265
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Fövqəladə Təhqiqat Komissiyasının üzvü:
Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 161.
Sənəd № 613
Dindirmə protokolu
1919-cu il, 24 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Murad Səfər Əli oğlu, 35 yaşım var, İran təbəəsi, Sərab şəhərin-
dənəm, Bakı şəhəri, Budaqovskaya küçəsi, 81 №-li evdə yaşayıram.
Bakı şəhərində 1918-ci il mart hadisələri zamanı silahlı ermənilər
yuxarıda göstərilən evə soxuldular və iki hissəyə ayrılaraq, mənzillərə gir-
məyə başladılar; onlar daha sağlam və gənc kişiləri öldürdülər, qadınla-
rı və qoca və xəstə kişiləri, o cümlədən, bütün ailəmlə birlikdə, məni də
əsir götürdülər, və şəhər nəqliyyatının 5-ci Kanitapinskaya küçəsindəki
binasına apardılar. Orada 4 gün saxladıqdan sonra bütün əsirlərlə birlikdə
məni azad etdilər və mən öz mənzilimə qayıtdıqda, onun ermənilər tərə-
findən qarət edildiyini gördüm: köhnə qiymətlərlə 22.085 rubl dəyərində
qiymətləndirdiyim əmlakımın hamısı qarət edilmişdi. Qarət edilmiş əş-
yaların siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 4.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
266
Sənəd № 617
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yaqub Məmməd Tağı oğlu, 35 yaşım var, İran təbəəsi, Zabrat kən-
dində, Volginskaya küçəsi 262 №-li evdə yaşayıram.
Bu il sentyabr ayının ilk günlərində erməni əsgərləri Zabrata girdilər.
Mən qaçdım, ermənilər isə mənim dükanımı 29.660 rubl məbləğində
qarət etdilər və 3.300 nağd pulu apardılar. Siyahını təqdim edirəm. Mənə
məlumdur ki, ermənilər Zabrat kəndində 30 nəfəri öldürmüş və hər şeyi
talan etmişlər. Bundan başqa, erməni əsgərləri mənim evimi qarət etmiş
və mənim əşyalarımı aparmışlar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 102.
Sənəd № 618
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Müftəli İsmayıl oğlu, 35 yaşım var, İran təbəəsi, çoxdan Bakıda, 7-ci
Parallelnaya küçəsində yaşayıram, savadsızam.
Bu il mart ayında ermənilər quldurluq yolu ilə mənim evimi soyublar,
amma mənim yaxınlarımdan heç kimi öldürməyiblər və yaralamayıblar,
çünki qaçmışdıq. Əşyaların siyahısını təqdim edirəm. Köhnə qiymətlə
cəmi 8.200 rubl məbləğində əmlak qarət olunmuşdur.
İfadə oxundu. Savadsızdır.
267
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 96.
Sənəd № 619
Dindirmə protokolu
1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Muxtar Həsən oğlu Hüseynov, 45 yaşlı, İran təbəəsi, Bakı şəhəri,
Aziatskaya küçəsi, 1 №-li evdə ,Axundovun evi, yaşayıram.
Bakı şəhərində 1918-ci il mart qırğınları zamanı Qubernskaya küçəsi
57 №-li evdə yerləşən bərbərxana dağıdılmış və 22.700 rubl məbləğində
müxtəlif əmlak qarət edilmişdir.
Savadlıdır, oxunmuşdur. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 58.
Sənəd № 620
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fəxrəddin Abdulla oğlu, 33 yaşım var, İran təbəəsi, çoxdan Bakıda,
7-ci Parallelnaya küçəsində yaşayıram, savadsızam.
Bu il sentyabr ayının ilk günlərində erməni əsgərləri Sabunçuya gir-
dilər və mənim dükanımı 45.340 rubl məbləğində qarət etdilər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 102.
FƏSİL IV
DƏYMİŞ ZİYANLAR HAQQINDA
ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və
digər obyektlər)
Dostları ilə paylaş: |