BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
324
Sənəd № 833
Dindirmə protokolu
1919-cu il, 25 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abuzər Əmrahov, 20 yaşım var, Bakı quberniyası Balaxanı kəndinin
sakini, 45 yaşlı, müsəlman, savadsız.
1918-ci ilin sentyabrında, türk qoşunları Bakıya hücuma keçəndə, mən
ailəmlə birlikdə, bir çox həmkəndlilərim kimi, ermənilər tərəfindən öl-
dürülməkdən qorxaraq Balaxanı kəndindən çıxdım; bütün daşınan əm-
lakımı öz evimdə qoyaraq dəmir yolu ilə Petrovsk şəhəri istiqamətin-
də hərəkət etdim. Bakı türk qoşunları tərəfindən alındıqdan sonra mən
evimə qayıdanda özümün bütün daşınan əmlakımın qarət olunduğunu
gördüm. Qonşular və qarovulçum Dimov, atasının adını bilmirəm, mənə
dedilər ki, mənim əmlakımı erməni əsgərləri oğurlayıblar. Qarətçilərin
heç birinin soyadını çəkə bilmərəm. Oğurlanan əmlakın siyahısını təq-
dim edirəm və qarət edilmiş bütün əmlakımı rublun əvvəlki məzənnəsi
üzrə 76.115 rubl məbləğində qiymətləndirirəm. Belə ki, mən göstərilən əş-
yaları 15 il bundan əvvəl məhz bu məbləğdə almışam. Daha heç nə əlavə
edə bilmərəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 24.
Sənəd № 837
Dindirmə protokolu
1919-cu il, 25 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
325
FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)
Əbu Əli Hacı Abbas Əli oğlu Nəzərov, 54 yaşlı, savadlı, Balaxanı kən-
dinin sakini, 57 № li şəxsi evimdə yaşayıram.
1918-ci ilin sentyabr ayında ermənilər Balaxanıda mənim evimi və ev-
dəki mülkiyyətimi köhnə qiymətlə 50.730 rubl məbləğində talan etdilər.
Mən və ailəm bu zaman Qubada idik.
Oxundu. İmza (ərəb hərflər ilə)
Komissiyanın üzvləri: Aleksandroviç, A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.
Sənəd № 840
Dindirmə protokolu
1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeybalı Mirəli oğlu, 60 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin
sakini, müsəlman, savadsız.
1918-ci ilin sentyabrında, türk qoşunlarının hücumu nəticəsində er-
mənilər bizim kəndə çəkilirdilər, mən başqa həmkəndlilərimlə birlikdə
qırılmaq təhlükəsindən qorxaraq və kəndimiz atəşə tutulduğu üçün qaç-
dım. Qaçarkən bütün daşınan əmlakımı evdə qoymuşdum və nəticədə
əmlakım ermənilər tərəfindən qarət edilmişdir. Oğurlanan əşyaların siya-
hısını təqdim edirəm və onları rublun indiki məzənnəsi üzrə 37.450 rubl
məbləğində qiymətləndirirəm. Əlavə etməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Savadsız Zeybalı Mirəli oğlunun yerinə imzaladı: (imza).
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 28.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
326
Sənəd № 841
Dindirmə protokolu
1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Məmməd Alxas oğlu, 45 yaşlı, Bakı quberniyası Balaxanı kən-
dinin sakini, müsəlman, savadlı.
Bu ilin sentyabr ayında, türk qoşunları Bakıya hücum edərkən bizim
Balaxanı kəndini atəşə tutmağa başlayanda mən evimi və bütün daşınan
əmlakımı qoyaraq kənddən qaçdım. Sonra geri qayıdanda türk qoşunları-
nın təzyiqi nəticəsində əmlakımın qarət edildiyi məlum oldu. Qarətçilər-
dən heç kimi tanımıram və göstərə bilmərəm. Oğurlanmış əmlakın siya-
hısını təqdim edirəm və omları rublun indiki məzənnəsi ilə 19.060 rubl
məbləğində qiymətləndirirəm. Daha heç nə əlavə edə bilmərəm.
Oxundu. İmza.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 29.
Sənəd № 842
Dindirmə protokolu
1919-cu il, 28 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Ağa Əliyev, 43 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin saki-
ni, müsəlman, savadlı.
1918-ci ilin sentyabr ayında, türk qoşunlarının hücumu qarşısında er-
mənilər cəbhədən Bakıya doğru geri çəkilirdilər və yolboyu kəndləri tu-
turdular. Qırğından qorxaraq, mən başqa həmkəndlilərimlə birlikdə kəndi
qoyaraq qaçdım və ev əşyalarından və avadanlıqdan özümlə heç bir şey
Dostları ilə paylaş: |