Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə101/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   97   98   99   100   101   102   103   104   ...   137

327

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

götürməyə macal tapmadım. Kəndə qayıtdıqdan sonra bütün daşınan 

əmlakımın ermənilər tərəfindən qarət olunduğunu gördüm. Oğurlanan 

əmlakın siyahısını təqdim edirəm. Qarət edilmiş əmlakımı rublun indiki 

məzənnəsi üzrə 84.860 rubl məbləğində qiymətləndirirəm. Qarətçilərdən 

heç kimi tanımıram və adlarını çəkə bilmərəm. Əlavə deməyə başqa sö-

züm yoxdur.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 30.

Sənəd № 843

Dindirmə protokolu

1919-cu il, 26 mart, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Qulam Hüseyn Hacı Fətəli oğlu, 17 yaşım var, Bakı quberniyasının 

Balaxanı kənd sakini, müsəlman, savadlıyam.

1918-ci ilin yayında türk qoşunları Bakıya daxil olarkən, erməni qoşun-

ları cəbhədən geri çəkilir və bizim Balaxanı kəndinə girirdilər. Qırğından 

ehtiyat edərək, mən də digər müsəlman həmkəndlilərimlə birlikdə kən-

di tərk etdim və özümlə heç bir əmlakımı götürmədən, qaçdım. Mən 27 

avqustdan 13 sentyabradək olan müddət ərzində kənddə olmamışam. Er-

mənilər çıxıb getdikdən sonra kəndə qayıtdım, mənim nişanlımın atası 

İsmayılın evində saxladığım mənə məxsus əşyalarımın itdiyini gördüm. 

Məlum oldu ki, əşyalarımız ermənilər tərəfindən qarət olunmuşdur. Rub-

lun indiki dəyəri ilə səksən beş min altmış rubl (85.060 rubl) məbləğində 

siyahını təqdim edirəm. Mən qarətçilərdən heç birini tanımıram və adla-

rını da bilmirəm. Əlavə heç nə deyə bilmərəm. 

Oxundu. İmza.

Komissiya üzvləri: А.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 31.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

328


Sənəd № 845

Dindirmə protokolu

1919-cu il, 27 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Hüseyn Əliyev, 27 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, müsəlman, savadlı.

Keçən ilin sentyabr ayında, türk qoşunları Bakı şəhərinə yaxınlaşanda 

Balaxanı kəndi hərbi əməliyyatlar zolağında olduğu üçün mən digər həm-

kəndlilərim kimi qaçdım, bütün daşınmaz əmlakım qapısı bağlı mənzi-

limdə qaldı. Bir müddət sonra evə qayıdanda əmlakımın qarət olunduğunu 

gördüm. Əmlakımın kim tərəfindən qarət olunduğunu bilmirəm, amma 

deyirlər ki, balaxanlıların əmlakını ermənilər, geri çəkilərkən oğurlayıblar. 

Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və omları rublun əvvəlki 

məzənnəsi ilə 46.615 rubl məbləğində qiymətləndirirəm. Bu əmlakı mən 

1918-ci ildə almışdım. Əlavə etməyə başqa sözüm yoxdur. 

Oxundu. İmza. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 34.

Sənəd № 847

Dindirmə protokolu

1919-cu il, 29 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Nemət Ağabala oğlu Hacıyev, 54 yaşlı, savadlı, Balaxanı kən-

dinin sakini, şəxsi evimdə yaşayıram. 

1918-ci ilin sentyabr günlərində Bakı qradonaçalnikliyi Balaxanı kən-

dində erməni hərbi birləşmələri mənim 146.800 rubl məbləğində əmla-



329

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

kımı talan ediblər, mən özüm isə Balaxanıdan Pirşağıya qaçmaqla xilas 

olmuşam. Əmlakım mənim öz evimdə idi, onun siyahısını və qiymətini 

təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Bundan başqa, mə-

nim dayım Sadıq Cümşüd oğlu Kərimovun da Balaxanıda 117.800 rubl 

məbləğində məruz qaldığı zərərlər haqqında ərizəni təqdim edirəm. 

Oxundu. İmza.

Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 36.



Sənəd № 856

Dindirmə protokolu

1919-cu il, 31 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Baxış Orucov, 52 yaşım var, Bakı quberniyası Balaxanı 

kənd sakini, savadsızam.

1918-ci ilin sentyabr ayında, ermənilər türk qoşunlarının təzyiqi altın-

da cəbhədən geri çəkiləndə, mən digər öz həmkəndlilərim kimi qırılmaq 

təhlükəsi qarşısında kəndi qoyub qaçdım və özümlə ev əşyalarından ən 

vaciblərini belə götürməyə macal tapmadım. Ermənilər gedəndən sonra 

evimə qayıtdıqda bütün əmlakımın qarət olunduğunu gördüm. Əmla-

kım ermənilər tərəfindən oğurlanmışdır, lakin onların ad və soyadları-

nı bilmirəm. Qarət olunmuş əmlakımı keçən ilki qiymətlərlə 74.900 rubl 

dəyərində qiymətləndirirəm. Qarət olunmuş əşyaların siyahısını təqdim 

edirəm.


Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 41.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə