355
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
Sənəd № 1013
QƏRAR
1919-cu il, 24 iyul. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat
Komissiyası Bakı şəhərinin talan edilməsi haqqında iş üzrə Komissiyanın
üzvü A.E.Klugenin məruzəsi ilə əlaqədar, hazırkı işə baxaraq, hesab edir
ki, Komissiyanın apardığı təhqiqatın əldə etdiyi sübutlarla – Klugenin adı
çəkilən məruzəsində şərh olunan, həm şahidlərin: Abbas Eyvazovun (v. i.1
s. I), Əbdül Cabbar Babayevin ( v.i. 3 s. I), Mirzə Əhməd Hüseynzadənin
(v.i. 5 s. I), Mansur Şahzadə Qacarın (v.i. 6, s. I), Məşədi Əhməd Rəhim oğ-
lunun (v.i.21 s. I), Ağa Hüseyn Səlim oğlu Nəcəfovun (v.i. 22 s. I), Məşədi
Hüseyn Səfərəliyevin (v.i. 25 s. I), Teymur Səlimovun (v.i.56 s. I), Ağa Əli
İsmayılovun (v.i. 91 s. I), Əli Övsəd Davudzadənin (v.i.112 s. I), İmamver-
di Zeynalovun (v.i. 113 s. I), Məmməd Tağı Kərimovun (v.i. 124), s. I), Nəsir
Kərbəlayı Əzim oğlunun (v.i. 125, s. I), Məşədi Məmməd Sadıq Talıbovun
(v.i. 162, s. I), Ağa Hüseyn Tağıyevin (v.i. 1 s. II), Yankel Slavinskinin (v.i.
45 s. II) və Məşədi Məmməd Sadıq Həsənovun (v.i.176), s. II) ifadələri ilə,
həm də işə əlavə edilmiş baxış protokolları, ekspertiza protokolları və foto
şəkillərlə müəyyən edilmişdir ki, Bakı şəhərinin sakinləri: 1. Stepan Lala-
yev, 2. Artyom Nikolayeviç Ter Akopov, 3. Fridun Antonov, 4. Jorj Melikov,
İşxan Qarabəyov, 6. İşxan Qarabəyovun qaynı Nikolay, 7. Asatur Vaçyans,
8. Tatevos Əmirov, 9. Yequş Samvel oğlu (baqqal), 10. Hayk Yeramış oğlu
(dərzi), 11. İsaak Baqdasarov (çəkməçi), 12. Aleksandr Ter-Qazarov, 13. Le-
von Ter-Qazarov, 14. Arşak Avetisov (bərbər), 15. Levon Arutyunov Qaraxan-
yans, 16. Sergey Melikov, 17. Levon Varşamyan, 18. Ambarsum Melikov, 19.
Xristofor Dildarov, 20. Xaçatur Martirosov, 21. Yeqiş Paxlavuni, 22. Levon
Saatsazbəyov aşağıdakı əməllərdə kifayət qədər ifşa olunmuşlar: müsəl-
man əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn məqsəd-
lərlə, öz aralarında və istintaq tərəfindən hələ müəyyən edilməmiş digər-
ləri ilə razılaşma əsasında və birləşmiş qüvvələrlə odlu və soyuq silahla
silahlanmış bir neçə min nəfərdən ibarət quldur dəstəsi yaratmış və bu
dəstə müsəlman əhalisinin qırılması, eləcə də onun əmlakının qarət və
məhv edilməsi məqsədi ilə 1918-ci ilin mart ayının 18-də Bakı şəhərində
şəhərin müsəlmanlar yaşayan hissəsinə basqın etmiş və onları bir neçə
gün ərzində talan edərək, 1. bu müddət ərzində 11000 nəfərə yaxın müsəl-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
356
man kişi, qadın və uşaqları qətlə yetirmişdir, qətllər xüsusi qəddarlıqla,
qadınların zorlanması, döşlərinin kəsilməsi, diri-diri alovun içinə atıl-
ması, südəmər körpələrin süngülərə keçirilməsi və s. ilə müşayiət olun-
muşdur; 2. əhalinin 400 milyon rubldan az olmayan məbləğdə müxtəlif
əmlakını qarət etmişdir və 3. bir neçə rayonda, məs., Məmmədli rayonun-
da və yaxud bazarda müsəlmanların məskunlaşdığı binaların demək olar
ki hamısını, həmçinin müsəlmanlara məxsus olan digər ictimai və şəxsi
binaları: “Kaspi” qəzetinin redaksiyası binasını, “İsmailiyyə” Müsəlman
Xeyriyyə Cəmiyyətinin binasını və müsəlmanlara məxsus “Dağıstan”, “İs-
gəndəriyyə”, “İslamiyyə” mehmanxanalarını yanğınlarla məhv etmişdir,
buna görə də: Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə, Azər-
baycan Respublikası Hökumətinin 21 mart 1919-cu il tarixli qərarına
122
və Ədliyyə Nazirinin həmin ilin 25 iyun tarixli və 3066 №-li təklifinə
123
əsaslanaraq, Fövqəladə Təhqiqat Komissiyası QƏRARA ALIR: yuxarıda
adları çəkilən Bakı şəhəri sakinləri Stepan Lalayev, Artyom Nikolayeviç
Ter Akopov, Fridun Antonov, Jorj Melikov, İşxan Qarabəyov, İşxan Qara-
bəyovun qaynı Nikolay, Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel
oğlu, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon
Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Me-
likov, Levon Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur
Martirosov, Yeqiş Paxlavuni və Levon Saatsazbəyov Cəza haqqında Qanun
Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə itti-
ham edilərək, hazırkı iş üzrə müttəhim qismində cinayət məsuliyyətinə
cəlb olunsunlar. İş üzrə və Klugenin həmin məruzəsində adları çəkilən
və şahidlərin ifadələrinə görə həmçinin yuxarıda göstərilən cinayətlərin
törədilməsində iştirak etmiş: doktor Tiqran Ter-Zaxaryanın denşiki, zabit
Sergeyev, adı məlum olmayan Ter-Qazarov, soyadı məlum olmayan Alek-
sandr, tələbə Paronyan, praporşik Dovlatov, adları məlum olmayan tələbə
Popovyan və praporşik Avakyanın müttəhim qismində cinayət məsuliy-
yətinə cəlb edilməsi məsələsi isə,
onların şəxsiyyətləri dəqiq aydınlaşdırılana qədər açıq saxlanılsın.
Sədr: Ə. Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri:
Ç.B.Klossovski, А.А. Аleksandroviç (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 27, v. 25-26;
357
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
Sənəd № 1100
Bakı şəhərindəki Müttəfiq Qoşunların
Komandanı Cənablarına
124
9 dekabr 1919-cu il.
Fövqəladə Təhqiqat Komissiyasının Stepan Lalayevin fəaliyyəti ilə bağ-
lı işi haqqında Sizin Zati-Alilərinizə məlumat verirəm.
Bakıda dindirilən şahidlərin ifadələrindən görünür ki, Lalayev bu ilin
mart ayının 19-da, bazar ertəsi günü erməni əsgərlərinin Nikolayevska-
ya küçəsindəki basqınlarına rəhbərlik etmişdir, belə ki, onun dəstəsindən
olan əsgərlər evlərə soxulmuş və silahsız müsəlmanları qətlə yetirmişlər.
Şahidlərin digər qrupunun ifadələri ilə müəyyən edilmişdir ki, həmin
Lalayev yoldaşları Tatevos Əmirov, Seryoja Melikov və Arzuman Tərcuma-
novla birlikdə başçılıq etdiyi kiçik silahlı erməni dəstəsi ilə Şıx Balayevin
Nijnyaya-Priyutskaya küçəsindəki evinə gəlmiş və öz əsgərlərinə Bala-
yevin mənzilini qarət etmək əmri vermişdir və bu əmr icra olunmuşdur.
Bu dəstə Balayevin evinə yaxınlaşarkən yolda Balayevin qohumları Tələt
Hüseynovu və Ağa Dadaş Ağa Qurban oğlunu güllə ilə yaralamışdır. Ba-
layevin evindən çıxıb gedəndən sonra həmin dəstə Ağa Dadaşın qonşu-
luqdakı mənzilinə girmişdır; bu vaxt artıq adları çəkilən yaralılar da evə
gətirilmişdi; erməni əsgərləri burada yaralı Ağa Dadaşın özünü və onun
atası Hacı Qurbanı qətlə yetirmişlər.
Petrovskdan gəlmiş bir qrup şahidin ifadələrinə görə, Azərbay-
can-Türk qoşunları gəldikdən sonra öz dəstəsi ilə Bakıdan həmin şəhərə
qaçmış Stepan Lalayev buradakı İran təbəələrinə - həm yerli, həm də
təxminən noyabrın 2-də Həştərxandan Petrovsk şəhərinə gələnlərə -
müntəzəm olaraq işgəncələr vermiş və onları qətlə yetirmişdir. Sayı 850
nəfərə yaxın olan bu müsəlmanlar Petrovsk şəhərinə “Poseydon” gəmi-
si ilə gəlmiş və “Kornilov” gəmisində baş vermiş yanğınla əlaqədar ola-
raq üç gün limanın girəcəyində dənizdə dayanmalı olmuşlar. Dördüncü
gün, qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirərək Bakıya yola
salmışlar. Təxminən 750 nəfərə yaxın 18-45 yaşlarında qalan müsəlman-
ları isə Petrovsk şəhərində sahilə çıxarmış, kasıb müsəlmanları məscid-
lərdə, imkanı olanları isə mehmanxanalarda və şəxsi mənzillərdə yer-
ləşdirmişlər.
Dostları ilə paylaş: |