BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
364
“Azərbaycanlıların soyqırımı haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın ta-
rixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təh-
rif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı
dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-
mış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-
ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını
qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaq-
larının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək er-
mənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata ke-
çirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə
çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskun-
laşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təş-
kil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni
vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə
süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovul-
ması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənis-
tan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan
torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni
xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqram-
lar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olun-
ması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. «Böyük
Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-
1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksi-
yalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbay-
canı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.
Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbay-
canlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin
mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsi, Ru-
siyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə is-
365
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
tifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırma-
ğa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə
mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quber-
niyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan hə-
yata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri ci-
nayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə
dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.
Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memar-
lıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış,
Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçı-
vanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla
həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetiril-
miş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edil-
mişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart
hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-
də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Dindirmə Komissiyasının yara-
dılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mər-
hələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin
törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri
çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azər-
baycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən tor-
paqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəh-
di idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa
çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin
məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azər-
baycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi si-
yasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bu-
nun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü
illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-
yasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarları-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
366
nın köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin
mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında
müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimi-
zin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin er-
məni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda
onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını forma-
laşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalq»ının surəti-
ni yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə
təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qur-
banları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı
olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaş-
larımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil al-
masına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azər-
baycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli
görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş
verir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda bö-
yüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Bö-
yük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyə-
ti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatı-
na, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təca-
vüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı si-
yasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet
mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılır-
dı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı
illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbay-
can Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci il-
dən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsin-
də yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da
respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qara-
bağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqın-
da ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vi-
layəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyala-
ra əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mi-
Dostları ilə paylaş: |