Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə89/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   85   86   87   88   89   90   91   92   ...   137

285

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

miyyətinin binasını yandırmışlar. Alov hər iki binanı məhv etmişdir. Alov 

içində mənim də mart ayının birja qiymətləri ilə 84.888 rubl 42 qəpik 

məbləğində əmlakım məhv olmuşdur. Mənim əmlakım dəyəri hal-hazır-

da 254.665 rubl 26 qəpikdir. Əmlakın siyahısının və birja qiymətlərinin işə 

əlavə olunmasını xahiş edirəm. 

Oxundu. Həsən Ağa Həsənov. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.72.

Sənəd № 666

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri. 

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Aslan Məcidov, 67 yaşım var, Bakı şəhəri, Nikolayevskaya küçə-

si, 18 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı erməni əsgərləri mənə məxsus “Şəms” resto-

ranına soxuldular, qab-qacağı sındırdılar, mənim qulluqçularım Rüstəm 

Qərib oğlunu və Ağa Mirzə İbrahim oğlunu öldürdülər və restoranda olan 

düyü, qoyun əti, xiyar və başqa yeyinti məhsullarını özləri ilə apardılar. 

Aparılan ərzağın adı və məbləği - 18.060 rubl - ərizədə göstərilir.

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 62.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

286


Sənəd № 667

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mütəllib Qədir oğlu, 32 yaşlı, Bakı şəhəri, Nijne-Kladbişenskaya 

küçəsi, 81 №-li evdə yaşayıram.

1918-ci ilin martında ermənilər mənim Qubernskaya küçəsi, 56 №-li 

evdə yerləşən ticarət kontorumu qarət etmiş və kassadan 2300 rubl nağd 

pul, müxtəlif sənədlərimi və qızıl və brilyant qadın zinət əşyalarını oğur-

lamışlar. Bu müddətdə mənim “İstanbul” və “Mədinə” adlı iki restoranım 

da qarət olunmuşdur. Ümumilikdə mənə 190 000 rubl məbləğində ziyan 

vurulmuşdur.

Bundan əlavə, mən vəkalətnamə üzrə müraciət edirəm ki, Nikolayev-

skaya, Bazarnaya və Vrangelevskaya küçələrinə baxan ev ermənilər tərə-

findən yandırılmışdır. Bu ev Samson Çerkezova və Sofya Nersesovaya 

məxsusdur. Onların heç biri indi Bakıda deyildir. Yanğın səbəbindən on-

lara 250.000 rubl ziyan vurulmuşdur.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37-38.

Sənəd № 683

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Tahir Zalbəyov, 22 yaşım var, Bakı şəhəri, Qorçakovskaya 

küçəsi, 12 №-li evdə yaşayıram.



287

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Bu il mart ayının 20-də Bazarnaya küçəsi, ev № 6 ünvanda yerləşən 

mənə məxsus qastronomiya mağazası ermənilər tərəfindən qarət edil-

miş və yandırılmışdır. Pul kassası sındırılmış, iki qapı qıfılı isə qırılmışdır. 

Mənim 450.000 rubl dəyərində əmlakım məhv edilmişdir. Mən üç gün, 18-

20 mart günlərini Ağa Hüseyn Babayevin evində keçirmişəm, onun zirzə-

misində gizlənmişəm. Oraya iki dəfə erməni əsgərləri gəlmiş və mənimlə 

olan iki qadından zirzəmidə tatarların olub-olmadığını soruşmuşdular. 

Bu zaman qadınları süngülərlə hədələmişlər. Qadınlar hər dəfə əsgərləri 

inandırmışlar ki, zirzəmidə tatarlar yoxdur.

Oxundu. Məmməd Tahir Zalbəyov. 

Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 43.

Sənəd № 684

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yusif bəy, 48 yaşlı, Şamil bəy, 35 yaşlı, Cəmil bəy, 37 yaşlı, Bəylər bəy, 

40 yaşlı, qardaşları. Bakı şəhəri, Verxne-Priyutskaya küçəsi, 83 №-li 

xüsusi evimizdə yaşayırıq.

Bizim bütün ailəmizə, hazırda burada deyil, Quba şəhərində olan 42 

yaşlı qardaşımız Xanlar bəylə birlikdə, Bazarnaya küçəsi, ev № 9 ünvanda, 

Lalayevin evində yerləşən mağaza və topdansatış anbarları məxsusdur.

Mart qırğınları zamanı bizim mallarımız, mağaza və anbarlarımız ermə-

ni əsgərləri tərəfindən qarət edilmişdir. Onlar bizim əmlakımızı avtomobil-

lərdə daşıyırdılar, bu haqda bir çox şahidlər bilirlər. Mallar üç gün ərzində, 

talanlar zamanı daşınmış, sonra isə mağaza və anbarlar yandırılaraq, ta-

mamilə məhv edilmişdir. Biz 1918-ci ilin mart ayınadək dəyəri 599.867 rubl 

olan bütün malların siyahısını təqdim edirik. Hal-hazırda bu malların qiy-

məti ən azı 2.500.000 rubldur. Bundan əlavə, bir çox mallar da məhv olmuş-

dur ki, onlar ticarət kitablarında qeyd edilməmişdir və indi bizim onların 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə