367
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
tinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azər-
baycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun
nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatı-
nı boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv
və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin
fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan
tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlər-
lə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edil-
məsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladı-
ğı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq
soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından di-
dərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20
faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətən-
daşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilə-
rin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələ-
rin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi
göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların
məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcu-
nu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bü-
tün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki,
Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş
xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
368
1
Fövqəladə Təhqiqat Komissiyası (FTK) – I dünya müharibəsi baş-
lanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı
törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün
1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfin-
dən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliy-
yət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik
tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin
istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb
edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman,
litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan
– peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində –
15 iyul 1918-ci il noyabr 1919-cu il – FTK tərəfindən 36 cilddən (3500 vərəq)
ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən
Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zora-
kılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı,
Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda er-
mənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Azərbay-
can Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri
genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquq-
ları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar
layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bi-
linən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca
onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan
Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1
noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər
Ə.b.Xasməmmədov və FTK üzvü Ç.B.Klossovski 1920-ci il yanvarın sonuna
qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqan-
larına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda
mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs
haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublika-
nın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarış-
da elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azər-
baycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı
QEYDLƏR
369
QEYDLƏR
olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul
edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində
baş vermiş və “Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış”
bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir
sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR
məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.
2
Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875 - 1931), Azərbaycan
Xalq Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı real-
nı məktəbini, Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada
Şəmsi Əsədullayevin neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci
ildə Bakı şəhər idarəsinin tikinti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə
(qısa müddətdə) başçılıq etmişdir. 1902 – 1917-ci illərdə Bakı şəhər duma-
sının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” sosial-demokrat müsəlman
təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman maarif cəmiyyətinin
təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə heyəti-
nin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsa-
vat “ partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların
Bakı Şurasının İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai
təşkilatlarının Bakı Şurasının Müvəqqəti Komitəsinin sədri seçilmişdir.
Qafqaz müsəlmanları qurultayının (1917-ci il, aprel, Bakı) və Rusiya müsəl-
manları qurultayının (1917-ci il, may, Moskva) işində iştirak etmişdir. “Mü-
savat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) Mərkəzi
Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya
Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Tə-
sisedici yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya
Seyminin üzvü. Zaqafqaziya Demokratik Federativ Respublikasının hö-
kumətində Ticarət və sənaye naziri. 1918-ci ilin may ayının 27-də Azərbay-
canın müstəqillik Aktını qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü. AXC
I və II hökumət kabinetlərinin tərkibində Xarici işlər naziri, eyni zamanda
6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan maliyyə nazirli-
yinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat” frak-
siyasına daxil idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyə-
tinin tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən Xarici işlər naziri,
18 fevral 1920-ci il tarixdən Sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra
etmişdir. 30 mart 1920-ci il tarixdə Parlament M.H. Hacınskiyə yeni kabine-
tin yaradılmasını tapşırmışdır. 22 aprel 1920-ci il tarixdə Parlamentə yeni
kabinetin yaradılmasının mümkünsüzlüyünü, özünün “Müsavat” parti-
Dostları ilə paylaş: |