Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə95/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   91   92   93   94   95   96   97   98   ...   137

305

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 769

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Ağa Baba Yəhya oğlu, 62 yaşlı, Bakı şəhərində, Gimnaziçeska-

ya küçəsi, 18 №-li evdə yaşayıram.

Bakıda mart hadisələri zamanı ermənilər tərəfindən mənim Alek-

sandr-Nevski pasajında

115


 yerləşən meyvə-baqqal dükanım qarət olun-

muşdur. Oğurlanmış əmlakın 40.000 rubl, indiki qiymətlərlə isə 120.000 

rubla yaxın qiyməti vardı. 

Oxundu. Savadsızdır.

Komissiya üzvü: A.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 146.



Sənəd № 771

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hüseyn Salman oğlu, 30 yaşlı, Bakıda, Bondarnaya küçəsi, 32 №-li 

evdə yaşayıram.

Bu ilin mart ayında ermənilər mənim un anbarımı və dükanımı qarət 

edərək ərizəmdə göstərdiyim və yeni qiymətlərlə 86.650 rubl məbləğində 

olan ərzaq məhsullarını aparmışlar.

Oxundu. İmza. 

Komissiya üzvü: A.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 188.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

306


Sənəd № 772

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Nağı Kəblə Hüseyn oğlu Hüseynov, 70 yaşlı, Bakıda, Şa-

maxinskaya küçəsi, 54 №-li evdə yaşayıram. Savadsızam.

Bu ilin mart ayında, deyəsən ayın 21-də, erməni əsgərləri mənim 

dükanımı və anbarımı talan edərək yeni qiymətlərlə 119.720 rubl 

dəyərində olan mallarımı avtomobillərdə aparmışlar. Qarət olunmuş 

mallarımın siyahısını təqdim edirəm və işə əlavə edilməsini xahiş 

edirəm. 


Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.

Sənəd № 776

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nur Məmməd Niyazi oğlu, 32 yaşlı, Zəngəzur qəzasının sakini, Bakı 

qəzası, Sabunçu kəndi, Sarskoye şose, 184 №-li evdə yaşayıram.

Bu il mart ayının 19-da erməni əsgərləri mənim yuxarıda göstərilmiş 

ünvanda yerləşən dükanımı qarət etmişlər və 7913 rubl məbləğində ma-

lımı və əşyalarımı aparmışlar. Qarət edilmiş mal və əşyaların siyahısını 

təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən qaça bildim, 



307

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

amma qonşumu, dükançı Məşədi Həsən Ağa Əli oğlunu öldürdülər və dü-

kanını qarət etdilər.

Oxundu. İmza.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 9.



Sənəd № 781

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Süleyman Cavad bəy oğlu, 37 yaşlı, Bakıda, Aziatskaya küçəsi dalan 

13, ev 2, şəxsi evimdə yaşayıram.

Bu il Bakıda mart hadisələri zamanı ermənilər mənim mənzilimi və 

Çelyayevskaya küçəsindəki dükanımı ümumilikdə 116.150 rubl məbləğin-

də qarət etmişlər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm və işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.



Sənəd № 785

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Şakir Kərbəlayı İsmayıl oğlu, 62 yaşım var, Bakıda, I Pa-

rallelnaya küçəsi, 32 №-li evdə yaşayıram.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

308


Mart ayında ermənilər mənim 7-ci Parallelnaya küçəsi 3 №-li evdə yer-

ləşən dükanımı qarət etmiş və təqdim etdiyim siyahıda göstərilən müxtə-

lif əmlakımı aparmışlar. Mənə cəmi 30.000-dən artıq zərər vurulmuşdur. 

Bu vaxt onlar adını unutduğum kirayənişinimi öldürmüşlər.

Oxundu. İmza (ərəb hərfləri ilə).

 Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 27.

Sənəd № 786

Dindirmə protokolu

1919-cu il, 13 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əbdül Hüseyn Nadirov, 48 yaşlı, Bakıda, Aziatskaya küçəsi, 40 №-li 

evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim qəssab dükanıma gəldilər 

və orada olan hər şeyi – təqdim olunan siyahıda göstərilənləri qarət 

etdilər. Elə bu vaxt onlar məni qəbiristanlığın kənarında saxladığım 

mal-qaramı da apardılar. Ümumilikdə mənə 80.000 rubla qədər zərər 

vurulmuşdur. 

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 22.

Sənəd № 789

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə