirilmiş
müsəlmanların cəsədləri ilə dolu idi: öldürülmüş qocalar, döşləri kəsil-
miş qadınlar, süngülərlə dəlik-deşik edilmiş kiçik yaşlı uşaqlar. Hacıbala
Muradəli oğlunun evində 11 cəsəd var idi: ev yiyəsinin özü, onun arva-
dı, gəlini, kiçik yaşlı uşaqları, o cümlədən bir südəmər körpə və Hacıbala-
nın qohumları. Biz sonradan Ramana kəndinin yaxınlığında, boş bir evdə
qolları arxadan bağlanmış 12 meyit tapdıq. Meyitlərdən biri qadın, digəri
uşaq, qalanları isə kişilər idi. Bir çox kənd sakinlərinin meyiti hələ də ta-
pılmamışdır. Mən ermənilər tərəfindən alovun içinə atılmış və yanıb qa-
ralmış meyitlərə rast gəlmişəm.
Qarət edilmiş əşyalarımın siyahısına mən indi qiyməti 10.000 olan
1000 ədəd kisəni əlavə etməyi unutmuşam.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 6.