Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə97/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   93   94   95   96   97   98   99   100   ...   137

313

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)



Sənəd № 797

Dindirmə protokolu

1918-ci il, 13 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Mömin Əli Mirzəyev, 45 yaşım var, Bakıda, Deveçinskaya 

küçəsi, 64 №-li evdə yaşayıram, 4-cü polis sahəsi. 

Bu ilin mart ayında mən bütün əmlakımı arabalara yükləyərək Ba-

kıdan çıxardım. Mayın ortalarında mən şəhərə qayıdırdım. Vladiqafqaz 

dəmiryolunun Qızıl-Burun stansiyası yaxınlığında sizə təqdim etdiyim 

siyahıda sadalanan mənim bütün əmlakım ermənilər tərəfindən qarət 

edildi. Ümumilikdə 17.883 rubl dəyərində olan əşyalarım, həmçinin 8000 

rubl dəyərində mauzer sistemli revolver oğurlanmışdır. 

Oxundu. İmza. (ərəb hərfləri ilə) 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 151.



Sənəd № 798

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Rəhim bəy Xanlarov, 80 yaşım var, Bakıda, Naberejnaya küçəsi, 

37 № li evdə yaşayıram.

Bu ilin may ayından başlayaraq erməni-bolşevik quldur dəstələrin tərəfin-

dən Bakı qəzasının Perekeşkül kəndindən ayrı-ayrı vaxtlarda mənə, İsgəndər 

bəy Ağabəyova və Əlağa Məşədi Hüseyn Qulu oğlu Əmirova məxsus arpa və 

buğda götürülüb aparılmışdır. Bu kənddən həmçinin 600 kisə saman aparıl-

mışdır. Qarət olunmuş əmlakın qiyməti 240.000 rubla bərabərdir. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

314


Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 147.

 

Sənəd № 800



Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirzə Əhməd Kərbəlayı Rəhim oğlu Hüseynov, 41 yaşlı, Bakıda, 

Bondarnaya küçəsi 95 № -li evdə yaşayıram.

Bu ilin may, yaxud iyun ayında üç nəfər erməni əsgəri məni Çornıy 

Qorod dəmiryol körpüsünün yanında məni saxlayaraq 13.000 rubl pulu-

mu aldılar. Bu günün günorta çağı baş vermişdir. Bu qarət haqqında mən 

elə o vaxt polisə xəbər vermişdim. 

Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 53.



Sənəd № 805

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Əli Hacı Bala Kərim oğlu Kərimov, 39 yaşlı, mühəndis -texnoloq, 

Bakıda, Vodovoznaya küçəsi, ev 14 ünvanda yaşayıram, 3-cü Polis sahəsi. 

Avqust ayında Sentrokaspi Diktaturası mənim mənzilimi Biçeraxovun 

idarəsi üçün müsadirə etdi; mənim əşyalarım biçeraxovçular tərəfindən 



315

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

iki otağa yığıldı və qıfılla bağlandı. Bununla belə, türklər Bakıya gələn 

vaxt mən də öz mənzilimə qayıdanda məlum oldu ki, mənzildən bütün 

qiymətli əmlak, oğurlanmışdır. O vaxt həmin əmlak 25.980 rubl dəyərində 

idi, indi onların qiyməti 51.100 rubldan aşağı deyildir və mən bu məbləğ-

də zərərin ödənilməsini xahiş edirəm. Ətraflı ərizə və oğurlanmış əşyala-

rın siyahısını təqdim edirəm və onların işə əlavə edilməsini xahiş edirəm.

Oxundu. İmza. 

Komissiyanın üzvü: A.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 19.

Sənəd № 806

Dindirmə protokolu

1919-cu il, 4 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 

Bəşir Məlikov, 50 yaşlı, Bakı quberniyası və qəzasının Əhmədli kən-

dinin sakini, elə orada yaşayıram.

1918-ci ilin avqustunda Əhmədli kəndində 14-1 qarışıq erməni-rus pol-

ku bütünlükdə öz ştabı ilə birlikdə yerləşdi. Bu vaxt erməni əsgərləri ax-

tarış adı ilə mənim evimə girdilər və mənim müxtəlif növ əmlakımı və 

pullarımı - ümumilikdə 39.250 rubl məbləğində - götürüb getdilər. Oğur-

lanmış və talan edilmiş əmlakımın siyahısının işə əlavə olunmasını xa-

hiş edirəm. 

Oxundu. Savadlıdır. İmza. 

Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 57.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

316


Sənəd № 807

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sadıq bəy Məmməd Rza bəy oğlu, 27 yaşım var, Bakı şəhəri, Verx-

ne-Priyutskaya küçəsi, dalan 4, 2 №-li evdə yaşayıram. Nəvai kəndin-

dənəm.


Bu il avqust ayının axırlarında mən Bakı şəhərindən piyada ailəmin olduğu 

Pirşağı kəndinə gedirdim. Əsgər formasında olan 17 silahlı erməni məni və yol-

dan keçən on iki nəfər müsəlmanı Məhəmmədi kəndində saxladılar və Zabrat 

kəndinə apardılar; burada bizi – müsəlmanları kəndirlə bir-birimizə bağlaya-

raq, tüfənglərdən və mauzerlərdən atış açmağa başladılar. Biz ölü və yaralı və-

ziyyətdə yerə yıxıldıq. Ermənilər üzərimizə atıldılar və süngü, xəncər və qılınc-

larla bizim axırımıza çıxmağa başladılar. Güllə mənim ayağıma dəymişdi və 

başıma təxminən 18 süngü yarası, iki qılınc yarası, həmçinin iki xəncər yarası 

vurdular. İki saatdan sonra mən ayıldım və qaranlıqda qırğın yerindən uzaqla-

şaraq, Ramana tərəfə sürünməyə başladım. Artıq gecə idi. Səhər məni fəhlələr 

tapdılar və Ramanaya xəstəxanaya apardılar. Məndən başqa adını bilmədiyim 

bir müsəlman da sağ qalmışdı. Qalan on nəfər isə öldürülmüşdü.

Oxundu. İmza. 

Komissiya üzvü: М.Тəkinski (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 36.

Sənəd № 808

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə