BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
294
Həsən Məmməd Əli oğlu Cabbarov, 35 yaşım var, Bakı şəhəri, Qala-
da, Malaya Krepostnaya küçəsi, 54\15 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim bacım oğlu Hacı
Mir Vahab Feyzullayevi oğlu ilə birlikdə qətlə yetirmişlər. Ermənilər mə-
nim Bazarnaya və Qubernskaya küçələrinin tinində, Xanlarovun evində
yerləşən mağazamı 45.905 rubl məbləğində qarət etmişlər. Mən öz əmlakı-
mın siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm.
Mənə 45.905 rubl məbləğində dəymiş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.
Sənəd № 703
Dindirmə protokolu
1919-cu il, 14 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cəbrayıl Əhmədoviç Əhmədov, 38 yaşım var, Bakı şəhəri, Qimnazi-
çeskaya küçəsi 72 №-li evdə yaşayıram.
1918-ci il Bakıda 17-22 mart hadisələri günlərində, ermənilər mənim
mərkəzdə, Nikolayevskaya küçəsində, Kələntərov pasajında olan mağaza-
mı yararaq xalçalar, ipək və digər malları, kassa, veksellər və qızıl əşyaları
– ümumilikdə mart qiymətləri ilə 575.865 rubl 10 qəpik məbləğində - əm-
lakımı qarət etmişlər. Hazırda həmin əmlakın qiyməti 80 % bahalanaraq
1.019.357 rubl. 10 qəpik təşkil edir. Xahiş edirəm, qarət olunmuş əmlakın
siyahısını işə əlavə edəsiniz.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.23.
295
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 708
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Mahmud Qasım oğlu Qasımov, 70 yaşlı, Bakı şəhəri, Verx-
ne-Təzəpirskiy küçəsi, 98, şəxsi evimdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim Bazarnaya küçəsi 3
№ li evdə, Nikolayevskaya küçəsinin tini, yerləşən kontorumu, ümumilik-
də köhnə qiymətlə 47.800 rubl məbləğində talan etmişlər. Hazırda mənim
əmlakımın dəyəri 63.000 rubl təşkil edir. Ərizə və əmlakımın siyahısını
təqdim edirəm və işə əlavə olunmalarını xahiş edirəm. Ermənilər tərə-
findən qarət edilmiş mal mənə 34.800 rubla başa gəlmişdi, indi isə onun
qiyməti 50.000 rubldur. Mənə 63.000 rubl qiymətində vurulmuş zərərin
ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə) .
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.208.
Sənəd № 713
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nəcəf Əli Hacı Vəli oğlu Kərimov, 28 yaşlı, Bakı şəhəri, Bazarnaya
küçəsi, 7 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim ticarət obyektimi
qarət etmiş və evimi yandırmışlar. Mallar avtomobillərdə aparılırdı. Mən
ermənilər tərəfindən qarət olunmuş və əvvəllər qiyməti 132.000 olan əm-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
296
lakımın siyahısını təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti
396.333 rubl təşkil edir. Mən bu məbləğin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.163.
Sənəd № 718
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəhim Zöhrab oğlu Rəhimov, 30 yaşlı, Bakı şəhəri, Suraxanskaya
küçəsi, Spasskaya küçəsinin tini, dalan 17, 8 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsi, 59
№-li evdə yerləşən qəssab dükanımı dağıtmışlar, Balaxanskaya şosesin-
də 55 qoyunu aparmışlar. Mən qarət edilmiş əmlakımın siyahısını təqdim
edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Hazırda mənim əmla-
kımın qiyməti 56.000 rubla bərabərdir və mən bu məbləğin məmə ödənil-
məsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə) .
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.211.
Sənəd № 723
Dindirmə protokolu
1918-ci il, 3 dekabr. Bakı şəhəri.