BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
288
bir hissəsinin siyahısını təqdim etmək imkanımız yoxdur. Talanlar zamanı
100.000 rubl dəyərində kreditə verilmiş mallar haqqında qeydlərin olduğu
mühasibat kitabımız da məhv olmuşdur və indi biz bu məbləği borclular-
dan ala bilmirik. Yanğın nəticəsində daxil olmuş malların sənədləri, qaimə
sənədlərinin surətləri və s. məhv olmuşdur.
Bazarnaya küçəsindəki bütün tacirlər bizim ərizələrimizin doğruluğunu
and içməklə təsdiq edə bilərlər.
Mart qırğınlarından bir ay sonra, biz evdə olmadığımız zaman bizim
mənzilimiz də 10.000 rubl məbləğində qarət edilmişdir. Mənzilin kimin
tərəfindən qarət edildiyini bilmirik.
Biz qarət edilmiş malların siyahısının işə əlavə olunmasını xahiş edi-
rik və bildiririk ki, ümumilikdə 2.600.000 rubl məbləğində zərərlərimiz
bizə ödənilməlidir.
Oxundu. İmzalar (bütün qardaşların).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 37.
Sənəd № 685
Dindirmə protokolu
1919-cu il, 17 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Qulu Mirzəyev, 42 yaşım var, Bakı şəhəri, Bolşaya Krepostna-
ya küçəsi, dalan № 9, ev № 4 ünvanda yaşayıram.
Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Dumskaya meyda-
nında, Aşumovun varisləri – Hüseynov qardaşlarının evində olan mağaza-
mı qarət etmiş və təqdim etdiyim ərizədə sadalanan əşyaları aparmışlar.
Ümumilikdə mənə 123.762 rubl 50 qəpik məbləğində ziyan vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 77.
289
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 686
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəcəb Əli Hüseynov, 44 yaşım var, Bakıda, Nijne-Naqornaya küçəsi,
ev № 47 ünvanda yaşayıram.
Mən şəhərin mərkəzində, Vrangelskaya və Vorontsovskaya küçələrinin
kəsişməsində, Parapetdə yerləşən xəz mağazasının sahibiyəm.
Mart hadisələri zamanı erməni əsgərləri mənim mağazamın qapıları-
nı Vrangelskaya küçəsi tərəfdən sındırmış və mənim mağazadakı, 1918-ci
ilin mart ayı üçün qiyməti 29.955 rubl məbləğində olan, bütün mallarımı
oğurlamışlar. Mən oğurlanmış malların Evlər Komitəsi tərəfindən təs-
diq edilmiş siyahısını təqdim edirəm. Mallar qaragül dərilərindən, tülkü
xəzləri, hazır qaragül papaqları, xalçalar və s. ibarət idi. Bundan əlavə, er-
mənilər tərəfindən 500 rubl qiyməti olan güzgü şkafı, 200 rublluq asılmış
divar güzgüsü məhv edilmiş, malların bütün karton qutuları yandırılmış-
dır. Mağazanın içindəki taxta arakəsmə sındırılmışdır ki, onun təmiri 100
rubl tutmuşdur, həmçinin, mağazanın qiyməti 400 rubl olan şüşə vitrini
sındırılmışdır. Karton qutuların qiyməti hər biri 1 rubl olmaqla 20 rub-
la bərabər idi. Mağazanın avadanlığının məhv edilməsindən dəyən zərər
cəmi 1220 rubl təşkil edir.
Beləliklə mənə, sındırılmış qapının təmiri üçün ödədiyim 90 rubl da
nəzərə alınmaqla, ümumilikdə 31.260 rubl ziyan vurulmuşdur.
Zərəri mən mart qiymətləri ilə qiymətləndirirəm. Hazırda mənim xəz
mallarımın dəyəri iki dəfə artmışdır və bugünkü qiymətlərlə mənə 59.910
rubl məbləğində ziyan vurulmuşdur, digər itkilərlə birlikdə mən 61.220
rubl məbləğində zərər çəkmişəm ki, bu məbləğin mənə ödənilməsini xa-
hiş edirəm.
Ərz edirəm ki, mənim mağazam zibil yığınına çevrilmişdi və açıq gö-
rünürdü ki, ermənilər mağazanı talana məruz qoyaraq, qəsdən mənim
əmlakımı məhv etmişlər. Sonralar mənim mağazamda hazırlanmış qa-
ragül papaqları mən şəhərdə soyadlarını bildiklərim ermənilərin başında
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
290
görürdüm. Məsələn erməni əsgəri Ruben Yaromışev, mənim mağazamın
qarşısında mağazası olan dərzi Yaromışevin oğlu. Və mən onun əleyhinə
bir söz belə deyə bilmirdim; Maliyants, adını bilmirəm, əsgərdir, mənim
mağazamın yanında yaşayan mağazaçı dərzi Maliyantsın qardaşı. Başla-
rında mənim mağazamın papaqları olan başqa erməni əsgərlərini də gör-
müşəm, amma soyadlarını bilmirəm. Qarət edilmiş mallarımın siyahısını
təqdim edirəm.
İmza. Rəcəb Əli Hüseynov.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 26.
Sənəd № 688
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Firidun Səfər Əli oğlu, 16 yaşım var, Bakı şəhəri, 4-cü polis bölməsi,
Verxnyaya-Naqornaya küçəsi, 139 №-li evdə yaşayıram.
Bu il mart ayının 18-də, bazar günü, ermənilər tərəfindən törədilmiş
qırğın zamanı erməni əsgərləri bizim Baryatinskaya küçəsi, 11№-li evdə
olan meyvə mağazamıza soxuldular, küt bir alətlə qardaşım Ələkbəri ba-
şından elə vurdular ki, kəllə sümüyü tamamilə parçalandı, sonra isə ma-
ğazanı qarət etdilər. Nağd pul ilə 2300 rubl, mal ilə 6500 rubl dəyərində
qənd, meyvə, tütün və papiros apardılar. Bundan əlavə ermənilər mağa-
zadan xalça, 4 yorğan, paltar və digər əşyalar - cəmi 1500 rubl dəyərində
- götürdülər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 116.
Dostları ilə paylaş: |