317
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Əli Heydər Mövsümov, 28 yaşlı, Bakıda, Georgiyevskaya küçəsi, 12
№-li evdə yaşayıram.
Sentyabr ayında erməni əsgərləri mənim mənzilimə gəldilər və təqdim
etdiyim siyahıda sadalanan və qiyməti köhnə pulla 6384 rubl olan əmla-
kımı qarət etdilər. Yeni qiymətlərlə bu əmlak 20.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 118.
Sənəd № 809
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yusif Səməd oğlu Məmmədov, 49 yaşlı, Bakıda, Spasskaya küçəsi
3№-li evdə yaşayıram.
Türk qoşunlarının Bakıya daxil olmasına 15 gün qalmış erməni əsgərləri
İran konsulunun mənzilində axtarış apardılar, onlar simsiz teleqraf axtarırdı-
lar. İran konsulunun mənzilinin aşağı mərtəbəsində mənə və qardaşım Ağə-
li Məmmədova məxsus yeyinti məhsulları, dəri, xalça, palaz və d. mallardan
ibarət anbar yerləşir. Ermənilər anbar olan mərtəbəyə də gəlmiş, pəncərəni qı-
raraq içəri girmiş və 3 gün ərzində bizim bütün mallarımızı daşıyıb aparmışlar.
Əmlak təqdim olunan ərizədə sadalanıb və 405.040 rubl dəyərində idi.
Mart ayında, ermənilərin Bakı şəhərində müsəlman əhalisinə qarşı qırğınlar
törətdiyi zaman erməni əsgərləri mənə və qardaşım Ağəli Məmmədova məxsus
ərzaq və yeyinti məhsulları mağazamızı qarət etmiş və bizə 327.900 rubl məb-
ləğində zərər vurmuşlar. Təqdim olunmuş ərizədə həmin məhsullar da sadalanır.
Bura mağazanın dağıdılmış avadanlığının qiyməti və oradan oğurlanan nağd
pul da daxildir. Bizə vurulan ümumi zərər 802.940 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
318
Sənəd № 811
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı İslam Məşədi Zeynal oğlu, 50 yaşlı, Bakıda, Nijne-Tazapir-
skaya küçəsi, 7№ li evdə, 7-ci dalanda yaşayıram.
Bakı türk qoşunları tərəfindən mühasirədə olduğu vaxt mən Maşta-
ğa, Balaxanı və d. kəndlərə 30 baş buynuzlu mal-qara aparırdım. Şəhərin
yaxınlığında məni ermənilər əhatəyə aldılar və 27.00 rubl dəyərində olan
mal-qaranı, 26.300 rubl nağd pulumu və başqa əşyalarımı qarət etdilər.
Onların adları sizə təqdim etdiyim ərizədə göstərilmişdir. Ümumilikdə
mənə 55.8720 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 186.
Sənəd № 813
Dindirmə protokolu
1919-cu il, 18 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmmədzadə Mirzə Bala oğlu
116
, 22 yaşlı, Bakı şəhərində Malaya
Krepostnaya küçəsi, 8-ci dalan, 21№li evdə yaşayıram.
Türklərin Bakıya birinci hücumu zamanı mən öz ailəmlə birlikdə Bol-
şaya Çenberekentskaya küçəsində 56 №li evimizdən çıxmaq məcburiyyə-
tində qaldım. Evə qayıtmaq mümkün olanda biz təqdim olunan ərizədə
sadalanan bütün əmlakımızın qarət olunduğunu gördük. Mənə 21.000
rubl məbləğində zərər vurulmuşdur.
319
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, M.Təkinski, (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 34.
Sənəd № 814
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Heydər bəy Ağa Kərim bəy oğlu, 39 yaşlı, savadlı, Bakı şəhərində,
Pozenovskaya küçəsi, 25 №li evdə yaşayıram.
1918-ci il sentyabr ayında türk qoşunlarının Bakıya daxil olmasından
2 gün qabaq mənim evimə 4 erməni əsgəri və bir nəfər rus gəldi və guya
bizim evdən göyərçin uçurulduğunu bildirərək mənim 18 yaşlı oğlum Ağa
Kərim bəyi tutdular, onu küçəyə çıxardılar və orada güllələdilər. Mən və
ailəm bu zaman başqa bir evə qaça bildik və türklər şəhərə girənə qədər
orada qaldıq. Evə qayıdandan sonra mənzilimin qarət edildiyini gördüm.
Oğurlanmış əmlak 25.545 rubl dəyərində idi və təqdim olunan siyahıda
sadalanmışdır.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 64.
Sənəd № 821
Dindirmə protokolu
1918-ci il, 3 dekabr. Bakı şəhəri.