Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə90/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   86   87   88   89   90   91   92   93   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

288


bir hissəsinin siyahısını təqdim etmək imkanımız yoxdur. Talanlar zamanı 

100.000 rubl dəyərində kreditə verilmiş mallar haqqında qeydlərin olduğu 

mühasibat kitabımız da məhv olmuşdur və indi biz bu məbləği borclular-

dan ala bilmirik. Yanğın nəticəsində daxil olmuş malların sənədləri, qaimə 

sənədlərinin surətləri və s. məhv olmuşdur.

Bazarnaya küçəsindəki bütün tacirlər bizim ərizələrimizin doğruluğunu 

and içməklə təsdiq edə bilərlər.

Mart qırğınlarından bir ay sonra, biz evdə olmadığımız zaman bizim 

mənzilimiz də 10.000 rubl məbləğində qarət edilmişdir. Mənzilin kimin 

tərəfindən qarət edildiyini bilmirik.

Biz qarət edilmiş malların siyahısının işə əlavə olunmasını xahiş edi-

rik və bildiririk ki, ümumilikdə 2.600.000 rubl məbləğində zərərlərimiz 

bizə ödənilməlidir.

Oxundu. İmzalar (bütün qardaşların). 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 37.



Sənəd № 685

Dindirmə protokolu

1919-cu il, 17 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Qulu Mirzəyev, 42 yaşım var, Bakı şəhəri, Bolşaya Krepostna-

ya küçəsi, dalan № 9, ev № 4 ünvanda yaşayıram.

Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Dumskaya meyda-

nında, Aşumovun varisləri – Hüseynov qardaşlarının evində olan mağaza-

mı qarət etmiş və təqdim etdiyim ərizədə sadalanan əşyaları aparmışlar. 

Ümumilikdə mənə 123.762 rubl 50 qəpik məbləğində ziyan vurulmuşdur.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 77.




289

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 686

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəcəb Əli Hüseynov, 44 yaşım var, Bakıda, Nijne-Naqornaya küçəsi, 

ev № 47 ünvanda yaşayıram. 

Mən şəhərin mərkəzində, Vrangelskaya və Vorontsovskaya küçələrinin 

kəsişməsində, Parapetdə yerləşən xəz mağazasının sahibiyəm. 

 Mart hadisələri zamanı erməni əsgərləri mənim mağazamın qapıları-

nı Vrangelskaya küçəsi tərəfdən sındırmış və mənim mağazadakı, 1918-ci 

ilin mart ayı üçün qiyməti 29.955 rubl məbləğində olan, bütün mallarımı 

oğurlamışlar. Mən oğurlanmış malların Evlər Komitəsi tərəfindən təs-

diq edilmiş siyahısını təqdim edirəm. Mallar qaragül dərilərindən, tülkü 

xəzləri, hazır qaragül papaqları, xalçalar və s. ibarət idi. Bundan əlavə, er-

mənilər tərəfindən 500 rubl qiyməti olan güzgü şkafı, 200 rublluq asılmış 

divar güzgüsü məhv edilmiş, malların bütün karton qutuları yandırılmış-

dır. Mağazanın içindəki taxta arakəsmə sındırılmışdır ki, onun təmiri 100 

rubl tutmuşdur, həmçinin, mağazanın qiyməti 400 rubl olan şüşə vitrini 

sındırılmışdır. Karton qutuların qiyməti hər biri 1 rubl olmaqla 20 rub-

la bərabər idi. Mağazanın avadanlığının məhv edilməsindən dəyən zərər 

cəmi 1220 rubl təşkil edir. 

Beləliklə mənə, sındırılmış qapının təmiri üçün ödədiyim 90 rubl da 

nəzərə alınmaqla, ümumilikdə 31.260 rubl ziyan vurulmuşdur.

Zərəri mən mart qiymətləri ilə qiymətləndirirəm. Hazırda mənim xəz 

mallarımın dəyəri iki dəfə artmışdır və bugünkü qiymətlərlə mənə 59.910 

rubl məbləğində ziyan vurulmuşdur, digər itkilərlə birlikdə mən 61.220 

rubl məbləğində zərər çəkmişəm ki, bu məbləğin mənə ödənilməsini xa-

hiş edirəm. 

Ərz edirəm ki, mənim mağazam zibil yığınına çevrilmişdi və açıq gö-

rünürdü ki, ermənilər mağazanı talana məruz qoyaraq, qəsdən mənim 

əmlakımı məhv etmişlər. Sonralar mənim mağazamda hazırlanmış qa-

ragül papaqları mən şəhərdə soyadlarını bildiklərim ermənilərin başında 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

290


görürdüm. Məsələn erməni əsgəri Ruben Yaromışev, mənim mağazamın 

qarşısında mağazası olan dərzi Yaromışevin oğlu. Və mən onun əleyhinə 

bir söz belə deyə bilmirdim; Maliyants, adını bilmirəm, əsgərdir, mənim 

mağazamın yanında yaşayan mağazaçı dərzi Maliyantsın qardaşı. Başla-

rında mənim mağazamın papaqları olan başqa erməni əsgərlərini də gör-

müşəm, amma soyadlarını bilmirəm. Qarət edilmiş mallarımın siyahısını 

təqdim edirəm. 

İmza. Rəcəb Əli Hüseynov.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 26.

 

Sənəd № 688 

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Firidun Səfər Əli oğlu, 16 yaşım var, Bakı şəhəri, 4-cü polis bölməsi, 

Verxnyaya-Naqornaya küçəsi, 139 №-li evdə yaşayıram.

Bu il mart ayının 18-də, bazar günü, ermənilər tərəfindən törədilmiş 

qırğın zamanı erməni əsgərləri bizim Baryatinskaya küçəsi, 11№-li evdə 

olan meyvə mağazamıza soxuldular, küt bir alətlə qardaşım Ələkbəri ba-

şından elə vurdular ki, kəllə sümüyü tamamilə parçalandı, sonra isə ma-

ğazanı qarət etdilər. Nağd pul ilə 2300 rubl, mal ilə 6500 rubl dəyərində 

qənd, meyvə, tütün və papiros apardılar. Bundan əlavə ermənilər mağa-

zadan xalça, 4 yorğan, paltar və digər əşyalar - cəmi 1500 rubl dəyərində 

- götürdülər.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 116.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə