BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
358
Stepan Lalayev, Ruben Ağamalıyans və şahidlərin adlarını bilmədiyi,
lakin müttəfiq dövlətlərin qoşunları Bakıya girdikdən sonra dəfələrlə Er-
mansın Olqinskaya küçəsindəki aptekinin yanında və Şamaxinkada gör-
dükləri digər şəxslərin başçılığı altında erməni əsgərləri gün ərzində bir
neçə dəfə həmin müsəlmanların yanına gəlmişlər. Bu dəstələr hər dəfə
10-15 nəfər müsəlmanı özləri ilə götürür, onları gah həbsxanaya, gah da
şəhər kənarına, yaxınlıqda yerləşən bağlara aparmışlar.
Onlar orada müsəlmanları dözülməz işgəncələrə məruz qoyur və qətlə ye-
tirirdilər. 8-10 nəfəri bir-birinə bağlayır və kimin tüfənginin gülləsi daha çox
insanı deşib keçəcəyindən mərc gəlirdilər. Bundan əlavə, onlar müsəlmanla-
rı zəncir kimi (əl-ələ) bağlayır və sonra qıraqdakından başlayaraq, xəncərlə
baş, qarın və sinəsinə zərbələr endirərək, insanları bir-birinin ardınca öldü-
rürdülər. Bəzilərini üz-üzə bağlayır və hər ikisinin başını bir qılınc zərbəsi ilə
üzməyə cəhd edirdilər. Sonuncu üsulla 50 nəfərə yaxın adam öldürülmüşdür
və türk qoşunları Petrovk şəhərinə gəldikdən sonra onların cəsədləri bir-bi-
rinə bağlı şəkildə aşkar edilmişdir. Lalayevin dəstəsi tərəfindən qətlə yeti-
rilmiş müsəlmanların cəsədləri, kəllə sümükləri parçalanmış, əlsiz, ayaqsız
şəkildə olmaqla, dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Sağ qalmış bəzi
müsəlman şahidlərin ifadələrinə görə, onlara yalnız türk qoşunları artıq Pet-
rovsk şəhərinə daxil olduğu üçün növbə çatmamışdır və Lalayev yoldaşları ilə
birlikdə şəhəri tərk etməli olmuşlar. Türk qoşunları işgəncə verilmiş və qətlə
yetirilmiş müsəlmanların sayının dəqiqləşdirilməsi, habelə onların fotoşə-
killərinin çəkilməsi ilə məşğul olmuşlar. Həmin şahidlərin ifadələrinə görə
eybəcər hala salınmış xeyli cəsəd həbsxananın xüsusi otağında aşkar edil-
mişdir, Lalayev yoldaşları ilə birlikdə müsəlmanlara qarşı bağlarda və həbsxa-
nanın arxasında törətdiklərini eyni ilə burada da törətmişdir.
Stepan Lalayev başçılıq etdiyi böyük erməni əsgərlərinin dəstəsi, Samson
Əmirov və Saatsazbəyov ilə Şamaxıya gəlmiş, adları çəkilən şəxslərlə və yerli
sakinlərdən Arzumanov, Gülbəndov və başqaları ilə birlikdə şəhərdəki bütün
məscidlərin istisnasız olaraq hamısının mühasirəyə alınmasını əmr etmiş-
dir; Müsəlmanların adətlərinə görə qadınların, qoca və uşaqların gizləndiyi
bu məscidlərə od vurmaq, bayıra qaçmağa cəhd edənləri öldürmək əmri ve-
rilmişdir; Beləliklə məscidlərdə gizlənənlərin hamısı diri-diri alov içində ya-
naraq dəhşətli ölümlə həlak olmuşlar. Şamaxı şəhərinin müsəlmanlar yaşa-
yan hissəsi də demək olar ki, eyni üsulla tamamilə məhv edilmişdir.
Lalayevin əmri ilə onun əsgərləri gənc müsəlman qızlarını Lalayevin
359
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
Şamaxıdakı xüsusi evinə aparır, onları soyundurur, zorla içirdərək sərxoş
edir, zurnanın sədaları altında rəqs etməyə məcbur edirdilər; sonra isə
qızları zorlayaraq, bəzilərini yerindəcə qətlə yetirir, o birilərini isə hündür
balkondan aşağı atır və bu yolla öldürürdülər. Lalayevin bu üsulla namusu
ləkələnmiş qurbanlarından yalnız 7 nəfər qız türk qoşunlarının Şamaxıya
gəlməsi nəticəsində xilas ola bilmişdir.
Sizin arzu etdiyiniz təqdirdə şahid ifadələrinin əslindən çıxarışlar təq-
dim oluna bilər.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: Aleksandroviç (imza).
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 1061, s. 1, iş 99, v. 6-8.
Sənəd № 1101
Müttəfiq Dövlətlər Polisinin Komissarı
125
4 fevral 1919-cu il. Bakı şəhəri
Ədliyyə Naziri Cənablarına
(surəti Dairə Məhkəməsinin Sədri Cənablarına)
İttifaq Hərbi Məhkəməsi tərəfindən Stepan Lalayevin işinin araşdırıl-
ması ilə bağlı yaranmış texniki çətinliklər, yəni yerli hakimiyyət orqanları
vasitəsilə şahidlərin dəvət edilməsi, onların hakimlərin tanış olmadığı dil-
lərdə dindirilməsi, şahid ifadələrinin bu şəkildə təkrar edilməsi səbəbindən
məhkəmə prosesinin uzanması və s. nəticəsində Müttəfiq Qoşunların Bakı
şəhərindəki Ali Baş Komandanı adı çəkilən zabiti yerli hakimiyyətin məh-
kəmə orqanlarına vermək qərarına gəlmişdir.
Adı çəkilən müttəhimin məndən alınmasının Sizin üçün nə zaman əl-
verişli olacağı barədə məni vaxtında xəbərdar etmənizi, eləcə də mənim
həmin bu məktubun surətini göndərdiyim Dairə Məhkəməsinin cənab
Prokurorunu xəbərdar etmənizi lütfən xahiş edirəm.
Bununla, məndə olan və bu işə aid bütün sənədləri də əlavə edirəm.
Polkovnik (imza)
Komissarın adyutantı: Kapitan (imza)
AR Pİİ SSA, f. 1061, s. 1, i. 99, v. 9.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
360
Sənəd № 1136
QƏRAR
1919-cu il, 20 noyabr.
Mən – Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç, Bakı
şəhərinin və onun ətrafının talan edilməsinə dair işə baxaraq, və iş üzrə
müttəhim qismində Stepan Lalayevin, Georgi Melikovun, Astvasatur Vaç-
yansın, Yequş Quliyansın, Levon Varşamyansın və digərlərinin cinayət
məsuliyyətinə cəlb edildiyini, və Stepan Lalayevə, Georgi Melikova, Ast-
vatsatur Vaçiansa, Yequş Quliyansa, Levon Varşamyansa qarşı ittiham irə-
li sürüldüyünü, və işdən göründüyü kimi, digər müttəhimlərin: Artyom
Nikolayeviç Ter Akopovun, Fridun Antonovun, İşxan Qarabəyovun, İşxan
Qarabəyovun qaynı Nikolayın, Tatevos Əmirovun, Hayk Yeramış oğlunun
(dərzi), İsaak Baqdasarovun (çəkməçi), Aleksandr Ter-Qazarovun, Levon
Ter-Qazarovun, Arşak Avetisovun (bərbər), Levon Arutyunov Qaraxanyan-
sın, Sergey Melikovun, Ambarsum Melikovun, Xristofor Dildarovun, Xaça-
tur Martirosovun, Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun axtarılıb
tapılmadığını və onların yaşayış yerinin məlum olmadığını, iş üzrə cəlb
edilənlər müttəhimlər barəsində Cinayət Prosessual Məcəlləsinin 448-ci
maddəsinin tələbinin hər bir müttəhimə ayrı-ayrılıqda ona aid olan istin-
taq materiallarının açıqlanması mənasında yerinə yetirildiyini, Cinayət
Prosessual Məcəlləsinin 386-cı maddəsinə uyğun olaraq iş üzrə ittiham
olunanların axtarılması üçün təcili tədbirlərin görüldüyünü, dindirilən
müttəhimlərin istinad etdiyi şahidlərin çağırıldığını və onların arasında
tapılanların dindirildiyini, müttəhimlər dindirmə zamanı iştirak etməsə
də, onların CPM-nin 476-cı maddəsinə uyğun olaraq öz şahidlərini məh-
kəmə istintaqına çağırmaq imkanından məhrum edilmədiyini, müttə-
him E.S.Quliyansın istinadın etdiyi şahid Aleksandr İqnatyeviç Lıkovın
nə Bakı şəhərində, nə də Tiflisdə tapılmadığını və bu səbəbdən dindiril-
mədiyini, nəzərə alaraq,
Qərara alıram: hazırkı iş üzrə istintaq başa çatdırılsın və icraatı Fövqə-
ladə Təhqiqat Komissiyasının Sədrinə təqdim edilsin.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü:
А.Аleksandroviç (imza)
AR Pİİ SSA, f. 277, s. 2, i. 27, v. 334-335.
Dostları ilə paylaş: |