301
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 112.
Sənəd № 751
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İmamverdi Zeynalov, 28 yaşım var, Bakı şəhəri sakiniyəm, Dvorso-
vaya küçəsi, 13 №-li evdə yaşayıram, savadlıyam.
Mən şəxsən mart ayında ermənilər tərəfindən zorakılığa məruz qal-
mamışam. Onlar, kim olduğunu bilmirəm, tüfəngdən atəş ilə mənim
əmim oğlu Hacı Rza oğlunu öldürüblər; bu hadisə ermənilər şəhərin
müsəlman hissəsinə - İçəri şəhər- Qala məhəlləsinə hücum edərkən baş
verib. Daha sonra, ermənilər mənim qayınatam Əli-Övsəd Davudzadənin
baqqal dükanını qarət ediblər. Bu işi ermənilərdən şəxsən kim edib, bil-
mirəm, amma Stepan Lalayev mənə demişdir ki, barışıq elan edildikdən
bir neçə gün sonra Davudovun dükanını ermənilər onun təhriki və göstə-
rişi ilə qarət ediblər, çünki əsgərlərə çörək və papiros lazım idi.
İfadə oxundu. Savadlıdır. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələkbər bəy Xasməmmədov
(imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 113.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
302
Sənəd № 753
Dindirmə protokolu
1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nurulla bəy Abu Turab bəy oğlu Hacınski, 50 yaşında, Bakıda, Su-
raxanskaya küçəsi, 175 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim Bazar-
naya küçəsi 6 №-li Məmmədovun evində yerləşən dükanım talan edil-
miş və köhnə qiymətlərlə 38.660 rubl məbləğində əmlakım dağıdıl-
mışdır. Mən bu zaman Suraxanskaya küçəsində yerləşən evimdə idim
və bu evə 4 erməni və 1 rus əsgərləri gəldilər. Erməni əsgərləri mənim
evimi qarət etdilər və mənzildən 10.000 nağd pul, ümumilikdə 25.000
rubl məbləğində qızıl əşyalar və s. apardılar. Mənim dükanımdan və
evimdən qarət edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə
olunmasını xahiş edirəm. Erməni əsgərləri məni öldürmək istəyirdilər,
lakin rus əsgəri məni xilas etdi və erməni əsgərləri ilə birlikdə Mailov
teatrına apardı.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 10.
Sənəd № 758
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Sadıq Dadaşov, 40 yaşım var, Bakı şəhəri, Kubinskaya
küçəsi, 57 №-li evdə yaşayıram.
303
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Bakıda 1918-ci il mart talanları zamanı ermənilər mənim mənzilimi
və dükanımı qarət etmişlər. Bizim Evlər komitəsi və bütün kirayənişinlər
bu barədə bilir. Mən bu zaman kənddə idim və 3 həftədən sonra qayıtmı-
şam. Cəmi 31.040 rubl məbləğində qarət olunmuş əmlakın siyahısını və
qiymətlərini təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti 100.000
rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm. Siya-
hının işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 112.
Sənəd № 760
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Vahab bəy Səlimbəyov, 60 yaşlı, Bakı şəhərində, Spasskaya küçəsi
dalan 1, 2 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il 19-22 mart hadisələri zamanı mən yuxarıda göstərilən
evdə qaldım, ailəmi isə şəhərin yuxarı hissəsinə göndərdim. Lakin daş-
nakların rəhbərliyi altında ermənilər bütün bazarı talan edərək yandır-
dılar. Burada, Bazarnaya küçəsi, № 11, Rəsulovun evində mənim dükanım
var idi və mən ermənilər tərəfindən cəmi 195.000 rubl məbləğində qarət
olunmuşam. Öz əmlakımın siyahısını və qiymətlərini təqdim edirəm və
onun işə əlavə edilməsini xahiş edirəm. Mənim əmlakımın hazırkı qiy-
məti qat-qat artıqdır və 400.000 rubldan az deyildir və bu məbləğin mənə
ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Аleksandroviç, A.Kluğe (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 113.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
304
Sənəd № 763
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Qəni Zaman oğlu Zamanov, 62 yaşlı, Bakı şəhərində, Stara-
ya-Poçtovaya küçəsi dalan 15, 2 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsinin
tini, Kolyubakinskya küçəsi 2 №-li evdə yerləşən baqqal dükanımı cəmi
53.000 rubl məbləğində qarət etmişlər. Hazırda mənim malımın 150.000
rubl qiyməti vardır və mən bu 150 min rubl məbləğin mənə ödənilməsini
xahiş edirəm.
Oxundu. Hacı Qəni Zeynalov. Savadsızdır.
Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 191.
Sənəd № 766
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Mir Ələkbər Məşədi Mir Kazım oğlu, 60 yaşlı, Bakı şəhərin-
də, Persidskaya küçəsi, 102 №-li evdə yaşayıram.
Bakıda mart hadisələri zamanı ermənilər mənim çay dükanımı qarət
edərək mənə 9810 rubl məbləğində zərər vurmuşlar. Mənim çayxanam
Şaxskaya küçəsində, Kələntərovun evində yerləşirdi.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvü: A.Kluğe (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 11.
Dostları ilə paylaş: |