343
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
Hücum çoxlu sayda pulemyotların dəstəyi ilə yaxşı silahlanmış, təlim
keçmiş erməni əsgərləri tərəfindən şəhərin ucqarlarında, əvvəlcə, yalnız
müsəlmanların məskunlaşdığı “Məmmədli” və “Poxlu Dərə” adlanan yer-
lərdə aparılırdı; Şəhərin adı çəkilən yerlərində ermənilər müsəlmanların
evlərinə soxulur, bu evlərin sahiblərini qətlə yetirir, onları qılınc və xən-
cərlə doğrayır, bədənlərini süngülərlə deşir, uşaqları yanan evin alovuna
atır, üç-dörd günlük körpələri süngülərə keçirirdilər. Valideynlərin qaça-
raq evdə qoyub getdiyi bütün südəmər körpələri öldürür, valideynlərin
özlərini isə haqlayaraq, küçədə qətlə yetirirdilər. Şəhərin bu hissələrində
demək olar ki, elə bir ev yoxdur ki, bu evdə ermənilər müsəlmanların ha-
mısını qırmasın, və çox az sayda müsəlman öz həyatını xilas edə bilmiş-
dir. Ermənilər, müsəlmanları qırmaqla yanaşı, onların əmlakını da məhv
edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Sonradan, hələ təkcə bir
yerdə, torpağa basdırılmış qulaqsız, burunsuz, qarnı yarılmış və uşaqlıq
yolu kəsilərək çıxarılmış 57 müsəlman qadının cəsədi aşkar edilmişdir.
Şahidlər deyirlər ki, ermənilər hansı səbəbdənsə öldürməyə macal tap-
madıqları qadınları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın
əsir aparırdılar, bu zaman yolboyu onları tüfənglərinin qundaqları ilə dö-
yürdülər (s.I v.51,61, 165; s.II, v.3).
Şəhərin bu hissələrində qətlə yetirilmiş müsəlmanların sayını müəyyən
etmək çətindir, belə ki, çoxlu sayda evlər vardır ki, sakinlərinin hamısı ermə-
nilər tərəfindən ucdantutma qətlə yetirilmişdir və indi bircə nəfər sakin qal-
mamışdır ki, qətlə yetirilənlərin adlarını öyrənmək mümkün olsun.
Şəhərin digər müsəlman hissələrində erməni əsgərləri həmçinin pu-
lemyotların dəstəyi altında sürətli hücuma keçirdilər və müsəlmanları
hər hansı bir məhəllədən sıxışdırıb çıxararaq, evlərə soxulur, müsəlman-
ları qətlə yetirir, sonra isə qarət edirdilər. Bu zaman ermənilər nə yaşı,
nə də cinsi nəzərə almırdılar. Məsələn, Hacı Əmir Əliyevin evinə basqın
edərək, onun özünü, 80 yaşlı qocanı, onun 60 yaşlı birinci arvadını və 70
yaşlı ikinci arvadını öldürmüş, üç azyaşlı körpəni doğramış və Əliyevin
gəlinini, 25 yaşlı qadını diri-diri divara mıxlamışlar (s. II, v.3).
Hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyalılarının nü-
mayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçə-
sində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir.
Başqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən
evinə girərək, müsəlman ziyalılarının doqquz nümayəndəsini küçəyə çıxar-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
344
mış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyev
bolşeviklərin hakimiyyətini tanıdığını sübut edən sənədi çıxararaq erməni
əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri
tanımadıqlarını söyləyərək onu güllələmişlər.
Bala Əhməd Muxtarovun evində tutulan və sonradan güllələnən şəxs-
lərin arasında bu binanın sahibi, polkovnik Tabasaranski, rotmistr Sultan
bəy Əmircanov, doktor Kərim bəy Sultanov, Cavad bəy Aşurbəyov və başqa-
ları var idi; Sultanovun və Aşurbəyovun cəsədləri “Dağıstan” mehmanxa-
nasının yanan binasının içinə atılmışdır (s.I, v.45; s.II, v.4).
Mart qırğınlarında yaxşı təşkil edilmiş hərbi hissələrlə yanaşı “Daş-
naksütun” partiyasının üzvləri də iştirak edirdilər; bu hal həm şahidlərin
ifadələri ilə, həm də fəhlə, əsgər və matros deputatları Sovetinin iclasla-
rından birində Sovetin sədri Stepan Şaumyanın qırğınlarda daşnaksakan-
ların iştirakını açıq etiraf etməsi ilə sübut olunur. Bununla belə, artıq
qırğınlar dayandırıldıqdan sonra, erməni ziyalı cəmiyyətinin bir çox nü-
mayəndələri qəribə bir inadla iddia edirdilər ki, mart qırğınlarında ermə-
ni təşkilatları və erməni ziyalıları çıxış etməmişlər, qarətlərlə isə erməni
qara camaatı və cəbhədən geri dönərkən müsəlmanların onları öz evlə-
rinə, öz kəndlərinə buraxmadığına görə müsəlmanlardan qisas alan ay-
rı-ayrı əsgərlər məşğul olmuşlar (s.I, v.153).
Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir;
onların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları
yanan evlərin içinə, dənizə və quyulara atmışlar (s. II, v. 3).
Heydər Qulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonların-
da müsəlman mənzillərinə baş çəkərkən dəhşətli dərəcədə eybəcər hala
salınmış meyitlərə rast gəlmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfəro-
vun cəsədini başı bədənindən ayrılmış, qolu kəsilmiş halda və bədənin-
də üç süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdılar.
Sonra o, cinsiyyət orqanı kəsilmiş kişi cəsədini, onun cinsiyyət orqanının
yaxınlıqda öldürülmüş müsəlman qadının ağzına qoyulmuş vəziyyətdə
görmüşdü. Digər yerdə boğazı kəsilmiş gənc müsəlman qadın uzanmış-
dı, onun sinəsi üzərinə isə xəncərlə doğranmış bir yaşlı oğlan uşağı elə
vəziyyətdə qoyulmuşdu ki, uşağın ağzı qadının döşünün giləsində olsun.
Bətnindən körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş,
uşaqlıq yoluna paya sancılmış müsəlman qadınların cəsədlərinə rast gə-
linirdi. Bir yerdə od pilətəsinin üzərində dəhşətli əzablardan can vermiş
345
FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ
körpənin yanıb qaralmış cəsədi tapılmışdı. Digər yerdə ağac paya ilə qar-
nından torpağa mıxlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir
çox qadınların vəziyyətindən görünürdü ki, onlar ölüm qabağı zorlanma-
ya məruz qalmışlar (s.II, v. 18; s.I, v.12).
Martın 24-də Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş
üzvü, “Nikolay Bünyadov” gəmisinin komandir köməkçisi Kazım Axun-
dova Bakı şəhərinin “Çəmbərəkənd” adlanan dağlıq hissəsinin müdafiəsi
üçün təyyarəçi Rozenblümun rəhbərliyi altında 10 silahlı matros göndə-
rilmişdi. Axundov, martın 25-dən Nikolayevskaya küçəsindən cəsədlərin
yığışdırılmasına başlamışdır, bu zaman süngülərlə dəlik-deşik edilmiş və
qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 tələbə
qız, bir rus qadın, 3 yaşından 5 yaşınadək üç müsəlman oğlan, 8 nəfər rus
kişi, 19 nəfər iranlı təbəələr - müsəlmanın və müxtəlif peşə sahibləri olan
67 azərbaycanlı müsəlmanın cəsədlərini yığışdırmışdır.
Sadalanan cəsədlər avtomobillərdə məscidlərə aparılmışdır. Bundan
əlavə, “Vulkan” cəmiyyətinin köhnə limanına 6748 müsəlman kişi, qa-
dın və uşaq meyitləri gətirilmişdir. Şəhərin “Məmmədli”, “Poxlu Dərə”
rayonlarından müsəlmanların cəsədləri qəbiristanlığa daşınmışdır, bu-
nunla belə cəsədlərin yığışdırılması yalnız mart ayının 31-də
118
başa çata
bilmişdir. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” adlı
yerə aparmış və Sokolov burada üç fotoşəkil çəkmişdir. Birinci şəkildə ba-
şından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ körpücük
sümüyü sındırılmış qadın meyiti çəkilmişdir; meyitin sağ döşünün üs-
tündə ayağından süngü yarası almış, hələ sağ olan körpə uzanmışdır və
anasının döşünü əmirdi.
İkinci şəkildə 7-8 verşok uzunluğunda iri Kazaçkov mismarı ilə divara
mıxlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından
görünürdü ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur.
Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın və-
ziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı
qalmış ayaqlarının arasındakı döşək qanla örtülüb; onun boynunda bar-
maq izləri görünür.
Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşı-
sında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşla-
rında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşlı oğlanın və
südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi.
Dostları ilə paylaş: |