339
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Əlavə edirəm ki, mən Həştərxandan Petrovsk şəhərinə türk qoşunlarından
15 gün əvvəl gəlmişdim; Petrovsk şəhərinə mənimlə birlikdə 850 nəfər müsəl-
man gəlmişdi. Bizim hamımızı məsciddə yerləşdirdilər. Erməni əsgərləri öz
rəisləri ilə birlikdə gün ərzində bir neçə dəfə oraya gəlir və 10-15 müsəlmanı öz-
ləri ilə götürüb gedirdilər. Mən onların arasında Stepan Lalayevi və sonradan
Biçeraxovun dəstəsi ilə birlikdə Bakıya gəlmiş digərlərini görmüşdüm. Məlum
oldu ki, onlar müsəlmanların bir hissəsini yolda güllələyir, o biriləri həbsxana-
ya aparır və orada ağır işgəncələr içində öldürürdülər. Mənim qardaşım Məm-
məd Əlini də həbsxanaya aparmışdılar, əvvəl dilini kəsmiş, sonra isə öldürmüş-
dülər. Həbsxanada xüsusi otaq var idi və Stepan Lalayev, Ruben Ağamalyans
gecələr kiçik dəstələrlə buraya gətirdikləri müsəlmanları öldürürdülər. Onlar 10
nəfərə yaxın müsəlmanı üst-üstə yığır, onları məftillə bağlayır, sonra isə mərc
gəlirdilər ki, kimin tüfəngi daha çox adamı vurar.
Sonra öldürülənləri kiçik anbar kimi istifadə olunan qonşu otağa atırdılar.
Türklər Petrovsk şəhərinə gələndə ağzınadək eybəcər hala salınmış cəsədlərlə
dolu olan bu kiçik anbarı aşkar etdilər. Bütün meyitlərin fotoşəkilləri çəkildi.
Yuxarıda adları çəkilən ermənilər iki müsəlmanın əllərini bağlayır, sonra on-
lardan birini güllələyir, o birini isə bir qədər keçdikdən sonra xəncərlərlə də-
lik-deşik edirdilər. Bundan əvvəl onların pullarını alır və əvəzində sağ qoyacaq-
larını söz verirdilər. Həbsxananın anbarında tapılan meyitlərin hamısı eybəcər
hala salınmışdı: bəzilərinin qolları, digərlərinin isə ayaqları kəsilmişdi; bir çox-
larının qarınları yarılmış, gözləri çıxarılmış, kəllə sümükləri qırılmış, dişləri
vurulub sındırılmışdı. Əgər türklər Petrovsk şəhərini almasaydılar, ermənilər
bizim hamımızı öldürməyə imkan tapacaqdılar. Mənə növbə çatmadı. Bununla
belə ermənilər məni qarət etməyə macal tapdılar, onlar bonlarla 3000 rubl və
Nikolay pulları ilə 1500 rubl pulumu, papağımı, çəkmələrimi, palto və pencə-
yimi götürdülər. Mərhum qardaşım Məmməd Əlinin cibində Kerenski pulları
ilə 5000 rubla yaxın pul var idi. Onun meyitini aşkar edərkən bu pullar artıq
onun üzərində yox idi. İndi belə xatırlayıram ki, biz Petrovsk şəhərində gə-
midən noyabrın 1-də enmişdik. Türklər Petrovsk şəhərinə gələndə bizə böyük
qayğı göstərirdilər, 35 nəfərlik kiçik dəstələrlə Bakıya göndərirdilər. Əlavə olaraq
bizə xüsusi buraxılış vərəqələri paylayırdılar. Mən öz adıma buraxılış vərəqəsi
almışdım və onun əsasında özümlə Bakıya 5 qadın və 30 kişi apara bilərdim.
Oxundu. Öz buraxılış vərəqəmi təqdim edirəm. İmza.
Komissiya üzvləri: А.Kluge, Aleksandroviç, Məmməd Xan Təkinski (imzalar)
Arayış: İfadəyə xüsusi zərfdə saxlanılan sənəd əlavə edilmişdir.
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.15-16.
FƏSİL VI
Məhkəmə-istintaq
sənədləri
341
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
Sənəd № 1012
Fövqəladə Təhqiqat Komissiyasının Sədrinə
Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlar
haqqında həmin Komissiyanın üzvü A.E.Kluge tərəfindən
MƏRUZƏ
1918-ci ilin yanvarında, general Talışınski başda olmaqla, müsəlman
korpusunun qərargahı Bakı şəhərinə gəlmişdi. Qərargahın rus zabitləri
arasında guya əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu
bəhanə edərək, müsəlman korpusunun bütün qərargahı, əksəriyyətini er-
mənilərin təşkil etdiyi bolşeviklər tərəfindən həbs edilmişdi. Ermənilərin
“Daşnaksütun” partiyası, Sovet hakimiyyətini tanıyaraq, və sonrakı ha-
disələrdən də göründüyü kimi, müsəlmanlarla mübarizə aparmaq məqsə-
dilə bolşevik partiyası ilə birləşmişdi. Ermənilər müsəlman qərargahının
həbsi ilə müsəlmanların bolşeviklərə və nəticə etibarilə, ermənilərə qarşı
silahlı üsyana sövq etməyə çalışırdılar. Müsəlmanların çıxış etmədiyi-
ni görən ermənilər müsəlmanlara qarşı zorakılıqlar törətməyə, həm də
köməksiz qoca, qadın və uşaqları qarət etməyə və qətlə yetirməyə başla-
dılar. Vəziyyət o yerə çatmışdı ki, müsəlmanlar hətta Bakı vağzalında belə
görünə bilmirdilər; dəmir yolu ilə getmək arzusunda olanlar, Bakı vağza-
lında erməni əsgərləri tərəfindən öldürülmək və qarət olunmaq təhlükəsi
qarşısında şəhərə yaxın dəmir yolu stansiyalarından birinə faytonla get-
məli olurdular.
Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxı-
şa təhrik edirlər, lakin, qardaş xalqların qırğınına səbəb olan müharibəni və
onun nəticələrini arzu etməyərək, hər şeyə dözməyə çalışırdılar. Müsəlman-
ların mitinqlərində və məscidlərdə keçirdikləri yığıncaqlarında iştirak edən
Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəlman
natiqlərin hamısı müsəlman xalqını təmkinli olmağa, əziyyətlərə və zorakı-
lıqlara səbirlə dözməyə çağırırdı. Natiqlər xalqa izah edirdilər ki, ermənilər
müsəlmanları açıq çıxışlara məcbur etməyə çalışırlar ki, sonra özləri onların
üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından görünürdü ki, on-
lar ermənilərlə baş verə biləcək böyük toqquşma haqqında dəhşətlə düşünür-
dülər və hər bir vəcdlə belə bir vəziyyətin qarşısını almağa çalışırdılar. Müsəl-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
342
manların nümayəndələri, bolşeviklərə qarşı birgə hərəkət etmək məqsədilə
dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışsalar da, ermənilər hər dəfə bun-
dan yayınırdılar. (cild I, v. 154).
Eyni zamanda, demək olar ki, bütün ermənilərin şəhərin müsəlman
hissəsindən erməni hissəsinə köçməsi nəzərə çarpırdı; şəhərin müsəl-
man hissəsində yalnız ruslar, gürcülər və digər xristianlar qalmışdı ki,
ermənilər dəfələrlə onlara da buradan köçməyi məsləhət görürdülər. Belə
hallar da olmuşdu ki, ermənilər Bakıda mart ayında qarışıqlıqların ola
biləcəyi haqda müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlə-
rinə aparmağı məsləhət görmüşlər (s. I, v.1; s. II, v. 3).
Silahla ehtiyatsız davranması nəticəsində həlak olmuş yoldaşları
Məmməd Tağıyevin cənazəsini Bakıyadək müşayiət etmiş müsəlman di-
viziyasının kiçik dəstəsi 1918-ci ilin martın 17-də Lənkərana geriyə yola
düşürdü. Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər,
müsəlman diviziyasından tərksilah olunmalarını tələb etdilər və divizion
silahları təhvil verməkdən imtina etdikdə, tüfənglərdən və pulemyotlar-
dan atəş açdılar. Ertəsi gün, bazar günü, mart ayının 18-də şəhərin aşağı,
erməni hissəsində silahlı erməni əsgərləri görünməyə başladı; onlar bü-
tün küçələrdə səngərlər qazır, torpaq və daşlardan təpələr düzəldirdilər.
Bunu görən müsəlmanlar da öz növbəsində bəzi küçələrdə səngər qazma-
ğa başladılar, lakin yenə də ümid edirdilər ki, toqquşma baş verməyəcək
və hər şey danışıqlarla yoluna qoyulacaqdır. Elə həmin gün “İsmailiyyə”
Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçiri-
lirdi və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans gələrək
Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının adından bildirmişdir
ki, müsəlmanların bolşeviklərə qarşı çıxış edəcəyi təqdirdə, ermənilər
müsəlmanlara qoşular və bolşeviklərin Bakıdan qovulmasında onlara
kömək edərlər (s.I v.44; s.II, v.3,49).
Ertəsi gün, bazar ertəsi, martın 19-da, sübh tezdən şəhərin müsəlman his-
səsinə əsl hücum başlandı; bu vaxt ermənilərin onlara qarşı səmimi müna-
sibəti barəsində yalan vədlərinə arxayın olan müsəlmanlar hələ yatırdılar; bu
hücumda yalnız erməni əsgərləri iştirak edirdilər. Eyni zamanda ermənilə-
rin təhriki sayəsində şəhərin müsəlman hissəsini hərbi gəmilər mərmilərlə
atəşə tuturdu, çünki ermənilər rus matroslarını inandırmışdılar ki, müsəl-
manlar rus əhalisini qırırlar. Sonradan, müsəlmanların ruslara toxunmadığı-
na əmin olanda, matroslar toplardan atəş açmağı dayandırdılar.
Dostları ilə paylaş: |