Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə86/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   82   83   84   85   86   87   88   89   ...   137

275

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 624

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.

Fövqəladə Təhqiqat komissiyasının üzvləri Məmməd Xan Təkinski və А.Е.Klu-

ge aşağıdakılar haqqında bu protokolu tərtib etdilər:

Bu ilin sentyabrında Azərbaycan-türk qoşunları Bakı şəhərinə daxil 

olan kimi, Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməm-

mədovun tapşırığı ilə, bu Komissiyanın o zaman Bakıda olan üzvü Mirzə 

Cavad Axundzadə, fotoqraf Litvintsevin vasitəsilə, Bakıda daha çox tanı-

nan ictimai və şəxsi müsəlman binalarının xarabalıqlarının fotoşəkilləri-

ni çəkmişdir, o cümlədən aşağıdakıların:

1.  Nikolayevskaya küçəsinin xarabalıqlar olan hissəsinin görünüşü.

2.  Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiya binasının xa-

rabalıqları.

3.  Həmin binanın daxili görünüşü.

4.  “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqla-

rı şərq tərəfdən.

5.  Həmin binanın daxili görünüşü.

6.  Həmin binanın xarabalıqları qərb tərəfdən.

7.  Bazarnaya küçəsində yerləşən və yalnız müsəlmanların yaşadığı “Da-

ğıstan” mehmanxanasının yerləşdiyi Xanlarovun evinin xarabalıqları.

8.  Həmin binanın daxili görünüşü.

9.  Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı keçmiş “İsgən-

dəriyyə” mehmanxanasının binasının xarabalıqları.

10.  Həmin binanın daxili görünüşü.

11.  Bazar və Qubernskaya küçələrinin kəsişməsində yerləşən yalnız 

müsəlmanların yaşadığı “İslamiyyə” mehmanxanasının xarabalıqları. 

12.  Təzəpir məscidi artilleriya mərmiləri ilə zədələnmiş binasının cənub 

tərəfdən görünüşü.

13.  Həmin məscid eyni zədələri almış binasının şərq tərəfdən görünüşü.

14.  Şah məscidinin

108


 artilleriya mərmiləri ilə zədələnmiş minarəsinin 

şərq tərəfdən görünüşü.

Adları sadalanan fotoşəkillər Komissiyanın yuxarıda adları göstərilən 

üzvləri tərəfindən çəkildiyi obyektlərlə yerindəcə tutuşdurularaq, hər biri 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

276


iki nüsxədə əşyayi-dəlil kimi işə əlavə edilmişdir. 

Şəkillər Protokola uyğun olaraq nömrələnmiş və onların əsli fotoqraf 

və Komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. 

Komissiya üzvü: S. Axundzadə (imza).

Fotoqraf N. Litvintsev (imza).

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174.

Sənəd № 625

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.



Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ələsgər Şıxəli oğlu Dadaşov, 58 yaşım var, Bakı şəhərinin saki-

niyəm, Qalada, Minaretskaya küçəsi, 14 №-li evdə yaşayıram.

1918-ci ilin mart ayından sentyabradək olan müddət ərzində ermənilər 

Bakı şəhərində bolşevik adı altında pərdələnərək, mənim indiyədək geri 

ala bilmədiyim aşağıdakı əmlakımı qarət və müsadirə etmişlər:

1.500.000 rubla əldə etdiyim “Əbdül Hüseyn Dadaşov” gəmisi;

Arvadımın 90.000 rubl dəyərində müxtəlif qiymətli daş-qaş və zinət 

əşyaları.

Mənim Naberejnaya küçəsindəki kontorumun bütün kontor avadanlıqla-

rı, 57 №-li şəxsi evimdə olan 10.000 dəyərində müxtəlif əşyalarım, ümumilik-

də isə 1.600.000 rubl dəyərində olan əmlakım qarət edilmişdir.

Martın 25-də Bakıdan gedərkən yolda qarət olunmuşam. Mənim gə-

mim 7/20 avqustda məhv olub. Kontorum 29 iyul 1918-ci il tarixində mü-

sadirə edilib. Mənə 1.600.000 rubl dəyərində vurulmuş zərərin ödənilmə-

sini xahiş edirəm.

Oxundu. İmza (ərəb hərfləri ilə). 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 45.



277

FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ

 (mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 626

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, hal-ha-

zırda Bakı şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.

Bakı şəhərində mart hadisələri zamanı ermənilər mənim Balaxanı 

şosesində olan sement zavodumu məhv etdilər, maşınımı, laboratoriya-

larımı, armaturumu, mənzilimi və anbarlarımı dağıtdılar. Sonralar za-

vodda erməni qərargahı və erməni ... yerləşirdi. Ermənilər şəhərdə olan 

mənzilimi də qarət etmişlər. Mənim mənzilimin talan edilməsinə Ser-

yoja Melikov başçılıq etmişdir. Sement zavodu üzrə zərərlərimi 3.700.000 

rubl müəyyən etmişəm, ermənilər mənzilimdən 1.400.000 rubl dəyərində 

brilyantlarımı aparıblar, bir sandıqça qızıl zinət əşyalarımdan mənə yal-

nız bir cüt qızıl zaponka qalıb, 23 ədəd kostyumumu, qunduz dərisindən 

yaxalığı olan 1 xəz kürkümü, 6 böyük və 8 orta xalçalarımı, içi ayaqqabı, 

əyin-baş, alt paltarla dolu olan 2 ədəd güzgülü şkafımı qarət ediblər. Mənə 

ümumilikdə 5.100.000 rubl dəyərində ziyan vurulub. Bu məbləğdə zərərlə-

rin mənə ödənilməsini xahiş edirəm.

Oxudum, əlavə edim ki, mənim kontorum, şəhərdə və zavodda olan ki-

tablarımın hamısı qarət olunmuşdur.

İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 176.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə