Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə98/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   94   95   96   97   98   99   100   101   ...   137

317

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əli Heydər Mövsümov, 28 yaşlı, Bakıda, Georgiyevskaya küçəsi, 12 

№-li evdə yaşayıram.

Sentyabr ayında erməni əsgərləri mənim mənzilimə gəldilər və təqdim 

etdiyim siyahıda sadalanan və qiyməti köhnə pulla 6384 rubl olan əmla-

kımı qarət etdilər. Yeni qiymətlərlə bu əmlak 20.000 rubla bərabərdir. 

Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 118.



Sənəd № 809

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yusif Səməd oğlu Məmmədov, 49 yaşlı, Bakıda, Spasskaya küçəsi 

3№-li evdə yaşayıram.

Türk qoşunlarının Bakıya daxil olmasına 15 gün qalmış erməni əsgərləri 

İran konsulunun mənzilində axtarış apardılar, onlar simsiz teleqraf axtarırdı-

lar. İran konsulunun mənzilinin aşağı mərtəbəsində mənə və qardaşım Ağə-

li Məmmədova məxsus yeyinti məhsulları, dəri, xalça, palaz və d. mallardan 

ibarət anbar yerləşir. Ermənilər anbar olan mərtəbəyə də gəlmiş, pəncərəni qı-

raraq içəri girmiş və 3 gün ərzində bizim bütün mallarımızı daşıyıb aparmışlar. 

Əmlak təqdim olunan ərizədə sadalanıb və 405.040 rubl dəyərində idi. 

Mart ayında, ermənilərin Bakı şəhərində müsəlman əhalisinə qarşı qırğınlar 

törətdiyi zaman erməni əsgərləri mənə və qardaşım Ağəli Məmmədova məxsus 

ərzaq və yeyinti məhsulları mağazamızı qarət etmiş və bizə 327.900 rubl məb-

ləğində zərər vurmuşlar. Təqdim olunmuş ərizədə həmin məhsullar da sadalanır. 

Bura mağazanın dağıdılmış avadanlığının qiyməti və oradan oğurlanan nağd 

pul da daxildir. Bizə vurulan ümumi zərər 802.940 rubla bərabərdir.

 Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza)

 AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

318


Sənəd № 811

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı İslam Məşədi Zeynal oğlu, 50 yaşlı, Bakıda, Nijne-Tazapir-

skaya küçəsi, 7№ li evdə, 7-ci dalanda yaşayıram.

Bakı türk qoşunları tərəfindən mühasirədə olduğu vaxt mən Maşta-

ğa, Balaxanı və d. kəndlərə 30 baş buynuzlu mal-qara aparırdım. Şəhərin 

yaxınlığında məni ermənilər əhatəyə aldılar və 27.00 rubl dəyərində olan 

mal-qaranı, 26.300 rubl nağd pulumu və başqa əşyalarımı qarət etdilər. 

Onların adları sizə təqdim etdiyim ərizədə göstərilmişdir. Ümumilikdə 

mənə 55.8720 rubl məbləğində ziyan dəymişdir. 

Oxundu. İmza. (ərəb hərfləri ilə) 

Komissiya üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 186.



Sənəd № 813

Dindirmə protokolu

1919-cu il, 18 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 

Məmmədzadə Mirzə Bala oğlu

116

, 22 yaşlı, Bakı şəhərində Malaya 



Krepostnaya küçəsi, 8-ci dalan, 21№li evdə yaşayıram. 

Türklərin Bakıya birinci hücumu zamanı mən öz ailəmlə birlikdə Bol-

şaya Çenberekentskaya küçəsində 56 №li evimizdən çıxmaq məcburiyyə-

tində qaldım. Evə qayıtmaq mümkün olanda biz təqdim olunan ərizədə 

sadalanan bütün əmlakımızın qarət olunduğunu gördük. Mənə 21.000 

rubl məbləğində zərər vurulmuşdur. 




319

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Oxundu. İmza. 

Komissiyanın üzvləri: A.Kluge, M.Təkinski, (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 34.

Sənəd № 814

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Heydər bəy Ağa Kərim bəy oğlu, 39 yaşlı, savadlı, Bakı şəhərində, 

Pozenovskaya küçəsi, 25 №li evdə yaşayıram. 

1918-ci il sentyabr ayında türk qoşunlarının Bakıya daxil olmasından 

2 gün qabaq mənim evimə 4 erməni əsgəri və bir nəfər rus gəldi və guya 

bizim evdən göyərçin uçurulduğunu bildirərək mənim 18 yaşlı oğlum Ağa 

Kərim bəyi tutdular, onu küçəyə çıxardılar və orada güllələdilər. Mən və 

ailəm bu zaman başqa bir evə qaça bildik və türklər şəhərə girənə qədər 

orada qaldıq. Evə qayıdandan sonra mənzilimin qarət edildiyini gördüm. 

Oğurlanmış əmlak 25.545 rubl dəyərində idi və təqdim olunan siyahıda 

sadalanmışdır.

Oxundu. İmza. (ərəb hərfləri ilə) 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 64.



Sənəd № 821

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə