BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
320
Məşədi Baba Ağayev, 55 yaşlı, Bakı, 7-ci Parallelnaya küçəsi, 105 №li
evdə yaşayıram.
Mənim Bakı qəzasının Digah kəndində evim var. Bakının türk qoşunları
tərəfindən alınmasından 20 gün əvvəl Digaha erməni əsgərləri gəldilər və
mənim evimdən yorğan-döşək, qab-qacaq, mis qazanlar, 25 pud buğda, 1000
pud saman və 23 pud arpanı götürüb getdilər. Bütün qarət olunan mallar və
ərzağın qiyməti 60.000 rubl təşkil edir. Əlavə ediləm ki, mənim 2000 rubl
dəyərində olan iki təkərli minik arabam da oğurlanmışdır.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 5.
Sənəd № 822
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kazım İslamov, 37 yaşlı, Bakıda, Orlovskaya küçəsi, 54\56 №li evdə
yaşayıram.
1918-ci ilin sentyabrında mənim qardaşım İsmayıl İslamov Suraxanı
kəndinə getdi, onun üstündə 23.000 rubl pul var idi. O vaxtdan onu heç
kim görməyib. Mən yalnız onu öyrənə bildim ki, o, Suraxanıya gedib çatıb.
Suraxanıda o vaxt türklər olmadığı üçün, mən belə güman edirəm ki, qar-
daşımı ermənilər öldürüb.
Oxundu. İmza.
Komissiyanın üzvləri: M.Təkinski, A.Kluge, Aleksandroviç (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 26.
321
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Sənəd № 823
Dindirmə protokolu
1918-ci il, 26 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Əlimərdan oğlu Əliyev, 27 yaşım var, Binəqədi kəndinin sakiniyəm.
Türklər Bakı şəhərinə hücumu zaman erməni əsgərləri Binəqədi kəndinə
soxuldular və evləri talan etdilər. Erməni əsgərləri mənim evimi və dükanı-
mı qarət etdilər. 150.932 rubl məbləğində qarət edilmiş əşyalarımın siyahısını
təqdim edirəm. Dükan və ev birlikdə mənə və üç qardaşıma məxsusdur.
Oxundu. İmza.
Komissiya üzvləri: М.Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 82.
Sənəd № 824
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mövsüm Səlimov, 42 yaşlı, Bakıda, Kamenistaya küçəsində, şəxsi
evimdə yaşayıram.
Mart hadisələri günlərində ermənilər mənim evimi talan etdilər və təq-
dim olunan ərizədə sadalanan əmlakımı apardılar. Avqustun əvvəllərində
ermənilər Binəqədiyə, mənim mədənlərimə gəldilər və bütün mədən ava-
danlığını qarət etdilər. Talan və qarət edilmiş əmlakın siyahısını təqdim
edirəm. Mənə ümumilikdə 8.953.540 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
322
Sənəd № 825
Dindirmə protokolu
1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsa bəy Nəsrulla bəy oğlu Məmmədbəyov, 29 yaşlı, Bakıda, Verx-
ne-Priyutskaya küçəsi, 65 № li xüsusi evimdə yaşayıram.
Sentyabr ayında Binəqədidə ermənilər mənim mağazamı ümumilikdə
70.520 rubl. məbləğində qarət ediblər ki, bu məbləğin yarısı Əjdər Məli-
kovla şərik kimi mənim payıma düşür. Malların siyahısını işə əlavə etmə-
yi xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvü: Aleksandroviç, A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 42.
Sənəd № 829
Dindirmə protokolu
1919-cu il, 8 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Manaf oğlu, 39 yaşlı, Bakı şəhərinin sakini, Binəqədidə, mə-
dənlərdə, dülgər kimi yaşayıram.
1918-ci il sentyabrın əvvəllərində, ermənilər Binəqədi kəndinə basqın
edərkən, mən onların bizə vəhşi münasibətini bildiyim üçün başqa müsəl-
manlarla birlikdə Maştağa kəndinə qaçmaqla xilas olduq. Türk qoşunları ermə-
ni hissələrini Binəqədi kəndindən qovub çıxarandan və kəndi tutandan sonra,
mən də türklərlə birgə Binəqədi kəndinə daxil oldum və orada bütün əmlakı-
mın talan olunduğunu gördüm. Bu əmlakımı mən 50.000 rubldan az məbləğdə
qiymətləndirmirəm. Xahiş edirəm ərizəmi işə əlavə edəsiniz.
323
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Oxundu. Savadsızdır.
Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 67.
Sənəd № 832
Dindirmə protokolu
1919-cu il, 19 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağaxan Kərimov, 20 yaşım var, Bakı quberniyasının və qəzasının
Balaxanı kənd sakiniyəm, elə orada (4-cü polis bölməsi) şəxsi evimdə
yaşayıram.
Mən, Bakı quberniyasının və qəzasının Balaxanı kənd sakini, 31 yaş-
lı əmim oğlu Həsən Rüstəm oğlu adından ərizə verirəm və bildirirəm
ki, o 1918-ci ilin sentyabr ayının əvvəlində erməni dəstələrinin hücumu
zamanı Balaxanı kəndindən qaçarkən erməni gülləsindən ağır yara-
lanmışdır və bu günədək aldığı yaradan sağala bilməmişdir; hal-hazır-
da xəstə yatır və bu səbəbdən ərizə vermək üçün özü gələ bilməmişdir.
Göstərilən hadisələr zamanı zərərçəkmiş Həsən Rüstəm oğlunun ha-
zırkı qiymətlərlə 189.300 rubl dəyərində qiymətləndirdiyi əmlakı ermə-
nilər tərəfindən qarət edilmişdir. Qarət edilmiş əşyaların siyahısının işə
əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 20.
Dostları ilə paylaş: |