BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
346
Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çək-
məyə davam etməkdən imtina etmişdir (s.II, v. 49-52).
“Daşnaksütun” erməni inqilabi partiyasının Bakı mərkəzi komitəsinin
orqanı olan “Vperyod”
119
qəzetinin 33-cü nömrəsində Erməni Milli Şurası,
mart hadisələrini öz istədiyi kimi təsvir etməyə çalışaraq, bəyan edir ki, “Daş-
naksütun” partiyasının fəal dəstəyi nəticəsində müsəlmanlar Erməni Milli
Şurasının müdafiəsi altına alınmışlar; guya Şura müsəlman vətəndaşların
müdafiəsi və himayəsi üçün hətta öz səlahiyyətli nümayəndəsini təyin et-
mişdir. Himayə olunan müsəlmanların əksəriyyəti şüurlu əsgər elementləri
və erməni partiyalarının nümayəndələri tərəfindən xilas edilmişdir. Sülh və
əmin-amanlıq bərqərar olduqdan sonra müsəlmanlar şəhərin erməni hissə-
sindən müsəlman hissəsinə yola salınmışlar.
Əsir müsəlmanların Erməni Milli Şurası tərəfindən himayə olunanla-
rın saxlanılması üçün ayrılmış Mailov teatrına, “Rekord” teatrına və digər
yerlərə necə aparıldığı aşağıdakı faktlardan görünür:
Martın 19-da, günorta saat 3-də, Ağa Hüseyn Babayevin Nikolayevskaya
və Zavedenskaya küçələrinin kəsişməsində yerləşən evinə 14 erməni əsgəri
gəlmiş və onların dediyinə görə, bu evdə gizlədilən 11 ədəd tüfəngi axtarma-
ğa başlamışlar. Yalnız bir tüfəng tapmış ermənilər bu evdə yaşayan Əshəd-
din Mustafayevi, onun əmisi Məcidulla Osman oğlunu, Rəhim Rəhimxan
oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimanovun qardaşını və mühəndis
Sərkisyanın bağbanını həbs etmişlər. Mühəndis Sərkisyan mart hadisələri
başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan
hissəsinə köçmüş, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoy-
muşdur. Həbs olunanları Nikolayevskaya küçəsi ilə aşağıya aparmış və yolüs-
tü ağ bayraqla gedən üç nəfər yaşlı müsəlmandan ibarət nümayəndələri də
həbs etmişlər. Velikoknyajeskaya prospektinə çatdıqda, erməni əsgərləri əsir
götürülənlərin hamısını Kələntərov pasajının qarşısında bir sıraya düzmüş
və tüfənglərdən onlara yaylım atəşi açmışlar. Əshəddin Mustafayev və Məci-
dulla Osman oğlundan başqa qalanların hamısı qətlə yetirilmişdir: onlardan
birincisi partlayan güllə ilə sağ qolundan və sağ böyründən, ikincisi isə part-
layan güllə ilə sağ ayağından yaralanmışdı. Təsvir edilən güllələnməni törə-
dən dəstənin başçısı Ofitserskaya küçəsindəki ev sahibinin oğlu zabit Serge-
yev idi (s. I, v.42).
Elə həmin günün axşamı silahlı ermənilər Bondarnaya küçəsi, 148 №-li
evə girmiş və orada 50 nəfər müsəlman qadın, uşaq və kişiləri gördükdə,
347
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
onların hamısını qarət etmiş, sonra isə Birjevaya meydanı istiqamətin-
də əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün
kişiləri ayırmış və onları ayrıca aparmış və 12-ci lazaretin qarşısında on-
lara tüfənglərdən yaylım atəşi açmış, sonra isə süngülərlə sağ qalanların
axırına çıxmışlar. Əsirlərin bu dəstəsində olan on dörd yaşlı Məmməd İb-
rahim Məşədi Mövlət oğluna 2 güllə və 18 süngü yarası vurulmuşdur; o,
ermənilər getdikdən sonra sanitarlar və şəfqət bacıları tərəfindən 12-ci la-
zaretə aparılmış və orada onun həyatını xilas etmək mümkün olmuşdur.
Məmməd İbrahimlə birlikdə gedən Məşədi Əli Cəlalzadənin qoluna və
qasığına iki güllə vurulmuş və dörd süngü zərbəsi kürəyinə və bir süngü
zərbəsi isə ayağına endirilmişdir; o da həmçinin 12-ci lazaretə çatdırılmış
və onu sağaltmaq mümkün olmuşdur (s.I, v.35,48).
Müsəlmanların bu cür əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qo-
şunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçiril-
mişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadıq bəy
Məmməd Rza bəy oğlu Bakıdan çıxaraq Pirşağıya ailəsinin yanına gedir-
miş. Məhəmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə
yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndinə aparmış-
dır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglərdən
onlara atəş açmışlar. Onların hamısı yerə yıxıldıqdan sonra isə süngü, xən-
cər və qılıncla axırlarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qı-
lınc yarası almış Sadıq bəy Ramana kəndinin xəstəxanasına çatdırılmış və
orada onu müalicə etmək mümkün olmuşdur (s.I, v.11).
Erməni ziyalıları köməksiz müsəlmanları qırmaqla, dənizçiləri və qızıl
ordunun əsgərlərini onların üzərinə qaldırmaq istəyirdilər. Məsələn, martın
19-da səhər İran konsulu və dənizçi Natanson Qalaya gəlmiş və müsəlman-
ların nümayəndələrinə bildirmişlər ki, şəhərdə müsəlmanların Qalada olan
bütün rusları, habelə erməniləri qırdıqları barədə şayiələr gəzir. Buna cavab
olaraq müsəlmanların nümayəndələri onların hər ikisini, aralarında ermə-
nilərin də olduğu, 240 xristian kişi, qadın və uşaqların qaldığı Mir Əli Nağı
Hüseynovun evinə gətirmişlər. Xristianlarla yaxşı rəftar olunduğuna və
yeməklə təmin edildiklərinə, və onların mərmilərdən qorunmaq üçün Hü-
seynovun evinə könüllü surətdə gəldiklərinə əmin olduqdan sonra, Natan-
son və konsul çıxıb getmişlər. Üç saatdan sonra onlar yenidən geri qayıtmış
və bildirmişlər ki, erməni ictimai xadimlərindən iki nəfər onlara telefonla
belə xəbər vermişdir ki, onlar, yəni konsul və Natanson Qaladan çıxıb get-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
348
dikdən sonra, müsəlmanlar bütün xristianları qırmışlar. Özlərinin qəsdən
aldadıldıqlarına əmin olan konsul və Natanson ermənilərin hücumunun
qarşısını almaq üçün Qalada 20 matros saxlamış, özləri isə çıxıb getmişlər
(s. II, v.1).
Martın 20-də üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Ta-
tevos Əmirov “Kaspi” qəzetinin redaksiyasının binası ilə “İsmailiyyə”
Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmiş və
“İsmailiyyə”nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələ-
rindən tüstü və alov görünmüşdür və yalnız Bakı müsəlmanlarının fəxri
deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəmətli bina yanaraq məhv
olmuşdur. Yanğını söndürəcək heç kəs yox idi, çünki müsəlmanlar pu-
lemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan küçəyə çıxmaq im-
kanından məhrum idilər (s.II, v.2).
Daha sonra “Kaspi” qəzeti redaksiyasının binası və “Dağıstan”, “İsgəndə-
riyyə” və “İslamiyyə” adlı müsəlman mehmanxanaları da yandırılmışdır.
Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük
rol oynayırdılar: 1. “İsmailiyyə” də bütün Qafqaz müsəlman komitələri
yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanı-
lırdı; bundan əlavə, binada bütün müsəlman yığıncaqları və qurultayları
keçirilirdi: məsələn 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz
müsəlmanlarının qurultayı
120
; 2. “Kaspi” qəzetinin redaksiyasında müsəl-
man dilində
121
müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zir-
zəmilərində ərəb dilində yenicə çapdan çıxmış 5000 Quran kitabı var idi
və onların hamısı yanmışdır; 3. “İslamiyyə”, “Dağıstan” və “İsgəndəriyyə”
mehmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırdılar; bu meh-
manxanaların dağıntıları arasında yanıb qaralmış xeyli müsəlman cəsədi
tapılmışdır: məsələn, “Dağıstan” mehmanxanasının xarabalıqları arasında
doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, “Hacınski Çələkən”
mədənlərinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsəd-
ləri tapılmışdır. (s.II, v.2; s. I, v.45).
Ermənilər müsəlmanların evlərinə soxularaq bütün qiymətli əşyaları
aparır, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırdılar. Şəhərin
aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynal Abdin
Tağıyevin mənzili istisna olmaqla, qarət olunmamış müsəlman mənzili
qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud
bazarda müsəlmanların məskunlaşdığı bütün tikililər başdan-ayağa
Dostları ilə paylaş: |