BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
336
Sənəd № 889
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi İbad Məmməd oğlu, 52 yaşım var, Ramana kənd sakiniyəm,
161 №-li şəxsi evimdə yaşayıram, savadsızam.
Mart hadisələri zamani mən bağlarda idim. Ermənilər bizim kəndimizə hü-
cum edərək, 70-dən yuxarı kişi, qadın və uşaqları qətlə yetirmiş və onların cəsəd-
lərini xəndəklərə atmışdılar. Onlar təkcə bir evdə hər iki cinsdən 11 nəfəri öldür-
müşlər. Ermənilər həmçinin, kəndi qarət etmiş və kəndliləri tamamilə vəsaitsiz
və ac qoymuşlar. Ermənilər bolşevizm bayrağı altında ruslarla birlikdə hərəkət
edirdilər, sonradan isə məlum oldu ki, onlar öz millətçi məqsədlərini güdürmüş-
lər və toplardan, pulemyotlardan istifadə etməklə, müsəlmanları qırmaq qərarı-
na gəlmişlər. Biz müsəlmanların heç bir silahı yox idi, buna görə də ermənilərin
qarşısında aciz idik. Ermənilər tərəfindən mənim xeyli əşyalarım oğurlanmışdır
və mən bu əşyaların 7164 rubl dəyərində olan bir hissəsinin siyahısını təqdim
edirəm ki, bu da oğurlanan əşyaların 1\4 hissəsindən azdır. Beləliklə, mənim əşya-
larımın itkisindən olan ziyan 30.000 rubla çatır.
İfadə oxundu. Savadsızdır.
Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza)
Komissiya üzvləri: Məmməd Xan Təkinski, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 32.
Sənəd № 894
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
337
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Əmir Kərbəlayı Rəsul oğlu Bağırov, 22 yaşım var, Bakı qəzasının Ra-
mana kəndində yaşayıram.
Ermənilər sentyabr ayında mənim atam Kərbəlayı Rəsul Bağır oğlu-
nun evini qarət etmiş və 19 yaşlı bacım Dubanı və bacım qızı Brilyantı,
yaş yarımlıq körpəni qətlə yetirmişlər. Qarət edilmiş əşyaların siyahısı
təqdim edirəm. Onların dəyəri köhnə qiymətlərlə 54.543 rubl, yeni qiymət-
lərlə isə 103.000 rubl təşkil edir.
Oxundu.
Dayım oğlu Hacı Mirzə Məmməd Məlikovun evi də həmin dövrdə
qarət edilmişdir, onun təqdim edilmiş siyahıda göstərilən və 27.865 rubl
dəyərində olan əşyaları yoxa çıxmışdır; bu əşyaların yeni qiymətlərlə
dəyəri 81.000 rubl olmuşdur.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 143.
Sənəd № 924
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səməd Məşədi Musa oğlu, 30 yaşım var Bakı qəzasının Ramana
kəndi, 10 №-li evdə yaşayıram.
Ermənilər Ramanada mənim ümumilikdə 2100 rubl dəyərində əşyala-
rımı qarət ediblər. Mən siyahını təqdim edirəm və işə əlavə olunmasını xa-
hiş edirəm. Mən qarət zamanı evdə olmuşam və hər şeyi öz gözlərimlə gör-
müşəm. Ermənilər qarət olunmuş əmlakı Ramanadan 10-12 gün ərzində
daşıyıblar. Mən küçədə olurdum və hər şeyi özüm görürdüm. Mən “Molot”
116
şirkətinin Ramanadakı Amerika podratçı qazma işlərində çalışırdım.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 201.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
338
Sənəd № 961
Dindirmə protokolu
1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Musa Adıgözəl oğlu, 25 yaşım var, Bakı qəzasının Ramana kəndində
yaşayıram.
Ermənilər bu ilin sentyabr ayında Ramanada aşağıdakı şəxslərdən
ibarət olan iki ailəni: Hacı Bala Muradəli oğlu, Cavahir Mir Yaqub qızı,
Mirzə Adıgözəl oğlu, Duba Xanım Kərbəlayı Rəsul qızı, Brilyant Mirzə
qızı, Cavahir Xanım İbrahim qızı, Hökümə Xanım Adıgözəl qızı, Pikə
Xanım Adıgözəl qızı və Xələf Adıgözəl oğlunu qətlə yetiriblər. Həmin
vaxt aşağıdakı şəxslərə aid olan 13.695 rubl dəyərində əşyalar da qarət
olunmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 54.
Sənəd № 1008
Dindirmə protokolu
1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Yusif Molla Rza oğlu, 36 yaşım var, Kamenistaya küçəsi, 50
№-li evdə yaşayıram.
Mart hadisələri zamanı mənim Torqovaya döngəsində yerləşən mən-
zilimə erməni əsgərləri soxuldular və təqdim etdiyim siyahıda adları
sadalanan və ümumilikdə 13.230 rubl dəyərində olan bütün əmlakımı
qarət etdilər. Mən bu müddətdə Həştərxanda idim. Zərər yeni qiymətlə
hesablanmışdır.
Oxudum.