BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
272
ikimərtəbəli divar qalmışdır; divarda əvvəlki qalereyanın pəncərələrini,
bəzi yerlərdə isə qapıları olmuş 14 böyük, yarımdairəvi, tağ dəlikləri var-
dır. Qalereyanın nə tavanı, nə də döşəməsi qalmamışdır. Divarların hər
yerində his və alovun izləri görünür.
Ev sahiblərinin, həmçinin qonşuların dediyinə görə, təsvir edilən evin
yuxarı mərtəbəsində 35 ayrı-ayrı nömrələrdən ibarət olan “Dağıstan”
mehmanxanası var idi. Dağıntıların bayırdan və daxildən fotoşəkilləri çə-
kilmişdir.
2. Yaxınlıqda Bakı sakini Məmməd Sadıq Talıbov tərəfindən icarəyə gö-
türülmüş və aşağı mərtəbəsi artıq təmir edilmiş evin xarabalıqları yerlə-
şir. Evin əsas fasadı Bazarnaya küçəsinə, yan fasadları isə Çelyayevskaya
və Kolyubakinskaya küçələrinə baxır. Əsas fasadın uzunluğu 60 addıma,
yan fasadların isə – 42 addıma bərabərdir. Ev, daxildən dördbucaqlı həyə-
ti olmaqla, düzbucaq formasında tikilmişdir. Aşağı mərtəbəsində divarlar
təzələnmiş, döşəmə və tavan yenidən vurulmuşdur. Bu binada dükan və
müxtəlif anbarlar kimi icarəyə verilmiş bayırdan 34 dükan gözü və içəri-
dən 24 dükan gözü yerləşir.
Üst mərtəbədən yalnız bəzi yerlərdə yüngülcə uçulmuş və alov izləri
olan xarici və daxili divarlar qalmışdır. Həm divarlar, həm onların üzərin-
də bəzi yerlərdə qalmış ornamentlər binanın şərq üslubunda tikildiyin-
dən xəbər verir.
Baxış keçirilən evin həyətində onun dörd fasadı boyunca, yəqin ki,
evin hər iki mərtəbəsinə əlavə olaraq tikilmiş qalereyanın çöl divarını
təşkil edən geniş, daşdan hörülmüş ikimərtəbəli divar mövcuddur. Divar
həddən artıq korlanmışdır və üzərində alov izləri vardır. Qalereyanın alt
hissəsi təmir edilmişdir, döşəmə, tavan, qapı və pəncərələr qaydaya salın-
mışdır və hal-hazırda burada anbar kimi icarəyə verilmiş 24 dükan gözü
yerləşir. Alovdan daha çox ziyan çəkmiş üst mərtəbə təmir olunmamışdır;
tavansız və döşəməsizdir. Divarlarda yanmış qapı və pəncərələrdən sonra
qalmış bir sıra dəliklər görünür.
Evin daxili divarında, üst mərtəbədə əvvəlki qapı və pəncərələrdən 42
dəlik qalmışdır. Evin icarədarı Məmməd Sadıq Talıbovun sözlərinə görə,
ikinci mərtəbədə onun 40 otaqdan ibarət “İsgəndəriyyə” mehmanxanası
yerləşirdi.
Evin xarabalıqlarının iki görünüşdə fotoşəkilləri çəkilmişdir.
3. Həmin Bazarnaya küçəsində, bir qədər aralıda “İslamiyyə” meh-
273
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
manxanasının olduğu Hacı Mustafa Rəsulovun evinin xarabalıqları yer-
ləşir. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan
fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fa-
sadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.
4. Evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazar-
naya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan
divarlar qalmışdır. Qubernskaya küçəsinə çıxan birinci mərtəbədə 15 bö-
yük dəlik – keçmiş dükan gözlərinin qalıqları görünür: eyni sayda böyük
dəliklər ikinci mərtəbədə də nəzərə açılır. Bazarnaya küçəsinə çıxan bi-
rinci mərtəbənin divarlarında keçmiş dükan gözlərindən qalmış 11 bö-
yük dəlik görünür; ikinci mərtəbədə kiçik ölçülərdə 22 dəlik – pəncərə iz-
ləri görünür. Evin Staro-Poçtovaya küçəsinə baxan arxa divarında, aşağı
mərtəbədə də dükan gözlərinin 15 dəliyi görünür, üst mərtəbədə isə kiçik
ölçülərdə 15 dəlik – əvvəlcədən orada olmuş pəncərələrin izləri görünür.
Bazarnaya küçəsinə doğru torpağın səviyyəsinin təbii surətdə aşağı en-
məsi səbəbindən, divar həmin tərəfdən 3 mərtəbə hündürlüyündə tikil-
mişdir; 3-cü mərtəbədən yalnız bu fasadının küncləri üzrə iki aralıq qal-
mışdır.
Təsvir olunan binanın həyətinə girmək mümkün deyildir, çünki divar-
lar, tavanlar və dam uçaraq oraya girişi tamamilə tutmuşdur.
Evin sahibi Hacı Mustafa Rəsulov tərəfindən təqdim edilmiş məlumat-
lara əsasən, təsvir edilən evdə; birinci mərtəbədə bayırdan 26, daxildən
isə 14 mağaza; yuxarı mərtəbədə 60 otaqdan ibarət olan “İslamiyyə” meh-
manxanası yerləşirdi.
Xarabalıqların bayır tərəfdən fotoşəkilləri çəkilmişdir.
Şahidlər: B.Buludxanov, … ( iki imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 170- 172.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
274
Sənəd № 623
Protokol
1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat komissiyasının tapşırığı
ilə, adı çəkilən Komissiyanın üzvü Kluge, aşağıda adları çəkilən şahidlərin iştira-
kı ilə, bu ilin martında ermənilərin müsəlmanlara qarşı silahlı çıxışları zamanı
Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiyasının yandırılmış binası-
nın xarabalıqlarına baxış keçirmişdir.
Hal-hazırda birmərtəbəli binadan bütövlükdə yalnız güclü surətdə zə-
dələnmiş bayır divarlar qalmışdır; bəzi yerlərdə daxili divarların qalıq-
ları görünür. Əsas fasad Nikolayevskaya küçəsinə baxır; onun uzunluğu
55 addımdır; 51 addım uzunluqda olan yan fasad təsvir edilən binanı “İs-
mailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqlarından
ayıran döngəyə çıxır; həmçinin, 55 addım uzunluqda olan arxa fasad Kre-
postnaya döngəsinə çıxır. Əsas fasad divarının qərb küncündən kiçik bir
hissəsi tamamilə uçmuşdur.
Əsas fasadda 16 pəncərə və bir qapı dəliyi, yan fasadda isə 11 pəncərə
dəliyi görünür, arxa fasadın divarında kiçik həyətə aparan darvaza qal-
mışdır. Darvazadan sağ tərəfdə daxili divarı sağ qalmış qalereyanın qalıq-
ları görünür, sol tərəfdə isə yanğının, demək olar ki, toxunmadığı tikili
durur, kiçik təmirdən burada binanın qarovulçusu oturur.
Bütün həyət bəzi yerləri həddən artıq hisə batmış daşlarla və kərpiclər-
lə doludur.
Binanın tavanı və döşəməsi uçaraq keçmiş redaksiyanın zirzəmi otaq-
larını doldurmuşdur. Daha az dolmuş zirzəmilərdən birində, məhz şərq
tərəfdəki küncə çıxan zirzəmidə üstü daşlarla və zibillə yarıyadək ör-
tülmüş qarsalanmış qalın kitablar yığını, yaxından baxdıqda isə Quran
nüsxələri görünür. Orda-burda kiçik aralıqlar sağ qalmışdır, iki yerdə bö-
yük, girdə dəmir sobalar durur.
Binanın üç görünüşdə fotoşəkilləri çəkilmişdir.
Şahidlər: B.Buludxanov, … ( iki imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 173.
Dostları ilə paylaş: |