BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
372
6
Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu – (1884- ?), hüquqşünas,
kollec katibi, Petroqrad Universitetinin hüquq fakültəsini bitirmişdir, xid-
mətə 6 fevral 1912-ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə
vəzifələrinə kiçik namizəd kimi başlamış, cinayət və mülki bölmələrində
çalışmış, 18 mart 1913-cü il tarixindən Quberniya Katibi, 17 oktyabr 1913-
cü il tarixindən – Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələ-
rinə baş namizəd, həmin ilin noyabrından Yelizavetpol (Gəncə) şəhəri
müstəntiqinin köməkçisi işləmişdir. 1914-1917-ci illərdə müxtəlif vaxt-
larda Yelizavetpol qəzasının 1-ci, 2-ci, 3-cü, 5-ci və Şəhər istintaq nahiyələ-
rinə, habelə Zəyəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər
şöbəsinin Barışdırıcı Hakiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra
etmişdir. 1917-ci il dekabrın 11-də Yelizavetpol Dairə Məhkəməsi Prokuro-
runun müavini təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hö-
kumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının birinci heyətinə
daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək öz
ərizəsi ilə Komissiya üzvlüyündən azad edilmişdir. 18 yanvar 1919-cu il-
dən – Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorunun Köməkçisi,
1919-cu ilin 26 fevralından – Gəncə Dairə Məhkəməsinin Prokuroru ol-
muşdur. Sonrakı taleyi məlum deyil.
7
Mixaylov Nikolay Mixayloviç – (1867-1920), hüquqşünas, mülki müşa-
vir, milliyətcə rus, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, 1892-
1893-cü illərdə İrəvan Dairə Məhkəməsinin cinayət şöbəsində xidmətə baş-
lamışdır. Sonradan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı
şöbəsində və Bakı Dairəsinin özündə (1894-1896), Yekaterinodar Dairəsində
(1896-1898), Kutaisi Dairəsində (1898-1899), Novouz qəzasında (1899-1900),
Qoridə (1900-1902) Dairə məhkəmələrinin katibinin köməkçisi və katibi,
Barışdırıcı hakim, müstəntiq, Zemstvo rəisi və Köçürülmə Divanxanası-
nın üzvü vəzifələrində çalışmışdır. 12 iyun 1902-ci il tarixində Yelizavetpol
quberniyasının Əkinçilik və Dövlət Mülkiyyətləri İdarəsi yanında xüsusi
tapşırıqlar məmuru, 5 dekabr 1903-cü ildən – köçürülmə işləri üzrə Yeli-
zavetpol Quberniya Divanxanasının üzvü, 21 fevral 1908-ci ildən – Yeliza-
vetpol Dairə Məhkəməsinin Fəxri Barışdırıcı hakimi olmuşdur. 1913-cü
ilin fevralında kəndli məsələləri üzrə Kutaisi Quberniya Divanxanasının
üzvü vəzifəsinə keçirilmişdir. 14 oktyabr 1916-cı ildə müharibə qanunlarına
görə Türkiyənin işğal edilmiş əyalətlərinin General Qubernatoru yanında
Qara Kilis Dairə rəisinin köməkçisi təyin edilmişdir. 1917-ci il martın 22-
dən – Aşin Dairəsi rəisinin köməkçisi, 1917-ci il dekabrın 30-dan köçürülmə
373
QEYDLƏR
məsələləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü olmuşdur. 17
fevral 1919-cu il tarixində Bakı Dairə Məhkəməsinin üzvü təyin edilmiş,
10 iyun 1919-cu ildən Gəncə Dairə Məhkəməsinə keçirilmişdir. 31 avqust
1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-
siyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən
olmuş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol
quberniyası qəzalarının talan edilməsinə dair cinayət hallarını araşdıran
istintaq qruplarına rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında FTK ləğv
edildikdən sonra, Komissiya Sədrindən “Komissiyanın işində göstərdiyi
fədakar və səmərəli fəaliyyətinə görə” təşəkkür almışdır, 25 noyabr 1919-cu
ildə Gəncə Dairə Məhkəməsində öz vəzifəsinə qayıtmışdır. 1920-ci ilin may
ayının sonunda Gəncə üsyanı zamanı öz mənzilində naqafil güllədən hə-
lak olmuşdur.
8
Qudvillo V.V. – (?-?), Barışdırıcı Hakimlər Qurultayının sədri, Həqiqi
Mülki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixində AXC hökuməti-
nin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı
– Maliyyə Nazirliyində hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar ola-
raq FTK üzvlüyündən azad edilmişdir. Sovet hakimiyyətinin ilk illərində
Azərbaycan SSR-nın məhkəmə orqanlarında işləmişdir, sonrakı taleyi mə-
lum deyil.
9
Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875 – 1920), Azərbaycanın
görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ya-
radıcılarından biri. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, əslən
Cənubi Azərbaycanın Xoy şəhərindən və Şəki xanı Cəfərqulu xanın nəs-
lindəndir. Gəncədə (Yelizavetpolda) klassik gimnaziyanı, Moskva Univer-
sitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirmişdir (1897-ci il).
Gəncə, Kutaisi dairə məhkəmələrində işləmiş, Zuqdidi Barışdırıcı hakimin
köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü Yekate-
rinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokuro-
runun müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır
(1904). 20 fevral 1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət duma-
sına deputat seçilmişdir. II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış,
Tiflis məhkəmə palatasının Yelizavetpol dairə məhkəməsinin andlı iclas-
çıları sırasına daxil edilmişdir. 1913-cü ildə Bakıya köçmüş, Bakı dairə məh-
kəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral inqilabından sonra Ba-
kıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə komitəsinin
üzvü seçilmiş, müsəlmanların Ümumqafqaz qurultayının (1917-ci il, aprel,