305
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 769
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Ağa Baba Yəhya oğlu, 62 yaşlı, Bakı şəhərində, Gimnaziçeska-
ya küçəsi, 18 №-li evdə yaşayıram.
Bakıda mart hadisələri zamanı ermənilər tərəfindən mənim Alek-
sandr-Nevski pasajında
115
yerləşən meyvə-baqqal dükanım qarət olun-
muşdur. Oğurlanmış əmlakın 40.000 rubl, indiki qiymətlərlə isə 120.000
rubla yaxın qiyməti vardı.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 146.
Sənəd № 771
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hüseyn Salman oğlu, 30 yaşlı, Bakıda, Bondarnaya küçəsi, 32 №-li
evdə yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim un anbarımı və dükanımı qarət
edərək ərizəmdə göstərdiyim və yeni qiymətlərlə 86.650 rubl məbləğində
olan ərzaq məhsullarını aparmışlar.
Oxundu. İmza.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 188.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
306
Sənəd № 772
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Nağı Kəblə Hüseyn oğlu Hüseynov, 70 yaşlı, Bakıda, Şa-
maxinskaya küçəsi, 54 №-li evdə yaşayıram. Savadsızam.
Bu ilin mart ayında, deyəsən ayın 21-də, erməni əsgərləri mənim
dükanımı və anbarımı talan edərək yeni qiymətlərlə 119.720 rubl
dəyərində olan mallarımı avtomobillərdə aparmışlar. Qarət olunmuş
mallarımın siyahısını təqdim edirəm və işə əlavə edilməsini xahiş
edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.
Sənəd № 776
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nur Məmməd Niyazi oğlu, 32 yaşlı, Zəngəzur qəzasının sakini, Bakı
qəzası, Sabunçu kəndi, Sarskoye şose, 184 №-li evdə yaşayıram.
Bu il mart ayının 19-da erməni əsgərləri mənim yuxarıda göstərilmiş
ünvanda yerləşən dükanımı qarət etmişlər və 7913 rubl məbləğində ma-
lımı və əşyalarımı aparmışlar. Qarət edilmiş mal və əşyaların siyahısını
təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən qaça bildim,
307
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
amma qonşumu, dükançı Məşədi Həsən Ağa Əli oğlunu öldürdülər və dü-
kanını qarət etdilər.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 9.
Sənəd № 781
Dindirmə protokolu
1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Süleyman Cavad bəy oğlu, 37 yaşlı, Bakıda, Aziatskaya küçəsi dalan
13, ev 2, şəxsi evimdə yaşayıram.
Bu il Bakıda mart hadisələri zamanı ermənilər mənim mənzilimi və
Çelyayevskaya küçəsindəki dükanımı ümumilikdə 116.150 rubl məbləğin-
də qarət etmişlər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm və işə
əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.
Sənəd № 785
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Şakir Kərbəlayı İsmayıl oğlu, 62 yaşım var, Bakıda, I Pa-
rallelnaya küçəsi, 32 №-li evdə yaşayıram.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
308
Mart ayında ermənilər mənim 7-ci Parallelnaya küçəsi 3 №-li evdə yer-
ləşən dükanımı qarət etmiş və təqdim etdiyim siyahıda göstərilən müxtə-
lif əmlakımı aparmışlar. Mənə cəmi 30.000-dən artıq zərər vurulmuşdur.
Bu vaxt onlar adını unutduğum kirayənişinimi öldürmüşlər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 27.
Sənəd № 786
Dindirmə protokolu
1919-cu il, 13 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əbdül Hüseyn Nadirov, 48 yaşlı, Bakıda, Aziatskaya küçəsi, 40 №-li
evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim qəssab dükanıma gəldilər
və orada olan hər şeyi – təqdim olunan siyahıda göstərilənləri qarət
etdilər. Elə bu vaxt onlar məni qəbiristanlığın kənarında saxladığım
mal-qaramı da apardılar. Ümumilikdə mənə 80.000 rubla qədər zərər
vurulmuşdur.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 22.
Sənəd № 789
Dindirmə protokolu
1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dostları ilə paylaş: |