BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
370
yasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu bəyan etmişdir.
AXC-nin süqutundan və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbay-
can SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində
müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1930-cu illərdə siyasi repressiyalara
məruz qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan
milli mərkəzinin iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı iş-
gəncələrə dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir.
3
Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu – (1870 - 1925), Azərbaycan
Xalq Cümhuriyyəti dövründə tanınmış ictimai və dövlət xadimi. Gəncənin
kübar ailəsinə mənsub olmuşdur. Moskva Dövlət Universitetini bitirmiş-
dir. Hüquqşünas, andlı iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşü-
nas və ictimai xadim, AXC dövrü görkəmli siyasi və dövlət xadimi Xəlil bəy
Xasməmmədovun böyük qardaşı. Gəncə müsəlman xeyriyyə cəmiyyətinin,
habelə “Difai” partiyasının mərkəzi komitəsinin üzvü. 15 iyul 1918-ci il ta-
rixdən – AXC Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sədri,
24 fevral 1919-cu ildən – Azərbaycan Məhkəmə Palatasının baş sədri. Azər-
baycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan SSR
Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun
1920-ci il tarixdə Y rayonun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə
təyin edilmişdir. 1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və
güllələnmişdir.
4
Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu – (1883-1938), hüquqşünas,
titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə No-
vorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fev-
ral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentin-
də məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu
il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quber-
niya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş
namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzası-
nın Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında is-
tefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış,
İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16
fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi
Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın
mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tap-
şırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekab-
rında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin
371
QEYDLƏR
yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust
1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust
1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-
siyasının tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay
qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında ci-
nayət işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il
tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edil-
mişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən
azad edilmişdir. Sovet dövründə Gəncədə və Bakıda vəkil kimi çalışmış, Əd-
liyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının üzvü
olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir.
1938-ci il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən
guya əks-inqilabçı, millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham
edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 2 iyun 1938-ci il
tarixində Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən İslah-Əmək Düşərgəsində
(İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 noyabr 1938-ci il ta-
rixində Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət almışdır.
5
Novatski Andrey-Klimentiy Fomiç – (1866- ?), hüquqşünas, saray müşavi-
ri, milliyətcə polyak, Varşava
Universitetini bitirmiş, 1899-1902-ci illərdə Varşa-
vanın məhkəmə-istintaq orqanlarında işləmiş, 1903-1907-ci illərdə – Bakı Da-
irə Məhkəməsinin Şamaxı şöbəsinin Barışdırıcı Hakiminin köməkçisi olmuş,
eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir.
1907-ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq
bölməsinin rəisi olmuşdur. 1908 -1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı
məhkəməsində barışdırıcı hakimin köməkçisi işləmişdir. 1918-ci ilin fevralın-
da Yelizavetpol dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci
il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının
tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən biri olmuş,
Şamaxı və Quba qəzalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran
istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər istintaq qruplarının fəaliy-
yətində iştirak etmişdir. Azərbaycanın erməni millətçiləri tərəfindən talana
məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların nəticələri
üzrə çıxarılmış qərarların çoxu onun tərəfindən hazırlanmışdır. 1919-cu ilin
aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzvü təyin olunmuşdur. 1920-ci
ilin may ayından etibarən Azərbaycan SSR Ədliyyə Xalq Komissarlarının məh-
kəmə orqanlarında işləmiş, Y rayonun Xalq Hakiminin (Ələkbər Xasməmmə-
dovun) katibi olmuşdur. Sonrakı taleyi məlum deyil.