BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
258
ev əşyaları, kitablar, və təqdim edilən siyahıda göstərilməyən müxtəlif ərzaq
məhsullarından ibarət bütün əmlakım yanmışdır. Mənə ümumilikdə, 25.785
rubl məbləğində zərər dəymişdir. Xahiş edirəm, pulun mənə vurulmuş zərə-
rin ödəniləcəyi vaxtdakı dəyəri ilə mənə dəyən ziyanı ödəyəsiniz.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.X.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 36.
Sənəd № 592
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İrina Proxorovna Kotova, 45 yaşım var, Bakı şəhəri, Verxnyaya-Pri-
yutskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər mənim xidmətçi işlədiyim Şıx Balayevin
evini talan etdikləri zaman mənim də ümumilikdə 4000 rubl məbləğində
əşyalarımı aparmışlar. Mən evə hücum olunana qədər Serkovnaya küçə-
sinə qaçmağa macal tapmışdım.
Oxundu. Savadsızdır. Onun yerinə imza etdi( imza ərəb hərfləri ilə).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 134.
Sənəd № 593
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
259
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Serop Qazaroviç Gevorkov, 52 yaşım var, Bakıda, Malaya Morskaya
və Çadrovaya küçələrinin kəsişməsində, 9\238 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı Tarayevin Kolyubakinskaya küçəsindəki, o za-
man mənim yaşadığım, evi yandırılmışdır. Yanğın zamanı mənim əşya-
larım və bütün avadanlıqlar yanmışdır. İtirilmiş əşyalarım - 27.605 rubl,
yeni qiymətlərlə isə 80.000 rubl dəyərində - əlavə etdiyim ərizə və siyahı-
da göstərilmişdir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 141-142.
Sənəd № 595
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Alisa Vilqelmovna Volfeyl, 35 yaşlı, Bakı şəhəri, Molokanskaya
küçəsi, 25 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim Serkovnaya küçəsi 147 №-li
evdə yerləşən mənzilimdən təqdim edilən siyahıda göstərilən və qiyməti
1080 rubl olan müxtəlif əşyalarımı aparmışlar. Onların yeni qiyməti 5000
rubla yaxındır.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 149.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
260
Sənəd № 597
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Malaxiy Spiridonoviç Saqanelidze, 32 yaşlı, Bakı şəhəri, Bondarnaya
küçəsi, 111 №-li evdə yaşayıram.
Mən Biləcəri stansiyasında bufet işlədirəm. Bu ilin mart ayında erməni əs-
gərləri oraya gəldilər, bufeti və mənim mənzilimi qarət etdilər. Oğurlanmış əş-
yaların siyahısını təqdim edirəm. Köhnə qiymətlə onların dəyəri 199.570 rubl
idi. Yeni qiymətlərlə mənə vurulmuş ziyan təxminən 700.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 187.
Sənəd № 602
Dindirmə protokolu
1918-ci il, 9 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abram Moiseyeviç Edlin, 37 yaşım var, Bakıda, Verxnyaya-Priyuts-
kaya küçəsi, 97 №-li evdə yaşayıram.
Mart qırğınları zamanı mənim yaşadığım Mordux Çarnonun mənzilin-
də ermənilər tərəfindən bütün şkaflar, bufetlər və başqa mebel sındırılmış,
təqdim olunan siyahıda göstərilən bütün əşyalar qarət edilmişdir. Bizim
ümumi zərərimiz köhnə qiymətlə 35.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiya üzvü: Prokuror müavini А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 140.
261
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 606
Dindirmə protokolu
1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Əsgər Xuda Baxış oğlu, 23 yaşlı, Ərdəbil şəhərindən, İran təbəəsi,
Bakı şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 18 №-li evdə yaşayıram.
Mən və digər müsəlmanlar da daxil olmaqla, təxminən 850 nəfər bu il
noyabr ayının 2-də “Poseydon” gəmisində Həştərxandan Petrovsk şəhərinə
gəldik və limanda dayanmış “Kornilov” gəmisində baş vermiş yanğınla
əlaqədar olaraq üç gün dənizdə dayandıq. Dördüncü gün “Poseydon” gəmi-
sindən qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirdilər, erməni əsgər-
ləri onları Bakıya yola saldılar, qalan müsəlmanları isə, təxminən 760 nəfərə
yaxın, 18-45 yaşlarında, Petrovsk şəhərinin yaxınlığında sahilə çıxardılar.
Yoxsullar məsciddə, pulu olanlar isə mehmanxanalarda və şəxsi evlərdə
yerləşdilər. Bundan sonra Stepan Lalayevin başçılıq etdiyi erməni əsgərləri
gün ərzində bir neçə dəfə onların yanına gəlir və müsəlmanları hissə-his-
sə həbsxanaya və şəhər kənarına aparırdılar. Yolda, həmçinin həbsxanada
ermənilər müsəlmanları güllələyirdilər. Ermənilər Petrovsk şəhərinin bağ-
larında müsəlmanları əzablı işgəncələrə və ölümə məhkum edirdilər; 10,
8 və ya 7 nəfəri boynu ardınca bir-birinə bağlayır, eləcə də yerdə 7-8 nəfəri
bir-birinin üstünə yığır və öz aralarında mərc gəlirdilər ki, kimin tüfəngi-
nin gülləsi bir-birinə bağlanmış adamların hamısını bir dəfəyə vurub deşə
bilər. Sonra ermənilər 7-10 nəfərin qollarını zəncirlə bağlayır və soyuq silah-
la başlarına, qarınlarına, sinələrinə ölümcül zərbələr endirərək, bir-bir öl-
dürürdülər. Bunun ardınca ermənilər müsəlmanları iki-iki üz-üzə bağlayır
və qılıncla başlarını üzürdülər. Bu sonuncu üsulla 50 nəfər öldürülmüşdü
və onların cəsədləri sonradan aşkar edilmişdi. Ümumilikdə isə ermənilər
tərəfindən 535 nəfər qətlə yetirilmişdi və türklər Petrovsk şəhərinə gəldikdə
müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi. Əgər türklər belə tez
gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm göz-
ləyirdi. Meyitlər eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış
vəziyyətdə idi və çoxlarını tanımaq mümkün deyildi. Türklər bütün meyit-
Dostları ilə paylaş: |